Doğu Ergilin yeni kitabı "100 soruda Fethullah Gülen ve Hareketi"
Politologya üzrə prof. Doğu Ergil Fəthullah Gülənin fikirlərindən ilham alan "könüllülər" haqqında iki il yarım apardığı araşdırmanı kitablaşdırdı. Ergil "100 soruda Fəthullah Gülən və Hərəkəti" adlı kitabında könüllüləri Fəthullah Gülənin verdiyi cavablar ətrafında bir sosioloq kimi şərh edir.
"Fəthullah Gülən Türk intibahının təməllərini qoyur... Gülən hərəkəti Türkiyənin ən mühüm ixracat faktıdır... Gülən hərəkətinin müvəffəqiyyətinin sirri məfkurəyə inamdır..." Bu təsbitlər prof. Doğu Ergilə məxsusdur. İki il yarım Gülən fəaliyyətini araşdıran Ergil ictimaiyyəti maraqlandıran analizlərini "100 soruda Fethullah Gülen və hareketi" ("Timaş" nəşriyyatı) adı altında kitablaşdırdı. Ankara Universiteti Siyasi Elmlər Fakültəsinin müəllimi olan Ergil 1995-ci ildə böyük mübahisələrə səbəb olan "Kürd hesabatı"nı hazırlayan şəxsdir.
Prof. Ergil kitab barədə izah verərkən Fəthullah Gülən və "camaatlaşan" insanlar həqiqətinin beynəlxalq fakta çevrildiyini dedi. "Bu fakt gündəlik siyasi mübahisələr və buna zəmin hazırlayan şübhə və əndişələrdən uzaq təhlil olunmalıydı. Artıq bir adam üstəlik "layiq"lərdən biri bu mövzuda nəsə eləməliydi" dedi.
Kitab yazmaq fikri 3 il əvvəl Fəthullah Güləni Pennsilvaniyada ziyarət edərkən gəlib: "Fəthullah Güləndən sözügedən fəaliyyətlə bağlı "100 sual" silsiləsindən kitab yazsam, suallarıma cavab verib-verməyəcəyini soruşdum. "Əlbəttə, verərəm" dedi. Yüz sual hazırladım və təqdim etdim". Ergil bu müddətdə Gülənlə iki dəfə görüşüb. Suallara verilən cavablar Ergilin analizləri ilə birlikdə oxucuya təqdim edilir.
Kitabın girişində və sonunda Doğu Ergilin şərhləri var. "Müasirləşən Türkiyədə dini lider faktı: Fəthullah Gülən nümunəsi" başlıqlı yazıda Ergil "Gülən hərəkətinin müvəffəqiyyətinin sirri nədir? Bu sualın cavabını, həm onun özünün verdiyi cavablarda, həm də mənə təqdim etdiyi bəyanları ehtiva edən bu kitabda tapacaqsınız" deyir. Kitabın son bölümündə isə hərəkət tarixi perspektivdən nəzərdən keçirilir.
Kitab "Fəthullah Gülən kimdir?" sualı ilə başlayır. Suallardan bir neçəsi belədir: Gülən hərəkəti özündən əvvəlki hərəkətin davamıdır? Gülən hərəkətinin təməl prinsipləri nədir? Fəthullah Gülənin dövlət düşüncəsi? Hərəkət hansı fərdi və ictimai ehtiyaclara cavab verir ki, qısa müddətdə ölkəyə, hətta ölkə xaricinə yayıldı? Gülən hərəkətini dövlətə alternativ təşkilatlanma kimi görən və göstərmək istəyənlər var. Bu həqiqətdir? Güləndə ideal bir cəmiyyət modeli varmı? Gülən hərəkətinin hədəfində hansı təbəqənin insanları var? Hərəkət necə mliyyələşir?
Kitab yazmağa necə qərar verdiniz? Sizi buna hansı amil sövq etdi?
Bu kitabı üç səbəbə görə qələmə aldım:
Birincisi, ən çox danışılan, lakin məqamı, mövqeyi, rəsmiyyəti olmayan bir şəxs haqqında çox az məlumatımız var. Gəzən şaiyələr də ciddi bir araşdırmanın məhsulu deyil və ya yazılanlar, əsasən, camaata mənsub şəxslərə məxsus idi. Bu boşluğu doldurmaq bir sosioloq üçün böyük fürsətdir.
İkincisi, dövlətin əsas rol oynadığı Türkiyə ictimaiyyətində belə bir vətəndaş təşkilatlanmasına ilk dəfə şahid olurduq və onun meydana gəlməsi və inkişaf prinsipləri haqqında, demək olar ki, konkret məlumatmız yox idi.
Üçüncüsü də, Fəthullah Gülən hərəkəti Türkiyənin ən böyük ixracat məhsulu idi və biz dövlətin dəstəyi olmadan dünyaya açılan və fəaliyyətini davam etdirən başqa bir qeyri-rəsmi təşkilat görməmişdik. "Nədir?" "necədir?" suallarına cavab axtarmaq əvəzində şayiələrlə kifayətlənirdik. Artıq bir adam, üstəlik də "laiq"lərdən (dünyəviliyin tərəfdarı) biri bu mövzuda nəsə eləməli idi.
Fəthullah Gülənlə görüşdünüzmü?
Bəli, iki dəfə, Şimali Pensilvaniyada qaldığı evdə.
Kitabda verilmiş 100 sualı seçərkən nəyi meyar götürdünüz?
Sualların çoxu ictimaiyyət üçün maraqlı olan, lakin cavablandırılmamış mövzularla bağlı idi. Nə qədər belə şübhə ilə yanaşılan və ya maraq duyulan mövzu varsa, aydınlaşdırmaq istədim.
Sualları hansı mənbələr əsasında cavablandırdınız, hansı metodu izlədiniz?
İki əsas mənbədən istifadə etdim. Birincisi bilavasitə Gülənin özü. Bundan üç il əvvəl ondan fəaliyyətlə bağlı "100 sual" silsiləsindən bir kitab yazsam, suallarıma cavab verib-verməyəcəyini soruşdum. "Əlbəttə, verərəm" dedi. Yüz sual hazırlayıb təqdim etdim. Həmçinin bir dəfə üç günlük, bir dəfə də bir günlük ziyarətim oldu. Bu ziyarətdə kifayət qədər söhbət etdik.
Gülən suallarınızı şifahi cavablandırdı?
Suallarımı həm şifahi, həm də yazılı şəkildə cavablandırdı. Yazılı cavabların böyük hissəsi öz yazılarından və başqalarına verdiyi bilgilərin mətnindən ibarət idi. Bu mətnlər Gülənin süzgəcindən keçmiş və təsdiqlənmiş yazılardır. Yerdə qalanlar isə söhbətlərimizin məhsuludur. Mənə yazılı şəkildə verilən mətnlərin əslinə sadiq qaldım, qaynaqlarını da kitabda qeyd etdim. Ancaq təbii ki, onları öz anlayışım istiqamətimdə şərh etdim.
Kitabın hazırlanması nə qədər çəkdi?
İşə iki il yarım əvvəl başladım.
Türkiyədə cəzasız qalan müvəffəqiyyət yoxdur!
Bu araşdırmada sizi nə təəccübləndirdi?
Bir neçə şey:
- Bir vətəndaş təşkilatının bu qədər güclənməsi və qlobal fakta (həqiqətə) çevrilməsi. Hər şeyi dövlətdən gözləyən bizlər, öz gücü və səyləri ilə əvvəl milli, sonra da beynəlxalq bir hərəkət quran insanları anlamaqda çətinlik çəkirik. Çətinlik çəkdiyimiz qədər də özümüzü məhkum etdiyimiz zəiflikdən xoşlanmadığımızı kəşf edirik. Bir-biri ilə həmrəy olub güclü bir hərəkət quran insanlara şübhə və əndişə ilə baxırıq. Əslində ittiham etdiyimiz onlar deyil, "mənimsədiyimiz çarəsizliyimiz"lə biz özümüzük.
- Dövlətə müxalif olmamağa çalışan, ondan çox şey tələb etməyən, siyasətə qarışmamağı özünə prinsip seçən bir hərəkətin buna əks ittihamlara məruz qalmasındakı ziddiyyət.
- Anadolunun köksündən qopan bir imamdan geniş kütlələrə təsir edən və onlara müasirləşmə, həyat standartlarını yüksəltmə və "dünyalı" olma kimi məsələlərdə liderlik edən bir rəhbərin qeyri-adiliyi.
- Zənginlik və rifahı çox çalışmaq və faydalı insan olmaqla Allahın mükafatını qazanmaq şəklində şərh edərək sərmayə toplanmasına və iş adamlarının daha da nüfuzlu mövqeyə gəlməsinə nail olması.
- Dinlə elmin bir-birinə zidd olmadığını vurğulayaraq, elmin gündəlik həyat qədər, ictimai həyata da nüfuz etməsini təmin etməsi. Bu məqsədlə beynəlxalq miqyasda təhsil qurumları təsis etməsi və dünyanın hər tərəfinə yayması.
- Bir çox dini camaat və ya din xadiminin Quran və hədisdən zorakılıq və nifrət mənaları çıxardığı halda, Gülənin eyni mənbədən sülh, həmrəylik və müştərək dəyərlər çıxarması. Bunları həyata keçirməsi və bu fəaliyyəti yayan insanların vəzifə şüuru.
- Gülən hərəkətinin dünyəviliyi indiyə qədər olduğu kimi, yuxarıdan deyil, aşağıdan yuxarıya doğru həyata keçirməsi, reallaşdırması. Rifah, təhsil və fəaliyyət qabiliyyəti yüksələn insanların daha rasional qərarlar verərək inancla elmi, dünyəvi və üxrəvi həyatı bir-birindən ayrımadan əqlən, qəlbən və gündəlik həyatda yaşaması. Bunun da siyasi bir seçim və təzyiq olmadan sosioloji və mədəni bir sürəc olaraq reallaşması.
Son dövrdə Fəthullah Gülənin adı ətrafənda "qorxu" dairəsi formaşdırmağa çalışırlar. Bunu necə dəyərləndirirsiniz?
Bu qədər işi bacaran, dinamizmi və təsir sahəsi getdikcə artan bir hərəkətdən qorxmaq asandır, üstəlik eyni üsullarla onda zərərli gördüyünüz şeylərə maneə törədən tutum, bacarıq və həmrəyliyi yarada bilmirsinizsə. Doğru deyirlər ki: "Türkiyədə cəzasız qalan müvəffəqiyyət yoxdur".
Kitabdan...
- Səid Nursi və Risaleyi-Nur Külliyyatının Fəthullah Gülən və hərəkətinə ciddi təsiri olmuşdur. Lakin bu təsir mənəvi və ilhami səviyyədədir.
- Gülən fəaliyyətinin praksisi (nəzəriyyə ilə praktikanın birləşməsi) daha çox özünəxas mahiyyətə malikdir və bu günün şərtlərinə görə qurulmuşdur.
- Fəthullah Gülən həyatını dinin əsaslarını anlamağa, şərh etməyə və dindar bir insan kimi gəldiyi qənaətləri başqaları ilə bölüşməyə həsr etmişdir. Onun dediklərini və etdiklərini başa düşmək üçün bu cəhət unudulmamalıdır.
- Mövlananın çağırışı bu dövrdə Gülən hərəkəti ilə təkrarlanır. Sözlə əməl arasında ziddiyyət yoxdur və bu da hərəkət mənsubları ilə mənəvi lider arasında sarsılmaz inam meydana gətirir.
- Türkiyənin təsirini, mədəniyyətini və insani münasibətlərini ölkə xaricinə yayan bu miqyasda ikinci bir vətəndaş təşkilatı varmı? Yoxdur! Təəssüf ki, yoxdur. Yaxşı, Gülən hərəkəti bunu necə bacarır: İnanaraq. Nəyə? İdeallarına, yəni bu yolla həm Yaradana, həm də yaradılana xidmət etdiklərinə inanaraq...
- Gülən fəaliyyətinin yalnız "camaat" deyil, "hərəkət" adlandırılması onun klassik camaatların oturaq xüsusiyyətlərindən fərqli olaraq hərəkətliliyi ilə izah edilə bilər.
- Hərəkətin (bütün təzyiqlərə baxmayaraq) inkişaf edib yayılması müxtəlif təbəqələrə mənsub insanların Gülənin təklif və tövsiyələri ətrafında birləşməsi və bunun öz həyatlarına müsbət təsir doğurduğunu görməsi ilə bağlı ola bilər.
(Murat Tokay)
- tarixində yaradılmışdır.