Fəthullah Gülən: "Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına inanlardanam"
Fəthullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra mətbuata açıqlama verib. Dünyanın müxtəli KİV nümayəndələri suallarını Fəthullah Gülənə yönəldiblər.
“New York Times” qəzetindən Stephanie Saulun, “Türkiyədə baş verən hadisələrdə sizin təqibçilərinizin rolu oldumu” sualına Fəthullah Gülən Hocaəfəndi, “Mən əslində təqibçilərimi bilmirəm. Görülən işlərə görə, simpatiya bəsləyənlər ola bilər. Bütün səmimiyyətimlə deyirəm, təqibçilərimin yüzdə birini belə tanımıram. Tanımadığım üçün də rolları olub olmadığını deyə bilmərəm. Birini sevməyən bu səbəblə başqasına simpatiya bəsləyə bilər. Bu CXP ola bilər, MHP ola bilər, siz ola bilərsiniz, mən ola bilərəm”, - deyə cavab verib.
“Financial Times”ın, “Bəzi media orqanlarında Ərdoğanın hərbi qüvvələr daxilində güclənmək üçün belə bir ssenarini həyata keçirdiyinə dair şərhlər var. Siz nə düşünürsünüz?” sualına Fəthullah Gülən, “Bu bir ssenari idi demək mömin üçün yalan olar, iftira olar. Amma bəziləri keçmişdə yaşanan hadisələrə görə elə şərhlər verirlərsə, mən ona bir şey deyə bilmərəm. Daha əvvəl yaşanmış hadisələrdir bunlar. Bəzi dünya liderləri özlərinə qarşı saxta üsyanlar, sui-qəsd təşəbbüsləri təşkil ediblər. Amma qalxıb buna görə bunlar bu işi elədilər demək başqaları kimi bizim də iftiraya düşməyimizə səbəb olar. Mən elə şeydən Allaha sığınıram” dedi.
“Sky News”un, “Bu sabah Dövlət katibi Kerri sizinlə əlaqəli, “Bizdən belə bir tələb olmadı. Bu məsələdə dəlilləri varsa, versinlər baxaq” dedi. Siz bu mövzuda nə demək istəyərdiniz?” sualına Hocaəfəndi, “Daha əvvəl belə tələblər oldu əslində. 17 dekabr, 25 dekabr hadisələri səbəbilə yenə tərəfdarları elədi dedilər. Mən o məsələdə də deyim, and içirəm ki, içindəkilərdən mində birini tanımıram. Amma onlar məni tanıya bilər, dünyada da tanıyanlar var, həddim olmasa da. Tanınacaq bir insan deyiləm, sıradan biriyəm. Amma əkdiyiniz şeylər, yazdığınız şeylər, bəzən də bəzi dostlarımın elədikləri şeylər səbəbilə tanına bilərsiniz. Yəni, sizi tanımış ola bilərlər. Ədliyyədəkilər, polislər belə tanımış ola bilərlər. Mən burada idim o zaman. Qənaətimə görə, əvvəla əsgərləri polislər ilə həbs elədilər, sonra ədliyyə ilə onları məhkum elədilər. Zənn edirəm, əsgərləri nəzarət altına aldılar. O məsələ bitdikdən sonra bu dəfə tam onlar kimi düşünməyən, itaət etməyənləri hədəfə qoydular. Mən referendum zamanı buradakı dostlarımı təşviq elədim. İnsan hüquqları, demokratiya dedikləri üçün yanlarında idik. Ancaq onlar yanlarında başqalarını istəmədikləri üçün sonradan bu işi sizə yaxın polislər, prokurorlar elədi dedilər. 17 – 25 dekabr hadisəsini sanki camaat eləmiş kimi göstərdilər. Əsli, astarı yox idi. O da bir iftira idi. Bir az öncə onlar haqqında iftiradan çəkindiyim kimi, bu iftiranı da eyni çirkinlik olaraq görürəm” dedi.
"New York Post"un, “İlk sual: Sizin buradakı təhlükəsizlikdən narahatlığınız varmı? İkinci sual: Türkiyədəki demokratiyanın gələcəyindən narahatlığınız varmı? suallarına Hocaəfəndi, "Burada təhlükəsizlik baxımından bir problem yoxdur. Əvvəllər kiçik bir binada qalırdım, sonradan yanğın ehtimalı ola biləcəyinə dair xəbərdarlıq aldıq. FTB-də birini tutdu. Meşədə qalıb bir şeylər etmək istəyirmiş. Orada balaca bir yerim var idi. Burada da öz dünyama görə bir otağım var. Türkiyədə demokratiya. Türkiyədə demokratiyanın olub-olmadığını zəngin dünya görüşlü, dar düşüncəli olmayan insanların öz tərəflərindən baxıb dəyərləndirmələrini istərdim. Mən bundan çox əvvəl bir platformada "demokratiya" dedim. Bugünkü iqtidara tənzim edən medianın hücumuna məruz qaldım. Demokratiya geriya dönüşü olmayan bir prosesdir demişdim. Cümhuriyyətə də o gözlə baxdım. Onlardan əvvəl cümhuriyyətçi olduğumu dedim. O vaxtlar cümhuriyyətin və demokratiyanın əleyhinə danışırdılar. . . Türkiyədə demokratiya var yoxsa yox? O demokratiyanın gələcəyi üçün vəd etdiyi şeylər nələrdir? Bunların cavabını geniş düşünən insanlara buraxıram", deyə cavab verib.
İngilis qəzeti "Guardian"ın, "Dünən bir anlıq hərbi çevrilişin baş verdiyi təəssüratı yaranmışdı. O an ölkənizə qayıtmağı düşündünüzmü? Hərbi çevriliş baş versəydi ölkənizə qayıdardınızmı?Bilirik ki, vətən həsrəti çəkirsiniz" sualına Gülən, "Bəli vətənim üçün darıxıram, amma çox vaxt içimdən burada qalmaq hissi keçir. İki ildir bu binadan çölə çıxmıram. İnzivada yaşayıram. Mənə çox qarışmırlar. İnsan üçün azadlıq çox vacibdir. Hürriyyət insan deməkdir. Həm İslam, həm də modern hüquq sistemində qorunmalı 5-6 şey var, onlardan biri də azadlıqdır. Özümü burada azad hiss edirəm. 28 fevral hadisələri zamanı buradakı "Meyo" klinikasına müalicəyə gəlmişdim. Daha sonra "İyun fırtınası" oldu. O məhkəmədən bəraət etmişdim. Daha sonra ortada qaldım. Bura təmiz bir yerdir, ətrafda təmiz insanlar var, mən də bir-iki dost-tanışla burada qalası oldum. Ancaq vətənimin, qaldığım yerlərin həsrətindəyəm. Amma düşünürəm ki, insanlar öz azad iradəsi ilə nəsə edə biləcəkləri yerdə qalarlar. Hərbi çevrilişləri edənlər həmişə mənə təzyiqlər göstəriblər. Bunların da eyni şeyləri etməyəcəklərini haradan bilmək olar?, deyə cavab verib.
"Bir zamanlar müttəfiqiniz, dostunuz olan Prezident Ərdoğan ilə Türk xalqına göndərmək istədiyiniz bir mesajınız varmı?" sualına F. Gülən, "Ərdoğan mənim mesajımı qəbul etməz. Onu təhqir sayar. Onsuz da işin əsli, astarı bəlli olmadan məsələni bizim adımıza çıxardaraq iki gündür acı-acı danışır. Ona görə də, ən xoş mesajlarımın belə xoş qarşılanmayacağı düşüncəsindəyəm. Həm ona, həm də mənə istiqamət verməsi üçün Allaha dua edirəm . Türk xalqına isə deyəcəklərim bunlar olar. 27 Mayda hələ əsgərliyə getməmişdim. Edirnədə bir məsciddə imam idim. O vaxtki çevrilişi yaşadım. 12 mart hadisələrində həbs olundum. O zaman məhkəmədə bəraət aldım. 12 Sentyabr hadisələrindən sonra 6 il təqib edildim, sonda təqibsizlik qərarı verildi. Yenə 28 fevralda, İyun fırtınası deyilən hadisə zamanı Nuh Mete Yüksək haqqımda məhkəməyə şikayət etmişdi. Nyu-Cersidə bir prokurora ifadə verdim, bəraət aldım. Bəraətim Ali Məhkəmə tərəfindən təsdiqləndi. Hərbi çevrilişlərdən zərbələr almış bir insan kimi Türk toplumunun hərbi çevrilişlərə müsbət baxmadığını deyə bilərəm. Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına, Türkiyənin dünyaya inteqrasiya olunmayacağına inanlardan biriyəm. Şəxsən bu səbəbdən hərbi çevrilişlərə qarşı olmuşam. Ancaq bildiyiniz kimi çevriliş sözü başqa mənalarda da istifadə olunmağa başlanıb. Korrupsiyada ittiham olunan biri, rüşvət alıb-almayıb mənim işim deyil, istintaqı aparan ədliyyə və polis mənsublarına çevriləşə cəhd edən qiyamçılar adlandırdı. O məsələni də bizim üstümüzə atdılar. Biz bu cür də çevriliş əleyhinəyiz. Heç kimə qarşı belə bir çevrilişin edilməsini istəmərik", cavabını verib.
"Bu son hadisədən sonra ABŞ hökumətindən sizə və ya yaxınlarınıza bir mesaj gəldimi?" sualına Hocaəfəndi "Xeyr, elə bir şey olmayıb", deyə cavab verib.
Fəthullah Gülən, "Hər zaman zorakılığa və terrora qarşı çıxdınız, İslam alimləri içində də həmişə bu mövzuda seçildiniz. Hizmət hərəkatı üzvlərinin malları əllərindən alındı, haqsızlıqlara məruz qaldılar amma bir insana belə pis söz demədilər. 3 illik bir prosesdən sonra zorakılıqda ittiham olunurlar. Hizmət hərəkatını zorakılıq və terror tərəfdarı kimi göstərmək üçün bu hadisədən istifadə edilir deyə bilərikmi?" sualını belə cavablandırıb: "Əvvəllər də dediyim kimi bir dözümsüzlük var. Hizmət könüllülərinin dünya miqyasında gördükləri mühüm bir iş var. Hitlerin adamları, SS-lər kimi bəzi müəssisələrin qapılarının qırılması, insanların təhqir olunmasını televizordan seyr etdim. Təhqirə, zorakılığa məruz qalanların birinin belə səsini yüksəltməməsini təqdirlə qarşıladım. Başqalarına bu cür haqsızlıqlar edilsəydi aləmi dağıdardılar. Qadın müəllimələr, həkimlər bəlkə hamilə, bəlkə də uşağı qucağında aparılarkən nə özləri, nə ərləri, nə yaxınları tərəfindən mənfi bir davranış olmadı. Bu da gedilən yolun doğru olduğunu göstərir. Mən şəxsən təqdir etdim. "Qüvvətli şübhə" kimi hüquq terminologiyasında olmayan bəhanələrlə həbs edilərkən gülümsədilər. Tarixin səhifələri bir-bir analiz edildiyində kimin nə olduğu ortaya çıxacaqdır.
Bunu da deməkdə fayda var. Bu başdakı şəxslə (R. T. Ərdoğan) iki dəfə görüşmüşəm. Partiya qurmaq istəyəndə yanıma gəlmişdi. "Nəcməddin Ərbakandan ayrılacağam" dedi. Səmimi müsəlman görünüşündə olduğuna inandığım üçün mən də o şəxslə (Ərbakanla) münasibətləri pozmamasını, təmkinli davranmasını, Türkiyədə hələ də hərbi diqtənin olduğunu və səbirli olmasını dedim. Üstündən 20 il keçib. O gün mənim yanımdan ayrıldıqdan sonra liftdə biri ilə aşağı enirmiş, yanındakına "Birinci bunların öhdəsindən gəlməliyik" deyib. Yəni ta 20 il bundan əvvəl insanları Cənnətə, yaxşılığa, gözəlliyə götürəcək bir hərəkata qarşı bir qısqanclıq hissi olub. Bu hisslərini içlərində tuturlarmış. 17-25 dekabr hadisələrindən sonra rüşvət, oğurluq, saraylar, 5-10 yerdə tikilən evlər kimi bir çox faktlar üzə çıxdı. Mən bunları bilmirdim. Mediaya düşdükdən sonra gördüm. O, montaj, dublaj dedi. Başqaların əlində də bunlar var. Bunları bizim etdiyimizi deyərək özlərinə qarşı çevriliş olduğunu bildirdilər. Daha sonra "nə edək bunları terror təşkilatı içərisində göstərək?deyə düşünməyə başladılar. Bu barədə Təhlükəsizlik Şurasında sənəd imzaladılar, dünyanın başqa yerlərinə də fayllar şəklində göndərdilər. Onların etdikləri bəlli. Bu insanları etdikləri bəlli.
Özlərindən başqa heç kimi qəbul etmirlər. Bu, Cənnətə aparan bir hərakat belə olsa sizi qaralamaq istəyirlər. Bu hadisənin bir ssenari olduğunu demək jalüzi arasından baxmaq kimi bir şey olar. Ehtimallar dairəsi genişdir".
- tarixində yaradılmışdır.