Nyu-York Tayms qəzeti: “ABŞ Fəthullah Güləni təhvil verməz”
Amerikanın nüfuzlu qəzeti Nyu-York Tayms ABŞ-ın Fəthullah Güləni Türkiyəyə təhvil verməsi ilə əlaqədar yetərli hüquqi əsasın olmadığına dair məqalə dərc etdirib.
“Qoy Ərdoğan öz mübarizəsini özü aparsın” sərlövhəli yazıda təhvil tələbinin “axmaq və gülünc” olduğu deyilir. Qəzet Ərdoğanın ABŞ-Türkiyə əlaqələrini və ekstradisya qanununu sui-istifadə etdiyini iddi adərək Barak Obama hökümətinin Güləni təhvil verməməyə səsləyib.
Məqalədən bəzi hissələr:
Ərdoğan ABŞ-Türkiyə əlaqələrini sui-istifadə edir
Ərdoğan ekstradisiya ilə Güləni təhdid edərək ABŞ-ı da sözügedən mübahisələrə cəlb etmək istəyir. Əgər Ərdoğan dediyini edər və ABŞ-gan Güləni Türkiyəyə rəsmi şəkildə təvhil edilməsini tələb edərsə, qanunlara müvafiq olaraq Amerika höküməti bu tələbə baxmağa məcburdur. Lakin hazırkı hədə-qorxular Türkiyə-ABŞ ittifaqından siyasi maraqlar üçün sui-istifadə olub axmaq və gülünc bir addımdır.
ABŞ müsbət cavab verməyə bilər
Türkiyə Baş Naziri Tayyib Ərdoğan bu həftə PBS kanalının müxbiri Çarli Rouza verdiyi müsahibədə telefon dinləmənin qeyri-qanuni olduğunu və və ABŞ-ın təhvil tələbinə müsbət cavab verməsini ümid etdiyini söyləyib. ABŞ-ın müsbət cavab verib-verməməsi hələlik dəqiq deyil.
Qanuni dəlil yoxdur
Bəzi mütəxəssislərə görə sözügedən təhvil tələbinin qanuni dəlili yoxdur, çünki ABŞ-da uzunmüddətli məskunlaşma izni olan və 1997-ci ildən bəri Pensilvaniyada yaşayan Gülən barəsində heç bir ittiham və ya cinayət işi açılmamışdır. 1990-cı illərdə dünyəvi höküməti yıxmağa təşviq etməklə təqsirləndirilən Gülən Türkiyəni tərk etdi və haqqında ortaya atılan ittihamları təkzib etdi. Ərdoğan iqtidara gəldikdən sonra məhkəmələr bu ittihamların əsassız olduğunu üzə çıxardı. Gülən məhkəmə, polis təşkilatı və mediada çalışan ardıcılları ilə Türkiyədə böyük nüfuza malikdir. Ancaq onlar yolsuzluq əməliyyatını təşviq etdiklərinə dair iddiaları təkzib etməkdədirlər.
Lazımi şərtlər mövcud deyil
ABŞ-ın təhvil tələbini qəbul etməsi üçün sözügedən şəxsin hər iki ölkənin məhkəmə sistemləri tərəfindən cinayət sayılan bir əməllə ittiham edilməli və həmin şəxsin sözügedən cinayəti işləməsinə dair sağlam bir qənaət formalaşmalıdır. Gülənin təhvil verilməsi məsələsində lazımi şərtlər mövcu deyil.
Ekstradisiya qanunundan sui-istifadə edilməməlidir
Obama höküməti indiyədək Türkiyə ilə ciddi və yersiz yeni gərginlik potensialına malik olan bu məsələ haqqında ictimaiyyətə açıqlama verməkdən çəkindi. Ekstradisiya qanunundan siyasi məqsədlər üçün istifadə etmək qanundan sui-istifadə etmək mənasına gəlir. Ərdoğan öz siyasi mübarizəsini özü aparmalıdır.
- tarixində yaradılmışdır.