Argentinada “Sonsuz Nur” kitabına böyük maraq

Argentinada “Sonsuz Nur” kitabına böyük maraq

Argentinanın paytaxtı Buenos-Ayresdə bu il qırxıncısı keçirilən kitab sərgisinə oxucuların marağı böyük olub. Bu ölkədə fəaliyyət göstərən “Türk Kültür Mərkəzi” sərgidə açdığı stendlə Türkiyəni təmsil edib. Bu stend sayəsində argentilalılar İslam dinini və Hizmət hərəkatını daha yaxından tanımaq fürsəti əldə edib. Xüsusilə İspan dilində nəşr olunmuş Qurani-Kərim, Türk kulinariyası barədə kitablar və Fəthullah Gülən Xocaəfəndinin İspan dilinə tərcümə olunmuş kitabları sərgidə argentinalılar tərəfindən böyük rəğbət görüb. Sərgidə təqdim olunan Qurani-Kərim və Sonsuz Nur kitablarının hamısı oxucular tərəfindən alınıb. Sərginin axırıncı günündə “Kaynak” yayınları nəzdində İspan dilində nəşr olunan “Kaskada” (Cascada) dərgisinin redaktoru Süleyman Qocabıyık nəşrlər barədə seminar verib. Seminarda “Kaskada” dərgisi, Fəthullah Gülən Xocaəfəndi, Hizmət hərəkatı, və dinlərarası dialoq fəaliyyətləri barədə iştirakçıları maraqlandıran suallara cavab verilib.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.