Manhi mükafatını “Sülh layihəsi”nə bağışladı

Manhi mükafatını “Sülh layihəsi”nə bağışladı

Cənubi Koreyada 1997-ci ildə təsis olunan və böyük nüfuza malik Manhi (Manhae) Sülh Mükafatının laureatı Fəthullah Gülən Xocaəfəndi təltif olunan 28 min dolları Jurnalistlər və yazarlar vəqfinin nəzdindəki “Sülh layihə”sinə bağışlayıb.

“Sülh layihəsi” müharibə və zorakılığın qarşısını almaq amacı ilə hazırlanan və həyata keçirilən bütün fəaiyyətləri təşviq etmək məqsədini daşıyır. Lahiyəyə dialoq, həmrəylik , birgəyaşayış, plüralizm, demokratiya, müqəddəs dəyərlərə hörmət, ekoloji maariflənmə, insan haqları, kişi və qadın bərabərliyi kimi mövzularda proyektlər qəbul olunur. Lahiyənin qaliblərini 50 min dollar mükafat gözləyir. Layihəyə dünyanın bütün bölgələrindən şəxslər və ya qeyri-hökümət təşkilatları iştirak edə bilər. Layihənin qalibləri 2014-cü ilin mart ayında mükafatlandırılacaq.

Cənubi Koreyanın Konqvondo vilayətində keçirilən təltifetmə mərasimində Fəthullah Gülən Xocaəfəndinin adına mükafatı qəbul edən Jurnalistlər və Tazarlar Vəqfinin sədri Mustafa Yaşıl çıxışında bildirib ki, Gülən mükafatı dünyanın hər tərəfinə sülh göyərçinləri uçuran könüllülər adına qəbul edir. M.Yaşıl ayrıca qeyd edib ki, Gülənin fikirlərindən ilham alan Hizmət hərəkatı heç bir qarşılıq gözləmədən başqaları üçün yaşama məfkurəsilə insanılğa xidmək edir.

Sülh layihəyəsinə (www.peaceprojects.net) 2013-cü ilin sentyabr ayına qədər bütün dünyadan elm adamları, aktivistlər, sənətçilər, pedaqoqlar, jurnalistlər və tələbələr öz layihəyələrini təqdim edə bilərlər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.