• Ana səhifə
  • Mətbuat
  • Xəbərlər
  • Fəthullah Gülən Xocaəfəndinin vəkili Nurullah Albayraq: “Fəthullah Gülən haqqında cinayət işi açılmayıb”

Fəthullah Gülən Xocaəfəndinin vəkili Nurullah Albayraq: “Fəthullah Gülən haqqında cinayət işi açılmayıb”

Fəthullah Gülən Xocaəfəndinin vəkili Nurullah Albayraq: “Fəthullah Gülən haqqında cinayət işi açılmayıb”

Fəthullah Gülən Xocaəfəndinin vəkili Nurullah Albayraq Xocaəfəndinin Türkiyəyə təhvil verilməsi ilə əlaqədar ortaya atılan iddialar haqqında açıqlama verib. Albayraq hazırda müvəkkili haqqında heç bir cinayət işi açılmadığını bildirərək Baş Nazir Tayyib Ərdoğanın açıqlmalarının ədalətli mühakiməyə müdaxilə təşəbbüsü olduğunu söyləyib. Albayraq deyib: “Hazırda müvəkkilim haqqında nə bir cinayət işi açılmış, nə də həbs qərarı verilmişdir. Yerli məhkəmədən qərar çıxsa belə, qərar Ədliyyə Nazirliyi tərəfindən ABŞ səlahiyyətli şəxslərə çatdırılmalıdır. Qərara ABŞ məhkəməsi tərəfindən yerində baxılmalıdır. Baş Nazirin açıqlamaları ədalətli mühakiməyə müdaxilə təşəbbüsüdür. Baş Nazir də olsa, Ədliyyə Naziri də olsa, bu, nəticə dəyişməzdir. Qərar vermə səlahiyyəti müstəqil məhkəmələrə aiddir. Sözügedən açıqlama məhkəməyə təzyiq göstərmək sayılır.”

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.