Amerikanın din adamları radikal keşişə Fəthullah Gülən Xocaəfəndinin sözləri ilə cavab verdilər
Corciya ştatının mərkəzi Atlanta şəhərində bir neçə xristian və yəhudi din adamları müsəlmanları “Amerika üçün ən böyük təhlükə” kimi xarakterizə edən radikal bir keşişə Fəthullah Gülən Xocaəfəndinin sözləri ilə cavab verdilər.
“Auburn Ministerial Association” dərnəyinin yerli bir qəzetə verdiyi açıqlamada: “İslamın əmrlərinə zidd hərəkət edən bir ovuc insan ucbatından bir milyard səkkiz yüz milyon müsəlmanın qaralanması nə dərəcədə ədalətlidir? Bu radikallar nə edirsə-etsin, İslam sülh dinidir. Türkiyədə inanc əsaslı bir hərəkata liderlik edən sünni ziyalı Fəthullah Gülənin söylədiyi kimi, "Həqiqi müsəlman əsla terrorist ola bilməz” bildirdi.
Məqalənin radikal keşiş Rudi Tedvelin (Rudy Tidwell) eyni qəzetdə çap olunan fikirlərinə etiraz məqsədiylə qələmə aldıqlarını bildirən din adamları yazıda belə açıqlama verdilər:
"İbrahimi dinlər – Yəhudilik, Xristianlıq və İslam “Bir olan tanrıya, müqəddəs kitablara və peyğəmbərlərinə inanmaq, oruc tutmaq, tövbə etmək, ibadət etmək, əxlaqlı və dürüst yaşamaq” kimi bir çox ortaq dəyərə malikdir. Gündə beş dəfə namaz qılmağı və Ramazan ayı boyu oruc tutmağı əmr edən bir din sözsüz ki, Tanrının dərgahında doğrunu və gözəli əmr edir."
Keşiş Rudi Tedvel “Opelika-Auburn News” qəzetində çap olunan məqaləsində bütün müsəlmanların radikal olduğunu iddia etmişdi. Tedvel “Amerikada müsəlmanların dinindən qorxmaq lazımdır” adlı sözügedən məqaləsində “radikal müsəlman-sülhsevər müsəlman” fərqini tənqid edir və “Müsəlmanlar başqalarının dinini dəyişdirməyə və ya onları öldürməyə çalışan bir milyard səkkiz yüz milyonluq təhlükəli bir kütlədir. Onlara heç bir güzəştə getmək olmaz" ifadələrini işlətmişdi. Amerikada müsəlmanların artmasına da diqqət çəkən Tedvel “ABŞ-a gələn müsəlmanların sayını bilsəniz, hamınız şok olarsınız. Amerikada müsəlmanların vəhşi şəriət qanunlarını tətbiq etdikləri azad olunmuş bölgələr var" demişdi.
- tarixində yaradılmışdır.