Məqsədimiz siyasi güc əldə etmək deyil!
Fəthullah Gülən Xocaəfəndi İngiltərənin “Fayneyşl tayms” (Financial times) qəzetində dərc olunan məqələdə vətəndaşların təqibə alınması, təsviyəsi və mediaya təzyiq hadisələrinin demokratik nailiyyətlərə zərər verdiyini bildirib. Camiənin məqsədi siyasi güc və ya siyasi gücün avantajlarını əldə etmək olmadığını vurğulayıb.
Ötən gün İngiltərənin “Financial times (Fayneşl tayms)” qəzeti Fəthullah Gülən Xocaəfəndinin məqaləsini dərc edib. “Türkiyədə demokratiyanın bərqərar olması üçün yeni konstitusiyaya ehtiyac var” adlı məqalədə Xocaəfəndi Türkiyənin zədələnən etibarını təkrar qazanmasının yeganə yolunun demokratiyaya sədaqətini yeniləmək olduğunu bildirib. O, məqalədə deyir:
Bir millət üçün güvən və sabitlik hər cür tərəqqi və etibarın əsasını təşkil edir. Türkiyə son on ildə bu güvəni böyük çətinliklərlə təsis etmişdir. Təəssüf ki, son vaxtlar hökümət böyük zəhmətlərlə əldə edilən bu güvəni hədər edir. AKP Türk xalqının dəstəyini itirmək üzrədir. Bununla yanaşı artıq AB-yə daxil olma imkanı da sual altındadır. Hökümətin qəbul etdiyi Ədliyyə Nazirliyinə hakim və vəkillərin təyinat və istintaq səlahiyyətlərini verən HSYK qanunu, internetə məhdudiyyət qoyan qanun və MİT-ə hüdudsuz səlahiyyətlər verən qanun lahiyəsi həm Avropa Birliyi, həm də digər Avropa orqanları tərəfindən ciddi tənqid edildi.
Hərbi çevrilişlərin və siyasi qeyri-sabitliyin pəncəsində keçən illərdən sonra AKP hərbi hakimiyyətə son qoymalı idi. Həm AB, həm də - 2010 konstitusiya referendumunda gördüyümüz kimi - Türk xalqı bu istiqamətdə keçirilən demokratik reformlara dəstək bu hökümətə vermişdi. Ancaq hərbi hakimiyyətin yerinə indi də icraedici hakimiyə gəldi. Bəzi vətəndaşların siyasi düşüncə və ya dünyagörüşlərinə görə təqib edilməsi, siyasi mənafe naminə dövlət məmurlarının iş yerlərinin dəyişdirilməsi və media, məhkəmə və sivil xalqın təzyiq görməsi son on ilin demokratik nailiyyətinə böyük zərər vurmuşdur.
Xalqın hökümətə olan güvənini bərpa etməyin və dünyada zədələlən etibarımızı yenidən qazanmanın yeganə yolu ümumbəşəri insan hüquqlarını, hüququn üstünlüyünü əsas götürən bir demokratiya və bu demokratiyaya sədaqəti yeniləməkdir. Bu yeniləmənin məhək daşı sivil xalq tərəfindən hazırlanan yeni və demokratik bir konstitusiya olmalıdır. Demokratiya İslamiyyətin idarəçiliklə əlaqədər prinsipləri ilə zidd deyil. Əslində insan həyatının toxunmazlığı və din azadlığı kimi İslamın əxlaqi prinsipləri demokratik sistemlərdə daha mükəmməl həyata keçirilir. Cəmiyyətdəki fərqliliyə hörmət və tolerantlıqla yanaşmaq dini duyğu-düşüncə ilə təzad təşkil etmir. Əksinə siyasi görüşləri, dini inancları və ya milli mənsubiyyəti nə olur-olsun hər bir insana dəyər vermək Allahın bəşər övladına bəxş etdiyi azad iradəyə hörmətin əlamətidir. Düşüncə və söz azadlığı demokratiyanın ümdə əsasıdır. Türkiyənin şəffaflıq və media azadlığı baxımından demokratik ölkələrdən geridə qalması təəssüf doğuran haldır. İftira və təhqirdən uzaq tənqidləri təmkinlə qarşılamaq kamil insanların xarakteridir.
Dini siyasi bir ideologiya kimi görmək – din naminə siyasətə qoşulmaq- İslamiyyətin ruhuna ziddir. Dinlə siyasət birləşəndə hər ikisinə də, - ən çox da dinə – zərər dəyir. Türkiyənin hər bir vətəndaşı – mənsub olduğu kəsimdən asılı olmayaraq - bütün dövlət qurum və müəssisələrində çalışma hüququna malikdir. Təəssüf ki, Türkiyədə bəzi dövlət qurumları uzun müddət vətəndaş və məmurlara ideoloji düşüncələrlə ayrıseçkilik etmişdir. Demokratiya insanların cəzalandırılmaq və ya təhdid edilməkdən qoxrmadan şəxsi görüşlərini ifadə etməyə zəmin hazırlamaqdadır. Mənim də aralarında olmaqda şərəf duyduğum bu insanların (Camiaya könül verənlərin) 40 ildən artıq maddi imkanlarını və ömrünü təhsilə, dialoqa və humanitar yardıma həsr etməsi siyasi məqamlardan və bununla əlaqədar sövdələşmələrdən iradi şəkildə uzaq durması sübut edir ki, onların məqsədi siyasi güc və ya bunun mənafeyini əldə etmək deyil.
“Hər bir vətəndaşımızın sərbəst şəkildə demokratik hüquqlarından isifadə etməyə haqqı çatır” tövsiyəsindən başqa hansısa bir partiyanı dəstəkləmə və ya dəstək verməmə kimi bir düşüncə və fəaliyyətim olmamışdır və olmayacaqdır. Mən millətimizin uzaqgörənlik və fərasətinə, onların yüksək düşüncəsinə, partiyadan ziyadə millətimizin və ölkəmizin mənafeyini üstün tutacağına ümid edirəm.
Həyatımın son 15 ili inzivada keçmişdir. Türkiyədə vəziyyət necə olursa-olsun, ömrümün qalan hissəsini eyni şəkildə davam etdirmək niyyətindəyəm. Ancaq arzum odur ki, hazırkı problemləri fürsət bilsinlər, Türkiyədə demokratiya və insan hüquqlarını inkişaf etdirsinlər. İnanıram ki, demokratik prinsiplərə sədaqətimizi yeniləyərək ölkədə güvən və sabitliyi bərqarar edəcəyik və beləcə bölgəyə və dünyaya ilham verən Türkiyə nümunəsini təkrar ortaya qoyacağıq.
- tarixində yaradılmışdır.