Kofi Annan “Gülən İnstitutu”nda
ABŞ-ın Hyuston şəhərində fəaliyyət göstərən “Gülən İnstitutu”nun dəvətinə gələn BMT-nin sabiq Baş Katibi Kofi Annan Hyatt Regency Otelində seçkin iştirakçılarla görüş keçirdi.
Aparıcılığını Fox 26 televiziya kanalının xəbər spikeri Melissa Vilsonun etdiyi gecə Rice Universiteti Humanitar Elmlər Fakültəsinin dekanı prof. Ira Colbynin salamı ilə başladı. Ardınca kürsüyə keçən Annan “Global Compact” (Qlobal Müqavilə) adlı lahiyəsindən söz açaraq dünyanın müxtəlif bölgələrindən müsbət nümünələr çəkdi. Türkiyənin Avropa Birliyinə daxil ola bilmək üçün islahatlar apardığını vurğulayan Kofi Annan, Türkiyə üçün tam üzvlük deyil, xüsusi status verilmə məsələsinin həll ounması barədə danışdı. Orta Şərqlə yanaşı, Afqanistan, İraq və Suriyə daxil bu bölgənin çox sayda problemi olduğundan bəhs edən BMT sabiq Baş Katibi, bu bölgədə Türkiyə kimi qonşu ölkələrlə yaxşı münasibətdə olan bir ölkənin keçmişdə olduğu kimi, gələcəkdə də faydalı olacağını vurğuladı. Türkiyə höküməti ilə yalnız Kıbrıs deyil, İraq və Orta Şərq məsələlərində də işbirliyi etdiyini bildirən Annan, bu təcrübələrdə Türkiyənin daim müsbət və yardıma hazır vəziyyətinə şahid olduğundan bəhs etdi.
Annan: İslam adından insan öldürülə bilməz
“Qeyri-hökümət təşkilatları ictimai uzlaşım fəaliyyətlərinə hansı töhvələr verə bilər?” sualına Kofi Annan: “Qənaətimcə, Gülən İnstitutu kimi müxtəlif duyğu və düşüncəyə malik insanları bir araya gətirən, onlara eyni dünya gəmisinin sərnişinləri olduğumuzu xatırladan qurumların olması olduqca mühümdür. Müasir dünyada öz əmin-amanlığımızı və rifahımızı başqalarının fəlakəti üzərində qura bilmərik” – dedi.
Kofi Annan bundan başqa, dinləri təmsil etməyən, lakin din adından iş görən kiçik qrupların olduğundan bəhs etdi və istər Yəhudilik, istər Xristianlıq, istərsə də İslam olsun bütün dinlərin sosial əxlaq dərsi verdiyini bildirdi. “İslamiyyət mərhəmətli bir Allahdan bəhs edir. Necə ola bilər ki, Allah adından insanları öldürür və dini qoruduğunu iddia edirlər!” deyən Annan bəziləri dini öz məqsədləri üçün istifadə etdiyini ifadə etdi.
İnsan haqları, təhsil və sosial həmrəylik kimi dünya miqyaslı əhəmiyyətə malik məsələlər üzərində işlədiklərini deyən Annan, fəaliyyətlərinin Gülən İnsititutu ilə bu nöqtədə paralellik təşkil etdiyini söylədi. İştirakçıların suallarını da cavablandıran Annana Gülən İnstitutu tərəfindən öz şəkli təsvir olunmuş xalça hədiyyə edildi.
Vebb: Gülən Hərəkətinin bir parçası olmaqdan qürur duyuram
Daha sonra kürsüyə keçən Texas Teach Universiteti Fəlsəfə Kafedrasının Müdiri prof. Mark Vebb F.Gülənlə bağlı təqdimat məruzəsini oxudu. “Möhtərəm Fəthullah Güləni şəxsən görüşməmişəm. Ancaq Hz. İsa, “Bir ağacı meyvələrindən tanı” deyir. Mən Möhtərəm Güləni tanımaq üçün onun meyvələrinə baxdım. Siz də hal-hazırda salonda bu meyvələri görə bilərsiniz” – deyən Vebb Gülən Hərəkətinin bir parçası olmaqdan qürur duyduğunu ifadə etdi.
Dəvətə Texas Əyalət Millət Vəkili prof. Alma Allen, Rice Universiteti Humanitar Elmlər Fakültəsi dekanı prof. Lyn Ragsdale, Missisipi Senatorları Hilmann Frazier və Hank Zuber, Fox 26 tv direktoru Dartagnan Bebel, Hyuston Liman İşlətmələri direktoru James Edmonds, Norvegiya səfiri Lasse Seim, ABŞ Qatar sabiq səfiri Chase Untermeyer, İngiltərə səfiri Paul Lynch, Hyuston Polis Təşkilatı Təmsilçisi Stephan Daniel, çox sayda pedaqoq, başkonsul və iş dünyasının tanınmış simaları və qeyri-hökümət təşkilatın sədrləri iştirak etdi.
- tarixində yaradılmışdır.