Ümidlə hörülər Həsrət Körpüsü...

Gözəl bir Bakı axşamı

Xəzərin sahillərində "İşıq Süvariləri" ilə birlikdəyəm.

Dənizdən gələn sərin və şirin bir əsintiyə vermişik özümüzü.

Bakının ən həzin məkanı; Şəhidlər Xiyabanına alov saçan günəş ciyərinə yanıq qərənfil ətri çəkərək yoluna davam edir.

Günəşin saçaqları tökülür Xəzərin sularına. Külək Şəhidlər Xiyabanından yanıq qərənfil ətri yayır ürəyimizə.

Xiyabanda yanan nəhəng məşəl göydən yerə doğru enən Sürəyya kimi, gecənin zülmət pərdəsini yırtaraq parlayır.

Şəhidlər Xiyabanında 1918-ci ildə Anadoludan Azərbaycanın köməyinə gələn Nuru Paşa rəhbərliyindəki Qafqaz Ordusunun Türk şəhidləri, 20 Yanvar gecəsinin Azadlıq Şəhidləri və 1991-ci ilin Xocalı Şəhidləri qoyun-qoyuna yatır.

Şəhidlər hündür bir təpədən baxırlar Xəzərin sərin sularına.

Bakı dünya şəhəri olub; bu yaxınlarda Dünya İslam Paytaxtları toplantısına ev sahibliyi etməyə hazırlaşır. Gördüyü bu qədər əzab-əziyyətdən sonra hər gün bir az da gözəlləşən dilbər kimi Xəzərin küləklərində sovurur saçlarını.

1990-cı il gəlir gözlərəmin önünə.

O soyuq və kədərli 20 Yanvar gecəsi…

Bakının qara şala büründüyü gecə.

Ekranlara baxanda içimizin qan ağladığı, tankların azadlığa gedən insanları əzib keçdiyi qanlı gecə…

Qətl edilən şəhidləri qucaqlarına alıb yüz minlərlə insanın Azadlıq meydanına azadlıq üçün gəldiyi o ağrılı-acılı günlər.

Bihudə deyil, hər qərənfildən yanıq ətrinin gəlməsi.

Bihudə deyil, hər qərənfilin gecənin səssizliyində için-için ağlaması.

Anadolu o günlərdə Azəri qardaşlarına göz yaşı tökürdü. Ancaq yardımları çatdırmağa bir yol belə yox idi.

O ağrılı-acılı günlərdə Fəthullah Gülən Xoca Əfəndinin kürsüdə özünndən keçməsini heç unuda bilmirəm. İnsanlar qorxu və təlaşla: "Xoca Əfəndi öldü… Xoca Əfəndi öldü," – deyib ətrafına toplaşmışdılar.

Əzab-əziyyətdən yonulmuş nurani bir heykəl kimi kürsüdə uzun müddət səssiz dayanan Xoca Əfəndi uzun bir sükutdan sonra özünə gələndə: "Qorxmayın mən bu kürsülərdə öləcək qədər şanslı insan deyiləm" demişdi.

O günlərdə qardaşlarının köməyinə yenə Anadolunun fədakar insanı gəlmişdi.

Ərzurum sərhədə daha yaxındır. Ərzurumun vəfalı iş adamları bir araya gəlib yardımların toplanması və çatdırılması barədə danışırdılar.

O günləri "Zaman" qəzetinin Ərzurum təmsilçisi, dəyərli dostum Əli Bayram bəydən dinləyək: "1990-cı il idi… Azərbaycanlı qardaşlarımızın çətin vəziyyətdə olduqlarını televiziya və qəzetlərdən öyrənirdik. Vəziyyət dəhşətli idi. İçimiz qan ağlayırdı. Azərbaycanda və Naxçıvanda dərman və qida çatışmazlığı hökm sürürdü. Ərzurumun fədakar iş adamları ilə toplandıq. Duyğulu, həyəcanlı bir yığıncaq oldu. Həmişə olduğu kimi Anadolu insanı yenə coşmuşdu. Hər fədakarlığa hazır idilər. Məni də nümayəndə seçdilər. İlk olaraq dövrün Naxçıvan baş naziri İbrahim Bican bəylə əlaqə qurdum. Baş nazir: "Bunu telefonda həll etmək çətin görünür. Bunu Heydar Əliyev Cənablarına da çatdırdım, o da sizin Aralıq sərhədinə gəlməyinizi və orada bu mövzunu müzakirə etməyimizi istəyir," – dedi.

"Varılmaz yol deyil, necə hardasan?
Mən burada, sən isə aha ordasan.
Bilirəm bu ara sən də dardasan,"

deyib düşdüm yola.

Aralıq sərhədinə çatanda Baş nazirlə birlikdə çoxu kabinet üzvü olan 10 nəfərlik heyət Naxçıvan tərəfdə məni gözləyirdi. Mən kiçik bir qayıqla Arazın otayına keçdim, İbrahim Bəy və heyətlə qucaqlaşdıq.

İllər əvvəl Ağrı dağının ətəklərində günəşin doğuşunu seyr edərkən, görəsən, bir gün bu sərhəddən Asiya qitəsinə keçmək və Azərbaycanlı qardaşlarımıza qovuşmaq nəsib olacaqmı? deyə düşünərdim. Xəyallarım gerçək olmuşdu.

Baş nazir məni 25 km-dəki Sədərəkə dəvət etsə də, təəssüf ki, dəvətini qəbul edə bilmədim. Həm sərhədi icazəsiz keçmişdim, həm də kiçik qayıq suya qapılıb gedərsə, ortada qalaram, deyə düşündüm.

O tarixi görüş çayın sahilində gerçəkləşdi. Hörmətli Baş nazirə və heyətə:

Əfəndim, Anadolu sizin üçün göz yaşı axıdır, yardım etmək istəyirlər, məni də nümayəndə seçdilər. Nəyə ehtiyacınız varsa, lütfən bizə bilidirin, mən Fəthullah Gülən Xoca Əfəndi ilə də danışdım. Mənə: "Əli bəy! qardaşlarımız üçün əlimizdən nə gəlirsə edərik, xalqımız vəfalıdır, əlindən gələn hər şeyi Allahın izni ilə edər," – dedi.

Heyət çox təsirləndi.

Uzun bir siyahı tutduq. Yardımların daşınması üçün də çayın ən dar yerində bir körpü tikmək qərarına gəlindi.

Adını da "Həsrət Körpüsü" qoydular.

Bu əsnada bütün Anadolunu hərəkətə keçirdik.

Anadolu insanı hər zamankı kimi coşmuşdu, yardım karvanları sıra-sıra yollara düşdü.

Körpü tamamlandığında yük maşınları da Aralıq sərhədinə gəlib çatmışdı.

Açılışa Rəhmətlik H. Əliyev də gəldi. Çox sevincli idi. İki qardaş millət qucaqlaşmaq üçün həsrət və həyəcanla gözləyirdi.

Əliyevlə körpünün ortasında görüb qucaqlaşdıq və körpünün ortasındakı açılış lentini birlikdə kəsdik. Beləcə illərlə bağlı qalan sərhəd açılmış, qardaşlıq körpüləri yenidən qurulmuşdu.

Lentin kəsilməsi ilə insanlar körpüyə axışdılar. Körpü yellənməyə başladı. Hətta bir neçə taxtası qırıldı və Araz çayının azğın sularına düşdü. Biz o suya düşməmək üçün Əliyevlə bir-birimizə sarılanda Əliyevin dediyi sözləri heç unuda bilmirəm; "Əli Bayram, narahat olma, ikimiz bu iki millətin qovuşması üçün düşürüksə, düşək. İki xalqın dostluğuna, həsrətin bitməsinə İki Əli fəda olsun".

Sağ-salamat Türkiyə tərəfinə keçdik.

Əliyev ilk dəfə Anadolu torpağına ayaq basırdı. Həsrətlə öpdü və qoxladı Anadolu torpağını.

Bir qədər sonra vidalaşdıq. Təkrar o Həsrət Körpüsündən gəldiyi heyətlə birlikdə geri qayıtdı. Yardım aparan yük maşınları da bir-bir keçməyə başladı Həsrət Körpüsündən".

Həsrətəm, yetmiş il keçdi aradan
Həsrətəm, bu səbir sanma sıradan
Həsrətəm, bir işıq parlayır buradan
Yuxu deyil, həqiqətdir Həsrət Körpüsü.

O gün açılan Həsrət Körpüsündən əvvəla yardım, ardınca da "Öndən Gedən Atlılar" keçdilər. "Mehlika sultana aşiq gənclər" kimi yürüdülər Qaf dağına doğru. Bir təhsil yuvası qurdular və məktəblər açdılar. Sarsılmaz qardaşlıq körpüləri qurdular.

Bir gün bu məktəblərdən birini ziyarət edən mərhum Əliyev çox duyğulanır və bu tarixi sözləri deyir: "Bilərəm ki, bu liseylər Çağ Təhsil Şirkətinə aiddir. Onların işindən çox məmnunam. Bu liseylərin fəaliyyəti Azərbaycanda təhsilin səviyyəsinin yüksəlməsinə kömək edir. Biz bu liseyləri nümunə göstəririk. Digər məktəblər bu liseylərin fəaliyyətini nümunə götürsünlər. Mən buna görə öz təşəkkürümü bildirərəm".

Xəzərin sahillərində "İşıq Süvariləri" ilə birlikdəyəm.

Dənizdən gələn sərin və şirin bir əsintiyə vermişik özümüzü.

Bakının ən həzin məkanı; Şəhidlər Xiyabanına alov saçan günəş ciyərinə yanıq qərənfil ətri çəkərək yoluna davam edir.

Günəşin saçaqları tökülür Xəzərin sularına. Külək, Şəhidlər Xiyabanından yanıq qərənfil ətri yayır ürəyimizə.

Xiyabanda yanan nəhəng məşəl göydən yerə doğru enən Sürəyya kimi, gecənin zülmət pərdəsini yırtaraq parlayır.

"İşıq Süvariləri" ilə bir Anadoluya, bir də Bakıya baxırıq;

Eyni iqlim, eyni torpaq, eyni qan,
Eyni türkü qulaqlara yayılan.
Bura Qars, İğdır, o yan Naxçıvan,
Ümidlə hörülər Həsrət Körpüsü.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.