Pakistanda Türk dili şənliyi

Pakistan’da Türkçe şöleni

Pakistanda 18 ildir fəaliyyət göstərən Türk məktəblərində şagirdlər Türk dili üzrə yarışdılar. Türk dili olimpiadalarının finalında iştirak edən İzmir Millət Vəkili İlhan İşbilən tədbirdə oxunan şer və mahnıların Türkiyədə Hizmət hərəkatı əleyhinə söylənən xoşagəlməz sözlərdən gur çıxdığını dilə gətirib.

Pakistanda Türk məktəblərinin keçirdiyi Beynəlxalq Türk Dili olimpiadalarının ölkə finalı bayram əhval-ruhiyyəsində keçirilib. Müxtəlif şəhərlərdən paytaxt İslamabada gələn 170 məktəbli tədbir iştirakçılarına xoş anlar yaşadıb.

Hər iki ölkənin milli marşının oxunması ilə başlayan mərasimin aparıcıları pakistanlı şagirdlər olub. Pak-Türk məktəbləri idarə heyətinin sədri Ünal Toşur: “Bu şagirdlərin sevgi ilə quracaqları yeni bir dünyada kin, nifrət və düşmanlıq olmayacaq”, - deyib. Münsiflər heyəti bir-birindən gözəl Türk dilində danışan şagirdlər arasında seçim aparmaqda çətinlik çəkiblər. Müsabiqədə mahnı kateqoriyasında “Lahor Qız gimnaziyası”nın şagirdi Zuha Nur “Yaralı” adlı mahnı ilə, şer kateqoriyasında isə həmin gimnaziyadan Moliya Asif “Mən səni heç sevmədim ki!” şeri ilə birinci yerə layiq görülüb. Zuha Nur bu müsabiqədən ötrü müəllimləri ilə çox məşq etdiyini deyərək: “Türkiyəyə gedirəm, çox xoşbəxtəm, mənə yuxu kimi gəlir” sözləri ilə sevincini bölüşüb. Tədbirdə 22 yaşında vətənini tərk edib səkkiz ildən çox Pakistanda müəllimlik edən Adəm Kösə də yad edilib. İki il əvvəl dünyasını dəyişən Adəm müəllim haqda hazırlanan səhnəciyə baxanlar göz yaşlarına hakim ola bilməyiblər. Adəm müəllimin həyat yoldaşına plaket təqdim olunub. Tədbirdə ən çox bəyənilən çıxışlardan biri də Türk məktəblərinin İngilis dili fənni üzrə metod birləşmə rəhbəri Süheyl Əziz və qızının səsləndirdiyi “Ümüdüm cənnətdə” mahnısı olub. Ata və qızın səsləndirdiyi mahnı tədbir iştirakçılarını heyran edib.

Tədbirdə iştirak edən İzmir millət vəkili İlhan İşbilən burada oxuanan şer və mahnıların Türkiyədə Hizmət hərəkatı əleyhinə söylənən xoşagəlməz sözlərdən gur çıxdığını dilə gətirib. İstanbul bitərəf millət vəkili Məhəmməd Çətin təhsil sevdalılarının ən əlverişsiz şərtlərdə belə gül kimi insanlar yetişdirdiklərini deyərək: “Türkiyədə əsən “tufana” baxmayaraq burda bizə bahar ab-havası yaşatdınız”, - deyib. Burdur bitərəf millət vəkili Həsən Hami Yıldırım isə: “Mən bu şagirdlərə demək istəyirəm ki, sizin kimi qəhramanlara təkcə öz ölkənizin deyil, təkcə Türkiyənin deyil, bütün dünyanın ehtiyacı var”, - deyib.

Tədbirdə Qazaxıstan və Azərbaycanın Pakistandakı diplomatik nümayəndələri də iştirak edib. Azərbaycanın İslamabaddakı səfiri Daşqın Şikarov Türk məktəblərinin əldə etdiyi naliyyətlərə sevindiyini qeyd edərək bu tədris ocaqlarının Türkiyənin pakistanlılar tərəfindən sevilməsinə çox böyük töhfəsi olduğunu deyib.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2022 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.