Hizmət hərəkatı bu ölkəni və bütün insanları düşünür

Hizmət hərəkatı bu ölkəni və bütün insanları düşünür

Antalya Mədəniyyətlərarası Dialoq Mərkəzi (AKDİM), “Dünyada demokratiyanın inkişafının Mövlana perspektivindən günümüzə əks olunması” mövzusunda Ramada Plaza Oteldə konfrans təşkil edib. Tədbirin məruzəçiləri amerikalı akademik dr. Ori Soltes və yazıçı-jurnalist Ərkan Tufan Aytav idi.

ABŞ-lı professor Hizmət hərəkatındakı əsas düsturun heç bir təmənna ummadan fədakarlıqla xidmət etmək olduğunu qeyd edib. O. Soltes: “Gülənin fikirlərindən təsirlənən hər kəsin qarşılıq gözləmədən yardım etdiyini gördüm”, − deyə bildirib.

Fəthullah Gülən və Hizmət hərəkatı haqqında ortaya atılan “paralel dövlət” iddialarının konkret dəlilə söykənmədiyini deyən Soltes, Hərəkatı: “Şəxsi mənafelərini deyil, bu ölkəni və insanlığı düşünürlər” sözləri ilə xarakterizə edib. Amerikalı alim çıxışını bu sözlərlə davam etdirib: “Əvvəla, Fəthullah Gülən Pensilvaniyada yaşayır. İkincisi, “paralel dövlət” iddiası ilə əlaqədər heç bir maddi sübut görməmişəm. Bunu illərdir tanış olduğum bu hərəkatın mənsublarına baxıb deyirəm. Onların adının bu iddialarla birlikdə hallanması belə məni təəccübləndirir. Onsuz da, Türkiyədə belə bir şeyin mümkün olacağını düşünmürəm.”

Bu, xoşagəlməz haldır

Polis və məhkəmə sistemində baş verənləri “qəribə” adlandıran alim dünyanın müxtəlif ölkələrində də bu cür halların olduğunu qeyd etdi. Soltes baş verənləri: “Bir çox ölkədə qanunsuzluqların aşkara çıxmasından narahat olan hökumətlər bu kimi yollara əl atır. Bu, xoşagəlməz haldır.” Sözləri ilə dilə gətirdi.

Türkiyənin xüsusilə axır 25 ildə demokratiyanın bərqərar olması naminə daha çox mübarizə apardığını vurğulayan Soltes: “Hazırda Türkiyədə baş verənlər əslində demokratiyanın sınağıdır. Demokratiya davam edəcək, yoxsa yox? Bunun sınağı kimi düşünürəm” sözləri ilə analiz edib. Dövlətlərin demokratiyaya keçid prosesindən misallar gətirən alim ABŞ-ın belə son 75 ildir demokratik prinsipləri tətbiq etməyə çalışdığını qeyd edib. Amerikalı alim prosesi bu cür analiz edib: “Türkiyə mühüm keçid dövründədir. Demokratiya bu böhranlı dövrdə də davam edəcək? Bunun sınağa çəkildiyini müşahidə edirik. Yenə də tarixə nəzər yetirib bunun çox bəsit bir şey olmadığını başa düşməliyik. Bunun asan olmadığını anlasaq, bu keçid dövrü daha asan olacaq”.

Mövlana da monqol casusu olmaqda itthiam edilib

Çıxış edən yazıçı-jurnalist Ərkan Tufan Aytav Fəthullah Gülən Xocaəfəndinin Türkiyədə demokratiyanın inkişafında böyük rol oynadığına inandığını bildirib. Həmçinin qeyd edib ki, Fəthullah Gülənin həyatı Mövlananın həyatı ilə oxşarlıq təşkil edir: “Mövlana müasirləri tərəfindən monqol casusu olmaqda günahlandırılırdı. Fəthullah Gülən də eyni taleyi yaşayır. Heç nə dəyişməyib. Mövlana ilə Xocaəfəndi arasında çoxlu oxşarlıqlar var”.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2022 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.