“Foreign Affairs” jurnalı: “Hizmətin susdurulması İslam üçün faciə olar”

Foreign Affairs jurnalı: Hizmətin susdurulması İslam üçün faciə olar

Böyük nüfuza mlik “Foreign Affairs” jurnalında son dövrlər Hizmət hərəkatına qarşı aparılan kampaniyalardan bəhs edən məqalə dərc olunub.

Jurnalın internet saytında yayımlanan məqaləsdə Hizmətin susdurulması nəinki Türkiyə, bütün İslam mədəniyyəti üçün böyük zərbə olacağı qeyd edilib. Viktor Qeytının (Victor Gaetan) hazırladığı məqalədə deyilir: “Gülənin tolerantlıq, xoşgörü və insan hüquqlarına dair təlimin qarşısı alınsa, Türkiyəyə ziyan dəyməsi qaçılmazdır. İslam mədəniyyətinə gəldikdə isə, onu daha böyük zərər gözləyir.”

Avropada Fəthullah Gülən Xocaəfəndini səhvən hökümətin siyasi rəqibi kimi göstərilməsindən bəhs edən məqalədə, hazırki çəkişmənin dünyəvi məsələlərin fövqündə dayandığını vurğulanıb. Yazıda bir müsəlman ziyalı kimi Xocaəfəndinin liberal demokratiya, elmi rasionalizm və azad sahibkarlıq hüququ ilə dini birləşdirən İslam təlimi ortaya qoyduğunu açıqlanıb. Məqalədə bəzi dairələr tərəfindən səsləndirilən “Hərəkatın məqsədi siyasi güc əldə etməkdir” fikrini sübut edən heç bir dəlil olmadığı xüsusilə qeyd edilib. Müəllif Hizmət mənsublarının hakimiyyətə sızma niyyətinin olmadığından bəhs edib. Viktor Geytın mövcud konfliktdən kimin qalib çıxacağından asılı olmayaraq Gülən irsinin qorunmasının həyati əhəmiyyət daşıdığını bildirib.

Hizmət hərəkatının heç bir siyasi partiyaya dəstək vermədiyini vurğulayan müəllif “Cihad”ı silahlı mübarizədən daha çox əxlaqi və mənəvi mübarizə kimi təqdim edən Xocaəfəndinin “Siyasi İslam” anlayışını müdafiə edən axınlardan fərqləndiyini diqqətə çatdırıb.

“Söz azadlığı Hizmət hərəkatı üçün həmişə həssas məsələ olub” deyən yazar mətbuata edilən təzyiqlərin münasibətləri pisləşdirdiyini ifadə edib.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2022 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.