Pakistanın sabiq naziri Gilani: “Türk məktəblərinə görə Türk xalqına minnətdaram”

Pakistanın sabiq naziri Gilani: “Türk məktəblərinə görə Türk xalqına minnətdaram”

Türkiyədə bəzi kəsimlər tərəfindən hədəf seçilən Türk məktəblərinə dünyanın dörd bir tərəfindən yüksək səviyyədə təriflər yağdırılır. Pakistanın sabiq naziri Yusif Rza Gilani 18 il ölkədə fəaliyyət göstərən Türk məktəblərindən ağızdolusu danışıb. 23 Türk məktəbinin Pakistan xalqı ilə əl-ələ verərək dostluq körpüləri qurduğunu söyləyən Gilani “Vətənim Mutanda açılan Türk məktəbinə görə Türk dövlətinə və millətinə minnətdaram”, - deyib.

Pakistanın sabiq Baş Naziri Gilani “Cihan” Xəbər Agentliyinə verdiyi müsahibədə Türk məktəbləri, Əfqanistla əlaqələr, regional problemlər və ölkədə baş verən aktual hadisələr haqqında fikirlərini açıqlayıb. Pakistanda üz verən problemlərin təhsilin olmamasından irəli gəldiyini söyləyən Gilani Pəncab vilayətinin şimalı və Bəlucistan vilayəti kimi bölgələrdə müasir təhsil imkanlarının təmin edilməsi lazım gəldiyini bildirib.

Türk məktəbləri ölkədəki problemlərin həllində böyük rol aynayır

Gilani bu kimi problemlərin Türk məktəblərinin timsalında səviyyəli bir təhsil sistemi ilə həllini tapacağını söyləyərək deyib: “Xalqımızın böyük potensialı var. Bizim cavanlarımız çox istedadlıdır. Türk məktəbində oxuyan bir şagirdin “A level” sistemində dünya birincisi seçildiyini eşitmişdim. Bu da bizim cavanlardakı potensialı göstərir. Ancaq imkansızlıqdan üzə çıxa bilmirlər. Əgər bizim cavanlara Türk məktəblərinin verdiyi imkanlar verilsə, biz ölkədə baş verən probləmlərin öhdəsindən gələ bilərik.”

Pakistanda fəaliyyət göstərən 23 Türk məktəbinin iki ölkə xalqı arasında dostluq körpüləri qurduğunu söyləyən Gilani: “Vətənim Mutanda açılan Türk məktəbinə görə Türk dövlətinə və millətinə minnətdaram”, - deyib.

Pakistan təhsil sisteminin yaxşılaşdırılması üçün üləma ilə sıx görülşlər keçirildiyini söyləyən Gilani bəzi mədrəsələri müasir təhsil verən məktəblərə çevirdiklərini bildirib. Gilani: “Bu məsələ vilayətlərin daxili işlərinə həvalə edildi. Hər əyalətin təhsil nazirliyinə fond ayırdıq. Beləcə bütün vilayətlər təhsilə daha çox pul ayıracaq”, - deyib.

Terrorun təkcə Pakistanın deyil, dünyanın problemi olduğunu söyləyən Gilani Pakisstanın bu məsələdə dünyaya yardım etdiyini bildirib. Terrordan ən böyük ziyan görən bir ölkə olaraq Pakistanda indiyədək 40000 dinc əhali və 5000 əskər həlak olduğunu açıqlayıb. Gilani dünyanın Pakistana kifayət qədər dəstəkləmədiyini və Pakistanın terrorla mübarizə apararaq sülhün bərqərar olmasına böyük töhfələr verdiyini bildirib.

Türkiyə ilə əlaqələrimiz daha da inkişaf etdirilməlidir

Türkiyə ilə əlaqələrin daha da inkişaf etdirliməsinin zəruriliyindən bəhs edən sabiq nazir: “Xalqlarımız həmişə bir-birinə kömək oldular. Hətta mənim babalarım türklərə yardım etdikləri üçün həbsə düşdülər. Pakistan və Türkiyə arasında olan qarşılıqlı sevgini başqa heç bir ölkələr arasında görə bilməzsiniz. Bunun başqa nümunəsi yoxdur. Bundan əlavə Türkiyə xalqına ölkəmizdə baş verən sel və zəlzələ kimi təbii fəlakətlər zamanı göstərdikləri yardımlar üçün minnətdaram”, - deyib.

Yusif Rza Gilani əvvəllər - Pakistan və Əfqanıstan arasında münasibətlərin gərgin olduğu vaxtlarda Türkiyənin Əfqanıstanla- Pakistan arasındakı münasibətlərin bərpası üçün təşəbbüs etdiyini xatırlatdı. Bundan əlavə Türkiyənin Əfqanıstanın Prezidenti Həmid Kərzai ilə dostluq münasibətlərinin inkişafında böyük rol oynadığını və bu sayədə artıq qonşu ölkə ilə ekstremizm və terorizmə qarşı mübarizəyə başladıqlarını qeyd edib.

Türkiyənin ticarət sahəsində də Pakistana böyük yardım göstərdiyini vurğulayan Gilani İstanbul-İslamabad qatar səfərlərinə start verilməsi ilə yanaşı, iki ölkə arasında bir çox ticarət müqavilələrinin imzalanmasının əlaqələri daha da möhkəmlətdiyini söyləyib. Bu əlaqələrin daha da inkişaf etirilməsinin zəruriliyini vurğulayan Gilani: “İki ölkə nümunəvi dostlu nümayiş etdirir”, - deyib.

Əbdulqadir Gilaninin nəvəsi...

Gilani Pakistan tarixində ilk dəfə normal səlahiyyət müddətini başa vuran yeganə Baş Nazir olmaqla yanaşı, bir maraqlı xüsusiyyəti ilə də seçilir. Söhbət əsnasında ailəsindən və şəcərəsindən söhbət açan Gilani Şeyx Əbdülqadir Geylaninin nəslindən olduğunu bildirib. Sabiq Baş Nazir Gilani (Geylani) soyadının könüllərin sultanı Əbdulqadir Gilanidən miras qaldığını deyib.

Məhəmməd İqbal haqda isə: “ O, bizim milli şairimizdir, fikirləri və görüşləri ilə Pakistanı quran şəxsiyyətdir”, – deyib. (Abdulhəmid Biliçi, Fateh Çapar – İslamabad)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.