Məmməd Aslan: “Fətullah Güləni görmədən ona iman gətirmişəm”

Məmməd Aslan: Fətullah Güləni görmədən ona iman gətirmişəm

Modern.az-a açıqlama verən Şair Məmməd Aslan bir müsahibəsində fikirlərinin təhrif olunduğunu bildirib. Şairin sözlərinə görə o, Fətullah Güləni görməsə də, müsahibədə onun Fətullah Güləni gördüyü yazılıb: “Məndən soruşanda ki Fəttullah Gülənlə dostsunuz? Dedim, qətiyyən, onun üzünü də görməmişəm. Ancaq onun imanına baş aparmış bir adamam, onun haqqında şeirim, yazılarım, dəyərləndirmələrim var. Fətullah Gülən xocanı bir Allah adamı kimi deyiblər. Bundan artıq dəyər ölçüsü lazım deyil. Bunu Məmməd Aslan deyirsə, kim daha ağız büzə bilər. Bütün dünyanın ölkələrində onun imanına baş aparan insanları həyata, Allah sevgisinə hazırlayır. Bundan böyük nə ola bilər? Televiziyadan və şəkillərindən başqa mən Fətullah Gülənin üzünü görməmişəm. Bu, kiçik bir şeydir. Mən Füzulinin də üzünü görməmişəm. Füzulini sevməyimmi? Vazehin, Şah İsmayılın da üzünü görməmişəm. Səməd Vurğunu da şəkillərdə görmüşəm. Sevməyimmi? İnsan sevgisi mənəvi dəyərlərin başında gələn bir şeydir.

Sonra müsahibədə deyilir ki, mən onların barışmasını istəyirəm. Mən onların arasını vururlar deyə demişəm. Ona inandım ki, bir-birinə yaxın adamın, bir-birini yaxşı dəyərləndirən adamın arasını çox düşmənləri elə vurdular ki, artıq onların barışmasına inanmıram. Pensilvaniyada xəstəliklə baş-başa qalan, bununla bərabər insanlığı düşünən bu adam hər şeyə layiq bir ağsaqqaldır. Bunu mühakimə eləməyə çağırmaq hər halda bəşəri üz qarasıdır”. Məmməd Aslan Rəcəb Tayyib Ərdoğan haqqında da fikirlərini dedi: “Ərdoğan hövsələdən çıxartdılar. O, artıq fikirlərini birləşdirib ancaq bircə şeyə yeridən hakimiyyətini davam etdirməlidir. Cavan bir adamdır. Amma təbii olan bir adam ölkənin min bir vətəndaşının ağsaqqalını o cür incitməz. Adam, dövlət başçısı hövsələli olmalıdır. Dövlət başçısı bir dövlətin başçısı olmaqla bərabər hər evin başçısıdır. Hər başsızın başçısıdır.

Hər ölkədə yolsuzluq da, işsizlik də - hər şey var. Amma bu gün Türkiyədə qabardılıb ərşə qaldırılan o hadisələr hamısını türkün gəlib çatdığı bir gözəl dövlətin, xalqın bir birliyini sarsıtmaq, türkün indiki uğurlarını düşmənlərin ayağının altına sərmək üçün həmin düşmənlərin uydurduqları fırıldaqların əsasında görürük. Biz pərdənin arxasına fikir vermədən filankəsləri görürük, pərdənin qabağındakılar oyunçudur. Adətən, oyunda suflyorlar arxadan deyir. Suflyorları isə görmürük”, – deyə şair qeyd edib. (Misranə Həsənzadə)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.