Prezident və Baş Nazir Xocaəfəndiyə şəfalar diləyib

Prezident və Baş Nazir Xocaəfəndiyə şəfalar diləyib

Prezident Abdullah Gül və Baş Nazir Rəcəb Tayyib Ərdoğan səhhəti ilə bağlı 12 saat xəstəxanada həkimlərin nəzarəti altında qalan Fəthullah Gülən Xocaəfəndi ilə telefonla əlaqə saxlayaraq şəfalar diləyib.

Verilən məlumata görə əvvəlki gecə İstanbuldan Ankarara yola düşmədən əvvəl Xocaəfəndi ilə telefonla əlaqə saxlayan Baş Nazir Ərdoğan ona şəfalar diləyib. Səhhətinin yaxşılaşdığını bildirən Xocaəfəndi də Gül və Ərdoğana təşəkkürünü bildirib. Xatıdladaq ki, “herkul.org” saytı və @Herkul_Nagme rəsmi tvitter səhifəsində verilən açıqlamada “Fəthullah Gülən Xocaəfəndi qəfil təzyiq yüksəlməsi nəticəsində ürək döyüntülərində meydana gələn pozulma səbəbi ilə 12 saat xəstəxanada həkim nəzarəti altında qalmışdır. Hal-hazırda səhhəti yaxşılaşan möhtərəm Xocaəfəndi evdə istirahət etməkdədir. Dua etmənizi rica edirik” bildirilmişdi. Dünən də həmin saytda Xocaəfəndinin yeni fotoşəkli yayınlanıb. Baş Nazirlə yanaşı internetlə, xüsusilə tvitter vasitəsi ilə siyasətçilər və bir çox tanınmış şəxslər Xocaəfəndiyə şəfalar diləyib.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.