Fəthullah Gülən Xocaəfəndi gəlir mənbəyini və ödədiyi kirayə pulunun məbləğini açıqlayıb

Fəthullah Gülən Xocaəfəndi gəlir mənbəyini və ödədiyi kirayə pulunun məbləğini açıqlayıb

Fəthullah Gülən Xocaəfəndi “386-cı nəğmə: ““Hucurat” surəsi, ədəb və qul haqqı” adlı söhbətdə ““vəqfin binasında yaşayır”, - dedirtməmək üçün” gəlirini və ödədiyi kirayə pulunun məbləğini açıqlayıb. Xocaəfəndi bu açıqlaması ilə nümunəvi bir həyat yaşadığını bir daha sübut edib.

Yalnız müəllifi olduğu kitabların satışından gəlir əldə etdiyini söyləyən Fəthullah Gülən Xocaəfəndi: “Kitablarım mənə aid deyil, Allahın mülküdür. Bəzilərini hədiyyə edirlər, bəzilərini də özüm satın almışam. Pulunu da ödəmişəm. Müəllif hüquqlarından başqa gəlirim yoxdur”, şəklində açıqlama verib.

Fəthullah Gülən Xocaəfəndi: “Dinə, millətə, məfkurəyə xidmət müqabilində imkan daxilində heç bir şey tələb etməyin, heç kimdən heç bir şey istəməyin”, - deyib.

Söhbətdə iştirak edən bir qonağın: “Buraya da kirayə pulu ödəyirsiniz?” sualına: “Bəli, ödəyirəm. Həm mən özüm burada qalıram, həm də, budur, sizlər qalırsınız. Vəqf evində başqa necə qalmaq olar? Ona görə 5500 dollar ödəyirəm”, - deyən Fəthullah Gülən Xocaəfəndi:

“Vacibdir, “Vəqfin binasında yaşayır. Yeyir-içir...” dedirtməmək üç bu, vacibdir. Mətbəx xərclərini də bir-iki dostumuz öhdəsinə götürüb, onlar ödəyir. Millətə haram yedirtməmək üçün... Bu barədə kifayət qədər həssaslıq var” açıqlamasını verib.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.