Jurnalistlər və Yazarlar Vəqfindən (GYV) Xocaəfəndinin yazdığı məktubla bağlı açıqlama
Baş Nazir Rəcəb Tayyip Ərdoğanın, bir qisim mətbuat və QHT nümayəndələrinin iştirak etdiyi toplantıda bir məktubdan bəhs edildikdən sonra bəzi jurnalistlər tərəfindən ictimaiyyətə müxtəlif açıqlamalar verilmişdir. Yanlış məlumatlar əsasında bəzi xətalı izahların verilməsi bizdə təəssüf doğurdu. Yəqin ki, cənab Baş Nazirin sözləri doğru anlaşılmadı deyə bu cür yanlış açıqlamalara yer verilib.
Məsələnin əsli belədir: Vəqfimizin fəxri sədri Fəthullah Gülən Xocaəfəndi hörmətli bir dövlət rəsmisinin göndərdiyi bir insanla görüşüb. Görüşün sonunda cavab olaraq bir məktub yazmışdır..
Xocaəfəndinin məktubu cənab Baş Nazir Ərdoğana yazılmayıb və məzmununda heç bir “sövdələşmə”yə yer verilməyib.
İctimaiyyətə hörmətlə çatdırılır.
Jurnalistlər və Yazarlar Vəqfi (GYV)
- tarixində yaradılmışdır.