Fəthullah Gülən İslamın ən gözəl səsidir
Hyuston Universitetinin Sosiologiya kafedrasının əməkdaşı professor Yelena Rouz Ebauf (Helen Rose Ebaugh) Brüsseldə "Gülən Fəaliyyəti" adlı bir konfrans keçirdi. "Amerika Din Sosiologiyası" cəmiyyətinin rəhbəri olan professor Ebauf Amerika Sosiologiya Cəmiyyətinin Dinin Sosiologiyası şöbəsinin açılmasına da rəhbərlik etmişdir. Ebauf konfransda özünün "Gülən Fəaliyyəti: İslam mənşəli ictimai bir Fəaliyyətin sosioloji analizi" adlı kitab haqqında da məlumat verdi.
Ebauf "Gülən Fəaliyyəti" haqqında kitab yazmaq fikrinə 11 Sentyabr hadisəsindən sonra gəldiyini qeyd edərək: "Əkiz qüllələrə hücumdan sonra İslama qarşı bir qaralama kampaniyasının başladığını gördüm. Müsəlmanlara terrorist gözü ilə baxırdılar və Müsəlman liderlərindən heç biri bu mövzuda fikrini bildirmirdi. O illərdə gözüm "Vaşinqton Post" qəzetində bir xəbərə sataşdı. Xəbərdə bir nəfər müsəlmanın terrorist və terroristin də müsəlman ola bilməyəcəyini deyirdi. İslamın səsini axtardığım belə bir vaxtda bu çıxış diqqətimi çəkdi, çünki buna münasibət bildirən ilk müsəlman lider idi Fəthullah Gülən. Bu hadisədən sonra bir konfransda yenə eyni adla rastlaşdım, orada Fəthullah Güləndən təqdirlə bəhs edilirdi. Bu hadisədən sonra bu insanı izləmək, araşdırmaq və bu kitabı yazmaq qərarına gəldim" – dedi.
Kitabı qələmə almaq üçün Türkiyəyə səfər etdiyini bildirən Ebauf "Burada həm ölkə mədəniyyətini, həm də Gülən Fəaliyyətinin təməl kültürünü tanıma baxımından mənim üçün əllərindən gələni etdilər. Türkiyənin müxtəlif şəhərlərində Gülən Fəaliyyətinə məxsus təqribən səkkiz məktəbi gəzdim. Həmçinin Fəaliyyətdə iştirak edən həkim, idarəçi və iş adamları ilə həm görüşdüm, həm də onlardan müsahibə aldım. Bəzilərinin evində şam yeməyində oldum. Fəaliyyətin ən mühüm qurumlarından olan "Zaman" qəzeti, "STV", "Bank Asiya", "Jurnalistlər və Yazarlar Vəqfi", "Fateh Universiteti", "Səma" xəstəxanası və "Kimsə Yoxmu?" müəssisələrinə baş çəkdim və buralarda müsahibə alma imkanım oldu" - dedi.
Gülən Fəaliyyətinə dünyaya yayılan bir Türk Fəliyyəti kimi baxdığını və məktəblərin də bu Fəaliyyətin ürəyi olduğunu deyən Ebauf bu Fəaliyyətin əlçatmaz işləri bacardığını və dünyanı dialoq və sülhə çağırışının cavabsız qalmayacağını ifadə etdi. "Fəthullah Güləni araşdırarkən əvvəlcə mənə qarşı çıxanlar da oldu" deyən Ebauf apardığı araşdırmada heç bir mənfi örnəyə rast gəlmədiyini də əlavə etdi.
Bir çox sahədə mütəxəssis yetişdirən Fəaliyyətin dünyaya verdiyi töhfənin danılmaz olduğunu bildirən, xüsusilə təhsil modelinin nümunəvi olduğunu nəzərə çatdıran Ebauf ABŞ prezidenti Barak Obamanın da bu Fəaliyyətə simpatiya ilə baxdığını söylədi.
Professor növbəti kitabının Gülən Fəaliyyətinin ölkə xaricində fəaliyyətləri haqqında olacağını da qeyd etdi. (Salih Karaca)
- tarixində yaradılmışdır.