“Könüllülər hərəkatı”ndan bəhs edən sənədli film tamaşaçılara təqdim edilib

“Könüllülər hərəkatı”ndan bəhs edən sənədli film tamaşaçılara təqdim edilib

3 “Emmi” mükafatı sahibi, sənədli filmlərin çəkilməsi üzrə tanınmış rejissor Terry Spencer Hesser tərəfindən “Könüllülər hərəkat” və ona rəhbərlik edən Fəthullah Gülən barədə “Love is a Verb” sənədli filmi çəkilib. Sənədli filmin məsləhətçiləri arasında tanınmış elm adamları John Esposito, Helen Rose Ebaugh, Hakan Yavuz, Scott Alexander, Gordon Quinn, Alp Aslandoğan və Azam Nizamuddin də var.

5 müxtəlif ölkədə çəkilən və Merilend beynəlxalq sənədli filmlər festivalında “Ən yaxşı sənədli film” mükafatına layiq görülən bu film Manhetten SVA kino salonunda nümayiş etdirilib. Filmin təqdimatından sonra səhnəyə çıxan rejissor Terry Spencer Hesser tamaşaşıların suallarına cavab verib. Çəkilişlər zamanı rejissor Türkiyədə rastlaşdığı bir nəfərin gülümsəyərək: “Özünə fikir ver, burada heç də hamı Gülən məktəblərini bitirməyib”, - dediyin bi və bunu unuda bilmədiyini də söyləyib.

Sənədli filmdə Fəthullah Gülənin həyatı, “Könüllülər hərəkatı”nın yaranması, beynəlxalq arenaya çıxması və bu müstəvidə də ara- sıra Türkiyədə və ABŞ-da üzləşilən sıxıntılara diqqət cəlb edilib. “Könüllülər hərəkatı”na qarşı ictimaiyyətin bəzi nümayəndələri tərəfindən neqativ münasibətin bəslənilməsi, Fəthullah Gülən barədə qaldırılan və 8 il davam edən məhkəmə çəkişmələrindən sonra onun bəraət almasına sənədli filmdə xüsusi yer ayrılıb. Sənədli filmdə 28 fevral çevrilişi zamanı ən ağır şəraitdə “Könüllülər hərəkatı”nın və Fəthullah Gülənin Türkiyədə dinlərarası dialoq körpüləri qurma səyləri maraqlı bir şəkildə tamaşaçılara çatdırılıb. Filmdə “Kimsə yokmu” dərnəyinin Afrikadakı yardım fəaliyyətləri, dialoq və təhsillə bağlı çalışmaları da yer alıb. F.Gülənin “Könüllülər hərəkatı”nın ilham qaynağı olduğuna diqqəti cəlb edən sənədli filmdə bu hərəkatın məqsədi, məramı, fəaliyyəti, hədəfi və dini yönümlü söhbətləri də ən incə detallarına qədər rejissor tərəfindən lentə alınıb.

Sənədli film Avropada nümayiş etdiriləcək

Rejissor kimi fəaliyyətə başladığı dövrdən günümüzə kimi 3 dəfə beynəlxalq “Emmi” mükafatna layiq görülən rejissor Hesserin “Love is a Verb” sənədli filmi oktybar ayında Londonda keçiriləcək xüsusi mərasimdən Avropa ölkələrində nümayiş etdiriləcək. Bu sənədli filmin Türkiyədə göstərilib-göstərilməyəcəyi isə hələlik məlum deyil. Sənədli filmin DVD-si isə oktyabr ayında satışa çıxarılacaq.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.