“Hizmət hərəkatının fəaliyyətləri konstitusiyaya zidd deyil”

Hizmət hərəkatının fəaliyyətləri konstitusiyaya zidd deyil

Şimali Reyn-Vestfaliya vilayətinin parlament iclasında Azad Demokratiya Partiyasının (FDP) Hizmət hərəkatına dair göndərdiyi sorğunu Təhsil Naziri Silviya Löhrmann (Sylvia L.) cavablandırıb.

Hizmət hərəkatının konstitusiyaya zidd heç bir fəaliyyəti olmadığını açıqlayan Löhrmann: “Üstəlik siyasi təşəbbüs iddiaları da Konstitusiya Məhkəməsinin apardığı tədqiqatlar nəticəsində əsassız olduğu ortaya çıxmışdır”, - deyib.

Löhrmann Daxili İşlər Nazirliyinin təqdim etdiyi hesabata əsasən Hizmət hərəkatının fəaliyyətlərinin Almaniya Konstitusiyasına müvafiq olduğunu söyləyib. Bununla yanaşı, Hərəkata bağlı məktəblər haqqında verilən suala: “Biz, qeydsiz-şərtsiz huquqa bağlıyıq. Konstitusiyamızda özəl məktəb açma azadlığına dair maddə var. Bu qanunu hüquqçularımız və konstitusiya məhkəmələrimiz dəfələrlə məhkəmələrdə təkidlə müdafiə etmişdir və buna bənzər məhkəmələri həmişə özəl məktəb açmaq istəyənlər qazanmışdır. Bu qanun ola-ola mövzu ilə bağlı dəyişiklik gözlənilmir.”

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.