Afrikada zavod alırıqsa, insan vətəni naminə sevinməli deyilmi?

Afrikada zavod alırıqsa, insan vətəni naminə sevinməli deyilmi?

Koç Holdinq İdarə Heyətinin Sədri Mustafa Qoç Türkiyənin aktual məsələləri, hökümətlə əlaqələri, Gəzi aksiyalarına münasibəti və Fəthullah Gülən Xocaəfəndinin səs yazılarında adının hallandırılması haqqında açıqlama verib. Hürriyyət qəzetinə verdiyi müsahibədə Qoç Baş Nazir Ərdoğanın israrla Uqandadan göndərilən hədiyyə ananasların “kod” olduğu iddiasına münasibət bildirərək deyib: “Yox, ananas deyilmiş, nə bilim almazmış, yox kod imiş... Mənə göndərilən ananasdır. Mən də zəng edib təşəkkürümü bildirdim. Məsələ göz qabağındadır. Hər kəsin bildiyi, tanıdığı, yediyi ananas... Üstəlik çox ləzzətli idi”, - deyib.

“Fəthullah Gülənlə əlaqəniz varmı, indiyədək görüşdünüzmü?” sualına Mustafa Qoç “Mən Türk iqtisadiyyatının təqribən 10% təşkil edən bir biznesin idarə heyətinin sədriyəm. Hansı təbəqədən olur-olsun, bu ölkədə nüfuzlu hər bir şəxslə görüşməyə haqqım çatır. Bu da ki heç kimi maraqlandırmır. Gələk suala, bəli, görüşmüşəm”, - deyib. Ötən ilin may ayında ABŞ-a səfər zamanı görüşdüyünü açıqlayan Qoç, “Türkiyədə qanuni hökümətin əleyhinə xarici qüvvələrin də dəstəyi ilə müdaxilə” iddiasının tamamilə yalan olduğunu söyləyib. Qoç: “Biz heç vaxt siyasətə istiqamət vermiş, müdaxilə etməmişik. Həmişə bitərəf qalmışıq. Bu gün mən TÜSİAD, MÜSİAD, TUSKON və s. qabaqcıl təşkilatlarla əlaqələrim var. Afrikada biznesimiz var. 2011-ci ildə Cənubi Afrikada səmərəli sövdələşmələr imzaladıq. TUSKON-un Afrikadakı fəaliyyətləri hər kəsə məlumdur. Bir dəfə birlikdə Afrikaya getmişdik, aləm bir-birinə dəydi. Halbuki biznesin inkişafı aspektindən baxanda, bundan təbii nə var?!” deyib.

Qeyri-qanuni yollarla dinlənən bir telefon danışığında F.Gülənin Uqandada Qoç holdinqin bir neft emalı zavadunun alınmasında Uqanda perizidenti ilə arasında vasitəçilik ediyi haqqında yayılan xəbərlərin doğru olub-olmadığı barəsində Qoç: “Bu məsələ energetika biznesi ilə maraqlanan qrupa çatdırılmış, onlar da bu haqda fikir bildirməyəcəkərini söyləmişlər. Belə bir şey olsa belə, bir Türk şirkətinin Afrikada zavud satın almasında qeyri-adi nə var? Əksinə insan ölkəsi naminə belə bir şey üçün sevinməli deyilmi”, - deyib.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.