“Qalx, igidim!” albomunun satışı 100 000-ə yaxınlaşır

“Qalx, igidim!” albomunun satışı 100 000-ə yaxınlaşır

12 ölkədən 12 fərqli musiqi qrupu və sənətçinin Fəthullah Gülən Xocaəfəndinin şeirlərini bəstələyərək səsləndirdiyi “Rise Up” (“Qalx, igidim!”) albomunun satışı yüz minə yaxınlaşıb.

Yüz mindən çox tirajla buraxılan albomun satışı 82 mini keçib. Nil Produksiyon baş direktoru Tevfik Arslan, Xocaəfəndinin 12 şeirinin bəstələnib ifa ediliyi albomla əlaqədar satış hədəflərinin artıq iki yüz min olduğunu bildirdi. Musiqi albomu ABŞ, Almanya, Rusiya kimi böyük dövlətlər və Orta Şərq regionu daxil olmaqla 36 ölkədə satılır. Tevfik Arslan qeyd edib ki, albom gözlədiyimizdən daha böyük rəğbətlə qarşılandı. Maraqlananlar albomu həm CD şəklində əldə edə, həm də sosial şəbəkələrdə dinləyə bilirlər. Bununla yanaşı, sözügedən mahnıları mobil cihazlarla da asanlıqla internetdən yükləmək olur.

Amerikalı Rayn Şov (Ryan Shaw), misirli Maher Zain, ingiltərəli Nataşa Atlas (Natacha Atlas), braziliyalı Kristello Duo və Bruno Quveya (Cristello Duo ve Bruno Gouveia) kimi sənətçilər, Hindistandan KK&Riit (KK&Reet), Almaniyadan Good Morning Diary kimi musiqi qrupları Xocaəfəndinin şeirlər kitabından seçib bəstələdikləri musiqiləri dünya barışına ərmağan ediblər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.