Qələbə şərin deyil, xeyrin olacaq
Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun Şərq Fəlsəfəsi bölməsinin professoru Marietta Stepanyants "Qandi-Kinq-İkeda Sülh Mükafatı"nın Fəthullah Gülənə verilməsini yüksək qiymətləndirdiyini söyləyib.
Fəthullah Güləni mükafat münasibətilə təbrik etdiyini söyləyən UNESCO Dünya Filosoflar Qurultayının sabiq sədri Stepanyants Xocaəfəndinin əleyhinə aparılan siyasətin səbəbinin “aydın” olduğunu söyləyib. Sufizm və İslam fəlsəfəsi üzrə mütəxəssis olan məşhur Rusiya filosofu xeyirxah işlər görən insanların həmişə çətinliklərlə mübarizə aparmağa məcbur qaldıqlarını söyləyərək: “Daşa tutulan Həzrət Məhəmməd də vətənindən ayrılmağa məcbur qalmışdı”, - deyib.
Məşhur filosof Stepanyants deyib: “Xeyirə qarşı çıxanlar həmişə olub. Əsas məsələ bu hadisələrin necə nəticələnməsidir. Xeyir indiki zamanda qalib gəlməsə də, tarixdə zəfər çalan odur. Hindistanın əfsanəvi lideri Mahatma Qandi kimi... Qandini öldürdülər, amma onu xatirəsi hələ də yaşayır. Xeyir dünyadan getsə də, qələbə yenə onundur. Əgər bir gün şər qalib gələrsə, onda hamımız gərək dünyaya vida edək. Əgər həyat hələ də davam edirsə, demək, xeyir çətin də olsa, qalib gəlir”.
“Həzrət Məhəmməd vətənindnən ayrılmağa məcbur edildi”
Dünyada fərqli din, məzhəb və etnik qrupların arasında qarşıdurmaların hələ də davam etdiyini söyləyən Stepanyants deyib ki: “Xeyirin silahı, maddi gücü, bəlkə də ideoloji baxımdan geniş imkanları yoxdur. Hindistanda milyonlar ayağa qalxanda Qandi bu mübarizəni “ruhun gücü” şəklində xarakterizə etmişdi. Haqqı müdafiə edənlər gərək özündən əmin olsunlar. Haqqı insanlara çatdırsınlar. Bütün dinlərin yolu budur. Daşa tutulan Həzrət Məhəmməd vətənindən ayrılmağa məcbur qaldı. Mədinə ona arxa çıxdı. Bu, ruhun gücünə inamın nümunəsidir. O, insanları bir Allaha inanmağa səslədi. Ruhun və inancın gücü böyük gücdür. Bizim kimi sadə insanlar nə edə bilər? Məncə, bizim vəzifəmiz övladlarımıza, nəvələrimizə inancın gücünü öyrətməkdir”.
Qandi zorakılığa əl atmadan özünü müdafiə etdi
Bir insan kimi, dünyada baş verən hadisələrdən, insanların həlak olmasından, aclıqla üzləşməsindən qayğılandığını söyləyən Stepanyants deyib: “Qandi bütün məsələləri zorakılığa baş vurmadan həll etməyi təklif etdiyinə görə, mənim gözümdə o ideal insandır. Zorakılığın əleyhinə çıxmaq özünü müdafiə etməmək deyil. Qandi həm özünü müdafiə etdi, həm etirazlarını bildirdi, həm də milyonları hüquqlarını müdafiə etməyə səslədi. Ancaq onun mübarizəsi qan tökməkdən tamamən uzaq idi. Məhz buna görə, onun mübarizəsi təqdirəşayandır. Qandi məqsədinə çatmağın çətin olduğunu bilirdi. Hindistanda bir sıra işlər görülsə də, qan tökülməyin qarşısı alınsa da, 1947-ci ildə müstəqillik əldə etsələr də, yenə də onlara qan sıçradı. Qarət edildilər. Müsəlmanlarla hindlilər arasında amansız qarşıdurmalar baş verdi. Qandi hindli idi, amma hər iki rətəfi radikalizmdən uzaq durmağa səsləyirdi. Üstündən bir il keçdikdən sonra, 30 yanvar tarixində Qandi dua və nitq söylmək üçün xalqın qarşısına çıxmışdı. Və orada bir hindli tərəfindən öldürüldü. Müharibə, zorakılıq, silahla deyil, bu cür ideal yollarla mübarizə aparmaq böyük müvəffəqiyyətdir”.
Şərlə mübarizə aparmaq lazımdır
Sufi kəlamlarını, xüsusilə də Mövlananın yanaşma tərzini çox bəyəndiyini söyləyən alim: “Mövlana deyir ki, əgər şər olmasa idi, xeyirin qədrini bilməzdik. Şər olmasa idi, xeyiri qavraya bilməzdik. Xeyir naminə şərə qarşı çıxmalıyıq. Bu çox çətin bir mübarizədir, fikrimcə heç vaxt sona çatmayan bir mübarizədir”.
- tarixində yaradılmışdır.