“Kimsə yoxmu” dərnəyindən qasırğadan zərər çəkənlərə yardım
Amerikanın humanitar yardım təşkilatı “Helping hands” ilə birgə hərəkətə keçən “Kimsə yoxmu” dərnəyi qasırğadan zərər çəkənlər üçün kampaniya başlatdı. Bu kampaniyaya ilk dəstək verənlərdən biri də Fəthullah Gülən Xocaəfəndidir.
Ən şiddətli qasırğalarından biri ilə üzləşən Amerikaya Türkiyə yardım əli uzatdı. “Kimsə yoxmu” dərnəyi Yaponiya, Haiti və Myanmadan sonra yüz minlərlə evsiz qalan amerikalı üçün yardım kampaniyasına start verdi. Amerikanın humanitar yardım təşkilatı “Helping hands” ilə birgə çalışan “Kimsə yoxmu” dərnəyinə dəstək verənlərdən biri də Fəthullah Gülən Xocaəfəndidir. Xocaəfəndi zərər çəkənlərə müəllifi olduğu kitabların gəlirindən 10 min dollar bağışladı.
2008-ci ildən fəaliyyət göstərən “Helping hands” təşkilatı ötən il Vanda zəlzələdən zərər çəkənlərə humanitar yardım göstərmiş və bir tələbə yataqxanası tikdirmişdir. Vanda zərər çəkənlərə ABŞ-ın Türkiyədəki səfirliyi də yardım etmişdir. ABŞ-ın şərq sahillərində əsən Sendi qasırğasında yüzdən çox insan həyatını itirmiş, 8,5 milyona yaxın ev və iş yeri elektriksiz qalmışdır.
- tarixində yaradılmışdır.