Ərdoğanın Şimali İraqda fəaliyyət göstərən Türk məktəblərinin bağlanması istəyi rədd edildi
Türkiyə səfirlərinə Hizmət hərəkatı əleyhində qaralama kampaniyası aparmaq barədə təlimat verən Baş Nazir Rəcəb Tayyib Ərdoğanın Şimali İraq Kürd Muxtar Vilayətinin Baş naziri Neçirvan Bərzanidən Şimali İraqda Türkiyədən gedən könüllülər tərəfindən açılan təhsil qurumlarının fəaliyyətini dayandırmağını xahiş etdiyi ortaya çıxıb. Əldə olunan məlumata görə Neçirvan Bərzani ona Türk məktəblərinə böyük rəğbətin olduğunu, etibar bəsləndiyini vurğulayaraq bu qurumları bağlaya bilməyəcəklərini deyib. Təzyiqlərin artmasından sonra Bərzaniyə yaxın olduğu bilinən “Rudav (Rudaw) şirkətlər qrupu” oradakı məktəblərlə bağlı əhali arasında sorğu keçirib. Anketdə əhalinin 79 faizi bu təhsil qrumlarının bağlanmamasını müdafiə edib.
Şimali İraqda 20 ilə yaxındır fəaliyyət göstərən, bölgə əhalisinin Türkiyəyə qarşı sevgi və rəğbətinin artmasında böyük payı olan Türk məktəblərinin bağlanması üçün AKP (Ədalət və İnkişaf Partiyasının) tərəfindən təzyiqlər olduğu bildirildi. Məlumata görə İraq Kürd Muxtar Vilayətinin Baş naziri Neçirvan Bərzani ilə bu il fevral ayının 14-də görüşən Ərdoğan: “Türk məktəblərini bağlayın” , - deyib. Bərzani isə bu məktəblərin yüksək səviyyəli təhsil verdiyini, elit təbəqənin öz uşaqlarını bu məktəblərə göndərdiyini dilə gətirib.
Şimali İraqın ən böyük media qrupu olan Rudav orada fəaliyyət göstərən Türk məktəbləri ilə bağlı yerli əhalinin düşüncəsini öyrənmək üçün sorğu keçirib. “Kürdüstan bölgəsində Gülən camaatına bağlı məktəblərin bağlanmasını istəyirsiniz?” sualına sorğuda iştirak edənlərin 79 faizi “xeyir” cavabını verib.
Digər tərəfdən, keçdiyimiz günlərdə Rudav TV-də iştirak edən GYV-nin (Jurnalistlər və Yazarlar vəqfi) sədri Mustafa Yeşilin Türkiyədəki siyasi proseslərlə bağlı səsləndirdiyi fikirlər AKP hökümətinin etirazına səbəb olub. Belə ki, Türkiyədən bir dövlət rəsmisinin televiziya rəhbərliyinə zəng edərək: “Niyə bizi tənqid edən bir adamı kanalınıza çıxarırsınız?!” – dediyi bildirilir.
- tarixində yaradılmışdır.