Əlaqələrin inkişafında Türk məktəbləri qabaqcıl rol oynayır

Əlaqələrin inkişafında Türk məktəbləri qabaqcıl rol oynayır

Uqandanın Xarici İşlər Naziri Asuman Kiyinqi Türk məktəblərinin Türkiyə-Afrika əlaqələrinin inkişafında olduqca mühüm rol oynadığını söyləyib. Paytaxt Kampalada Cihan Xəbər Agentliyinə intervü verən nazir təhsil sahəsinə qoyulan investisiyaların gələcək investisiyalara zəmin hazırladığını açıqlayıb.

Nazir qeyd edib ki, başda Uqanda olmaqla bir çox Afrika ölkəsində məktəblərdən sonra Türk səfirlikləri açılıb, Türk Hava Yollarının (THY) səfərləri başlayıb və bütün bunlar ölkələrarası əlaqələrdə yekun mərhələni təşkil edir. Nazir daha sonra: “Xüsusilə Türk məktəbləri bu inkişafda mühüm rola malikdir. Hazırda Türkiyənin bu coğrafiya ilə həm siyasi, həm də iqtisadi əlaqələri inkişaf etməkdədir. Ölkəmizin də Türkiyə ilə yaxın əlaqələri var. Uqadadan Türkiyəyə gedən iş adamları, Türkiyədən də bizə gələn sahibkarlar var”, - dedi.

Ən vacib investisiya - Türk məktəbləri

Söhbət zamanı nazir bildirib ki, Türkiyənin Uqandaya ən böyük investisiyası ölkədə fəaliyyət göstərən Türk məktəbləridir. O deyib ki, təqdirəlayiq haldır ki, məktəblərdə yüksək təhsil verilməklə yanaşı, əxlaqi dəyərlər də öyrədilir.

Asuman Kiyinqi Türkiyənin Uqanda ilə əlaqələrin ilk addımının təhsil sahəsi ilə atılmasının ayrı bir əhəmiyyət kəsb elədiyini deyib və bu sahədə gedən inkişaf gələcək investisiyalara zəmin hazırlayacağını qeyd edib.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.