Fəthullah Gülən bir İslam alimi kimi
Professor İsmayıl Albayraq: “Könüllülər hərəkatını qərbdəkilər də, şərqdəkilər də yaxından tanıyır. Ancaq təəssüf ki, bu hərəkatın banisi, ilham mənbəyi olan Fəthullah Gülən Xocaəfəndinin İslami şəxsiyyətini, İslam elmlərinə nə qədər bələd olduğunu bilmirlər. Kitabda biz Xocaəfəndinin təfsir və ictihad anlayışını, eyni zamanda kəlam elmini necə ictimailəşdirdiyini araşdırdıq”.
Paytaxt Amsterdamda (Hollandiya) Amsterdan Virj universitetində Platform INS təşkilatı tərəfindən Niderland dilində çap olunnan: “Fethullah Gülen als een islamitische geleerde” (Fəthullah Gülən bir İslam alimi kimi) kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə kitabın müəllifi professor İsmayıl Albayraq yerli və əcnəbi qonaqlara kitab haqqında geniş məlumat verib.
İsmayıl Albayraq kitabın İngilis dilində qələmə alındığını, təlabat artdıqca Niderland dilinə də tərcümə edildiyini bildirib. Albayraq: “Bu kitab Fəthullah Gülən Xocaəfəndinin təfsir, hədis, fiqh və təsəvvüf anlayışını və onun dərs metodikasını araşdıran altı məqalədən ibarətdir. Məqalələrin hər biri sahənin mütəxəssisləri tərəfindən yazılmışdır. Təfsirə dair bölümünü isə şəxsən özüm qələmə almışam”, - deyib.
Qərbdəkilər də, şərqdəkilər də onu tanıyır
Fəthullah Gülən Xocaəfəndinin altmışdan çox kitabın müəllifi olduğunu, həm Türkiyədə, həm də dünyada böyük nüfuz qazandığını söyləyən Albayraq: “Könüllülər hərəkatını qərbdəkilər də, şərqdəkilər də yaxından tanıyır. Ancaq təəssüf ki, bu hərəkatın banisi, ilham mənbəyi olan Fəthullah Gülən Xocaəfəndinin İslami şəxsiyyətini, İslam elmlərinə nə qədər bələd olduğunu bilmirlər. Kitabda biz Xocaəfəndinin təfsir və ictihad anlayışını, eyni zamanda kəlam elmini necə ictimailəşdirdiyini araşdırdıq. Fəthullah Gülən Xocaəfəndinin fikrincə bir mədəniyyət qurmaq istəyən insan ilk öncə mənəvi həyatını səhmana salmalıdır. Mütəfəkkirin fikrincə cəmiyyət və mədəniyyət ancaq bu formada qurulmalıdır. Kitabda Fəthllah Gülən Xocaəfəndinin “Qəlbin zümrüd təpələri” (Kalbin Zümrüt Tepeleri) adlı əsərində İslami dəyərləri toplayıb qəlb həyatı və təsəvvüfü necə birləşdirdiyini öyrənməyə çalışdıq. Əxlaqsız, təsəvvüfsüz fiqhin mümkün olmadığını, bu dəyərlərin bir-birini tamamladığını oxucuya təqdim etdik”.
Fəthullah Gülən Xocaəfəndi bir filosof və aktivist kimi
Kitabın yazılma məqsədinin Fəthullah Gülən Xocaəfəndini daha geniş kütlələrə tanıtmaq olduğunu deyən professor İsmayıl Albayraq: “Fəthullah Gülən Xocaəfəndi təkcə bir İslam alimi deyil. O, Qərb və Şərq dünyasını yaxşı tanıyan, hər iki mədəniyyətin ədəbiyyat və fəlsəfəsinə bələd olan, bununla yanaşı Qərb və Şərqdəki dini, fəlsəfi, axınlarına vaqif olan böyük bir alimdir. Kitabda onun təkcə bir İslam alimi olmadığını, əksinə çox böyük bir mütəfəkkir, filosof və aktivist olduğunu göstərməyə çalışdıq. Kitab haqqında yerli və əcnəbi dostlardan müsbət rəy almışam. Bu kitab Xocaəfəndini dünyada tanıtmaq üçün atılan bir addımdır”.
- tarixində yaradılmışdır.