“Salam” Seneqala həyat gətirdi

Selam Senegal'e hayat oldu

İnsanların getməyə çəkindiyi, müharibələrin, aclığın və yoxsulluğun baş alıb getdiyi ölkələrə zərrə qədər tərəddüd etmədən yola düşən müəllimlərin həyat və fədakarlığından bəhs edən “Salam” filmi Seneqala həyat gətirir.

Bir həftədə 822 000 tamaşaçı tərəfindən seyr edilən və Türkiyədə tamaşaçı sayına görə rekorda yaxınlaşan “Salam” filmi sayəsində Afrikaya humanitar yardım aksiyasına start verilib.

Filmdə Harun müəllimin anasının və dostlarının öz yemək xərclərindən kəsərək topladıqları pulları Afrikaya göndərib su quyusu qazdırması səhnəsi tamaşaçılarda dərin izlər qoyub.

Filmi seyr edəndən sonra “Kimsə yoxmu” dərnəyinə zəng edən tamaşaçılar afrikalılara kömək əli uzadıblar.

Akrtyorlardan 19 000 lirə

Ayanın faciəvi həyatı filmdə rol alan aktyorları dərindən təsir edib. Yunus Əmrə Yıldırımər (Harum müəllim) və Həsən Nihat Südçü (Adəm müəllim) bir televiktorinada qazandıqları 19000 lirə ilə Senaqalda su quyusu qazdırıblar. Filmin təqdimat gecəsindən bir gün əvvəl Ayanın ölüm səhnəsinin çəkildiyi yerdə istifadəyə verilən su quyusuna “Salam” adı verilib. Saatda 400 litr su çıxan quyu 250 nəfərin su ehtiyacını təmin edəcək.

Filmin prodüseri 11 su quyusu vəd edib

Rekord vurmağa hazırlanan filmin prodüseri Səbri Qoç isə “Kimsə yoxmu” dərnəyinə Afrikada 11 su quyusu qazdırmağa söz verib. Bu, o deməkdir ki, 140 salondan gələn gəliri Afrikaya bağışlayacaq. Beləliklə, 2500 insan təmiz su ilə təmin edilmiş olacaq.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.