BBC-nin müxbiri Tim Franksın müsahibə təəssüratları

BBC-nin müxbiri Tim Franksın müsahibə təəssüratları

Pensilvaniyada Fəthullah Güləndən müsahibə götürən BBC kanalı intervü ilə yanaşı, müxbir Tim Franksın təəssüratlarına və Fəthullah Gülənin şəxsi otağının görüntülərinə də yer verib. Tim Franks təəssüratlarında Fəthullah Gülənin səhhəti, “kiçicik” deyə təsvir etdiyi yatağı və iş otağındakı Türkiyənin müxtəlif bölgələrindən gətirilən torpaq haqqında da məlumat verib.

Tim Franks “Nüfuzlu, lakin inzivaya çəkilən Türk din adamı” adlı məqaləsində “Fəthullah Gülən Türkiyənin ən nüfüzlu ikinci adamıdır. Buna baxmayaraq o, iradi sürgünü seçib ABŞ-da inzivaya çəkilmişdir” sözlərinə yer verib.

ABŞ-da çox vaxt e-poçt vasitəsilə müsahibə verən Fəthullah Gülənin BBC-yə intervü verdiyini xüsusilə vurğulayan Franks deyib: “Müsahibədə iki məqam diqqətimi çəkdi və bu iki məqamın heç biri sözləri ilə bir əlaqəsi yoxdur.” Birincisi, müsahibədən əvvəl həkim Fəthullah Gülənin təzyiqini ölçdü və cibindən bir həb çıxarıb verdi. Həkim müsahibə ərzində bir neçə dəfə səhhətini yoxladı.

Franksın diqqətindən qaçmayan ikinci hadisə isə budur:

“İkinci hadisə isə tərcümə əsnasında uzanan söhbətin sonunda baş verdi. Yerindən durdu və yırğalandı. Otaqdakılardan bir nəfər dəstək oldu.”

Fəthullah Gülən haqqında: “Türkiyənin ikinci ən nüfüzlu adamı olmasına baxmayaraq, fiziki qabiliyyətlərinin azaldığı müşahidə olunur” yazan Tim Franks müsahibinin bəzi xroniki xəstəliklərinin olduğunu, axır vaxtlarda tənəffüs sistemində bəzi problemlərin meydana gəldiyini qeyd edib. Müsahibənin az qala təxirə salınacağını, lakin dostlarının ricası ilə söhbətin davam etdiyini deyən Franks, “Niyə BBC-də müsahibə verməyə razı olub?” sualına da F. Gülənin dostlarından aldığı məlumata əsaslanaraq “Bəzi yanlış anlaşılan məsələlərə aydınlıq gətirmək

Fəthullah Gülənin Pensilvaniyada yaşadığı vəqfə aid binanın bəzi otaqlarını da gəzən Tim Franks təəssüratlarını belə dilə gətirib: “Binanın böyüklüyünü nəzərə alanda Gülənin qaldığı otaq kiçikdir. Bu, məni təəccübləndirdi. Möhtərəm Gülən fotoşəkillərdəki böyük binada yox, onun yanındakı kiçik binada qalır.” Fəthullah Gülənin iş otağı və yataq otağına da baş çəkən Franks: “Möhtərəm Gülənlə birlikdə on iki nəfər Türkiyənin müxtəlif bölgələrindən gətirilən torpaq kolleksiyasına, tünd rəngli kitab rəflərinə, qəhvəyi yumşaq yastıqlı yatağına, səccadəsinə və böyük ölçülü Qurana baxmaq üçün onun kiçik otağına baş çəkdik”, -yazıb.

Franks Fəthullah Gülənin səhhətində problemlər olduğunu, tərcüməçinin uzanan sözlərini bitirənədək gözlərini yumduğunu, Baş Nazir Ərdoğanla əlaqədar məsələni “körükləməməyə” çalışdığını yazıb.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.