Ümidvar olun
Bir millət kimi çox darıxmışıq bahardan ötrü. Ona duz-çörək, hava-su qədər ehtiyacımız var.
Bu ölkəyə dadanmış xainlər illərdir millətə göz verib işıq vermir. Nə vaxt bu torpaqlarda ümidlər cücərməyə başladı, dərhal soyuq küləklər əsdirdilər, çiçəkləri soldurub bağ-bağçaları tar-mar etdilər.
Ancaq bu torpaqlar elə münbit, insanları elə mərddir ki, ən böyük xəyanətlərin dondurucu ayazı belə sevgi çiçəklərini öldürə bilmədi. Anadolunun inanclı və fədakar insanı novruzgüllərini göz yaşları ilə sulayıb qəlbləribinin hərarətində cücərtdilər.
Və təxminən 30 il əvvəl bir gəncin İzmir Kestanepazarında bir neçə təvazökar iş adamı ilə başlatdığı səfərbərlik Anadolu insanının sevgi və dəstəyi ilə bu gün dünyanın ümidi oldu.
Bir həftə əvvəl dünyanın o tayında – Amerikanın Los Anceles şəhərində təxminən 40 alim yüzlərlə dinləyiciyə Xoca Əfəndini, onun fikir və aksiyonunu tanıtdı.
Onlardan biri İzmirdəki həmin iş adamlarından biri olmadığı üçün təəssüf edirdi:
"Fəthullah Gülən Xoca Əfəndiyə dəstək verən o insanların arasında olmaq, məşvərətlərinə qatılıb bu məktəbləri və xidmətləri gecə-gündüz necə dəstəklədiklərini görmək istərdim". (prof. Pim Valkenberg)
Deyilənlər kor-koranə məlumatlar və ya dedi-qodular deyil. Məruzə oxuyanların hamısı ABŞ-ın nüfuzlu universitetlərində dərs verən alimlər idi.
Xoca Əfəndini də əsərlərini mütaliə edərək və təşviq etdiyi fəaliyyətləri görüb araşdıraraq tanıyıblar. Anadolu ruhundan süzülən bu xidməti mənimsədiklərini də fəxrlə dilə gətirdilər.
Karen və Mişel Fontenot üçün "Xidmət" dünyanın həsrətlə gözlədiyi təhsil hərəkatdır. Həyat yoldaşı adına da çıxış edən prof. Karen Fontenot xanım:
"Hərəkat o qədər gözəldir ki, hətta bizim kimi qeyri-türklər də bu xidməti təmənnasız mənimsəyib sevə bilir. Bu xidmət dünyanın gözlədiyi təhsil hərəkatıdır və biz də iki professor olaraq Türk olmadığımız halda bu xidmətin içindəyik," – deyərək Türk məktəblərinə inamını ifadə etdi.
Məruzəçilərdən kimi Xoca Əfəndinin fikir və aksiyon dünyasında Osmanlının şəfqət və hüzurunu tapmış, kimi də Qərbin dünənə qədər terror sözü ilə birgə işlətdiyi İslamı və Allah Rəsulunu tanıma fürsətini...
Prof. Patriarx Hovel İslamiyyəti insanlığın qurtuluşunu təmin edən mənəvi qaynaq kimi xarakterizə edirdi. Hovel: "Xidmətin bağlı olduğu mənəvi qaynaqlar insanı cəmiyyətdən təcrid etmir, əksinə insanlığın qurtuluşunu təmin edən sülh və hüzuru müasir dünyada lazımi yerinə oturdur," – dedi.
Xidmətlə ilk tanış olanlarda bir müştərək sual vardı. Türkiyənin ən nüfuzlu universitetlərindən məzun olan təhsil sevdalıları hansı inanc və məqsəd uğrunda dünyanın ən ucqar bölgələrinə gedib məktəblər açır, oradakı uşaqların təhsilinə yardım etməyə çalışır? Hansı güc onları bu qədər zəhmətli işə sövq edir?
Bəzi alimlər məhz bu mövzunu dəyərləndirməyə çalışdı. Pim Valkenberq dinləyicilərə Xoca Əfəndinin: "Gəlin dünyadanın bütün dərdləri bitənə qədər yatmayaq, çalışıb düzəldək," çağırışını xatırlatdı və belə əlavə etdi: “Bu xidmətlərin arxasında başqa məqsəd axtarmayın. Belə bir anlayışın qaynağı ancaq ilahi eşqdir və bu insanların məqsədi də yalnız Allahın rizasıdır".
Prof. Reza Aslan da Amerikada xidmətə qarşı aparılan əks təbliğatı araşdırmışdı. Çünki eynilə Türkiyədə olduğu kimi ABŞ-da da bəzi dairələr Xoca Əfəndini və təşviq etdiyi layihələri "radikal təşkilat" iddiası ilə gözdən salmağa çalışır. R. Aslan dünyada dindən istifadə edən bütün radikal təşkilatlarla Xoca Əfəndinin xidmət anlayışını müqayisə etdi.
"Gülən hərəkatında bu günə qədər insanları marifləndirmək xaricində heç bir anlayış və fəaliyyətə rast gəlinməmişdir. Əksinə Gülənin fikirləri dilindən, irqindən, ölkəsindən asılı olmayaraq bütün insanlara qucaq açmağı və onlara əl uzatmağı tövsiyə və təşviq edir. Gülən Hərəkatı verdiyi təhsillə aşıladığı əxlaq, sevgi və xoşgörü anlayışı ilə dünyada alternativsizdir".
Qısaca, bu gün xidmətlə tanış olan dünyanın aqil insanları Türkiyəni və Anadolu insanını ümid kimi görür. Bu xidmətin boy atdığı ölkəmizdə isə hələ də bəziləri bağ-bağçaları tar-mar etmək üçün xəyanət rüzgarları əsdirməklə məşğuldur. Üstəlik əməkdaşlıq, güc birliyi, fikir birliyi ilə. Sanki “ASİMMETRİK HÜCUMA” keçiblər.
Ancaq biz ümidvarıq. Çünki bu gün daha yaxşı görürük ki, bu millət dünyanı düzəltməklə məşğul olarkən bir neçə xainin yoluna səpdiyi kol-kosa ilişib qalmayacaq, Allahın izini ilə.
- tarixində yaradılmışdır.