20 il əvvəl dərc olunan yazı ilə fitnə saldılar

20 yıl önce yayımlanan cümle ile fitne çıkardılar

Baş Nazir Rəcəb Tayyib Ərdoğanın Ülkə TV-nin bir verilişində “Müsəlman qardaşlar” təşkilatının liderlərindən Məhəmməd əl-Biltacinin nümayiş zamanı öldürülən qızı Əsmaya yazdığı məktub oxunan zaman kədərlənib ağlamışdı.

Baş Naziri sosial medyada “hislərimizə tərcüman oldu” deyə təqdir edənlərlə yanaşı, tənqid edənlər də olub. Tənqiddə həddini aşan bəzi tvittet (twitter) istifadəçiləri Ərdoğanı tənqid etmək üçün Fəthullah Gülənin bir sözündən istifadə etmişlər. “@FGulencomTR” twitter səhifəsində yayımlanan Gülənə aid cümlə budur: “Qeyri-ciddi həyat yaşayanlarda qəlbi həyat olmaz... Onların ağlaması da növbəti bir yalandır”.

“Sözçü” və “Aydınlıq” qəzetləri 1993-cü ildə “Sızıntı” jurnalının 176-cı sayında dərc olunan bu ifadələri yayınlayaraq Gülənin bu sözlərlə Ərdoğanı qəsd etdiyini iddia edib. Halbuki, bu cümlə 20 il əvvəl dərc olunub və sözügedən tvitter səhifəsində aktual hadisələr nəzərə alınmadan yayınlanmışdır. Üstəlik tvitter səhifəsi Fəthullah Gülənin şəxsinə deyil, http://fgulen.com/tr adlı sayta aid olub Türkiyədən nəzarət edilir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.