“Nobel” laureatı Desmond Tutu “Gülən” sülh mükafatına layiq görülüb
Cənubi Afrika Respublikasında fəaliyyət göstərən Turkoiz Harmoni İnstitutu (Turquoise H.E.) tərəfindən yeddinci dəfə İllik Ubuntu Dərsi və Sülh-Dialoq Mükafatının təltifetmə mərasimi keçirildi.
“Nobel” mükafatı laureatı, sülh və insan hüquqları aktivisti Desmond Tutuya “Gülən” sülh mükafatı verilib. Yohannesburqda keçirilən tədbirdə Tutuya mükafatı Jurnalistlər və Yazarlaq Vəqfinin əməkdaşı Hüseyin Hurmalı təqdim edib. Desmond Tutu: “İnsanlar qarşılıqlı olaraq bir-birindən asılıdırlar. Ayaq açıb yeriməyi başqa insanlardan öyrənirik, danışmağı başqa insanları təqlid edərək öyrənirik. Yaradanımız bizi bir-birimizi tamamlamaq üçün xəlq edib. Başqasına zərər verən, əslində özünə zərər vermiş olur”, - deyib. Türkiyədən gələn könüllülərin Cənubi Afrika Respublikasının dəyəri olan Ubuntu fəlsəfəsinə sahib çıxmasını alqışlayan Tutu sözünü belə tamamlayıb: “Cənubi Afrika Respublikası dünyanın ən zəngin ölkəsi olmasa da, möhtəşəm insanları var. Ey CAR, oyan! Səndəki potensiyalı gör!”
Tutu CAR Aparteid hökümətinə qarşı apardığı mübarizəyə görə 1984-cü ildə “Nobel” sülh mükafatına layiq görülmüşdür. Təltifetmə mərasimində Fri-Steyt əyalətinin Təhsil Naziri Teyt Makicoya (Tate Makgoe) təhsil, “Ubuntu” radiosuna media, Vitvotersrend Universitetininin (Witwatersrand U. ) rektor müavini professor Adam Habibə elmi sahədə mükafat verilİB. Sənət sahəyəsində komediyaçı-rejissor Leon Şuster (L.Schuster), din mənsublarıarası dialoq sahəsində CAR-ın dövlət televiziya kanalı SABC-nin Dini İşlər üzrə Departamenti, idman sahəsində ölkənin böyük futbol komandası Orlando Pirates FC klubu mükafatlandırıldı. Nelson Mandelanın yaxın dostu və hazırda dövlətin idarə heyətində çalışan Afrika Milli Konqresi partiyasının qurucu sədri Oliver R. Tamboya isə “Azadlıq” mükafatı verilib.
- tarixində yaradılmışdır.