Fəthullah Gülən Əhməd Ünlü Xocaəfəndiyə imzası ilə kitab göndərdi
Fəthullah Gülən hazırda həbsxanada yatan Cübbəli Xocaya şəxsi imzası ilə iki kitabını göndərdi. Gülən kitabların ilk səhifəsinə yazdığı ürək sözlərinə "Mübarək xocamız Əhməd Əfəndi Həzrətləri" deyə ehtiram dolu sətirlərlə başlayır.
Fəthullah Gülən və Cübbəli Əhməd xoca kimi tanınan Əhməd Ünlü arasında soyuq münasibətlərin yaranması barədə şaiələrin gəzdiyi bir vaxtda Amerikadan bir hədiyyə gəldi. Gülən Metris Həbsxanasında yatan Cübbəli Əhməd xocaya "Əl-Qulubud-Daria" və "Bəyan" adlı iki kitabını hədiyyə göndərdi. Gülən kitabların ilk səhifələrinə yazdığı ürək sözlərində Cübbəli Əhməd xoca haqqında "Mübarək və mümtaz xocamız Əhməd Əfəndi Həzrətləri" ifadələrini işlədir. Cübbəlinin həbsxanaya girməsini Yusif peyğəmbərin zindana atılmasına bənzədən Gülən onun tezliklə azadlığa çıxması və irşad xidmətlərinə qayıtması üçün dua etdiyini bildirdi.
“Camaat böhtanlara inanmadı”
Metris Həbsxanasında yatan Cübbəli Əhməd xoca aldığı hədiyyədən keçirdiyi sevinc hislərini bu sözlərlə dilə gətirdi:
“Yuxumda möhtərəm Xocaəfəndi Həzrətlərinin mənə dua etdiyini görmüşdüm. Mən sizə içəri girdiyim gündən möhtərəm Fəthullah Gülənin pak camaatının mənə atılan böhtanlardan uzaq olduğunu bildirmişdim. 5 sentyabr çərşənbə günü Möhtərəm Xocamızın hədiyyə göndərdiyi kitablarına öz dəsti-xətti ilə yazdığı ürək sözləri bunun ən bariz şahididir".
“Çox təsirləndim, hönkürtü ilə ağladım”
Cübbəli Əhməd xoca hədiyyələri həbsxanaya gətirən Gülənin "tələbəsi" ilə görüşünü qələmə aldı: "Görüşdə Xocaəfəndinin tələbəsi onun haqqımda çıxan xəbərləri izləyərkən göz yaşlarını saxlaya bilmədiyini və “İllərlə dinimizə xidmət edən müşarun bilbənan (barmaqla göstərilən) bir Xocaəfəndinin şəxsində təkrar İslama zərbə endirmək istəyirlər. Bu böhtanları qətiyyən qəbul etmirəm və bunlara inanmıram, qurtulması üçün dua edirəm" dediyini çatdırdı. Bu fəqir qardaşınız möhtərəm Xocamızın təzimkar ifadələrinə əsla layiq deyildir. Oxuyanda çox utandım, amma "Fəzilət əhlini ancaq fəzilət əhli tanıyar" qaydasına sadiq qalaraq qiymətli Xocamız ona yaraşan üslubla məramını dilə gətirmişdir. Xidmət etdiyim camianın bəzi xocaları qısqanclıqdan bu zülmü mənə rəva görə-görə, möhtərəm Xocaəfəndinin şəfqət göstərməsi məni çox təsirləndirdi və bu yazını yazarkən məni hönkürtü ilə ağlatdı.”
“Bağışlamanız diləyi ilə...”
"Sizin geniş elminizə layiq olmasa da, müqəddəs üzüntünüzü yüngülləşdirməsi ümidi ilə göndərirəm. Cürət və cəsarətimi bağışlamanız diləyi ilə..."
“Yusif peyğəmbər kimi...”
"Daim sünni duyğu və düşüncənin səsi-sədası olan, işıqlı ruh, Yusif peyğəmbər yolunda (zindana girən), Yusif Peyğəmbər kimi çilə çəkən, İslama sədaqət və səbir abidəsi, qutlu və seçilmiş Əhməd Əfəndi Həzrətlərinin tezliklə mübarək irşad (xalqı oyatma və doğru yola səsləmə) vəzifəsinin başına qayıtmasını Allahdan diləyirəm."
- tarixində yaradılmışdır.