Qərb demokratları və Fəthullah Gülən
M. Fəthullah Gülən illərdən bəri "insanı öz mövqeyində qəbul etmək" və "demokratiya insanın mənəvi yönünü nəzərə almalıdır" deyə iki mühüm fikir ortaya atmışdı. Zaman keçdikcə insana dəyər vermək və mənəviyyata olan ehtiyac zəruriliyi daha qabarıq ortaya çıxdı.
Qərb demokratlar bir neçə əsr ərzində bir çox şeyi qurban verərək azadlıq və hüquq sahəsində böyük məsafələr qət etdilər. Ancaq insanın mahiyyəti yanlış müdaxilələrlə mənəvi yönü ehmal edilincə həm insanlarda, həm də cəmiyyətdə bəzi nöqsanlar meydana gəlməyə başladı.
İstər Almanya, istər digər inkişaf etmiş ölkələrdə insanların siyasətdən təmənnası da buna paralel olaraq dəyişdi. İnsanın mənəvi yönünün ehmal edilməsi onun psixalogiyasında, ruhunda və fəaliyyətində mənfi nəticər doğurdu. Sadəcə qarın doyurmaq və hüdudsuz azadlıq insanlara xöşbəxtlik gətirmədi. Bü gün Qərbdə insanlar dövrün bütün imkanlarına malik olsalar da, ictimai həyatda bir çox problemlərlə üzləşir. Siqaret, narkotik, içki, diqqətsizlik, davranış pozğunluğu, qavrama və öyrənmə problemləri, laqeydlik, zorakılıq, boşanma, cinsi pozğunluq və s. Məhz bu məqamda insanların siyasətdən təmənnası fərdi və ictimai problemlərinin həllidir. Bir çox ölkədə seçkilərə vətəndaş iştirakının azalmasında bu təmannanın puç olmasının böyük rolu var.
M. Fəthullah Gülənin "demokratiya insanın mənəvi yönünü də düşünməlidir" fikri ictimai həqiqəti açıq şəkildə ifadə edir. Gələcəkdə bu ehtiyac şübhəsiz daha da çox müzakirə olunacaq. Əgər demokratiya ən inkişaf etmiş sistemdirsə, bu ancaq Gülənin müəyyənləşdirdiyi həqiqəti də nəzərə aldıqdan sonra bəşəriyyətə rifah və sülh bəxş edə bilər.
Bir çox üstün cəhətinə baxmayaraq ən inkişaf etmiş ölkərlərdə belə demokratiya nə insanları öz mövqeyində qəbul edə, nə də mənəvi fəzilətləri həyata əks etdirə bildi. Dolayısilə, insanların şüur və fəaliyyətində bu fəzilətləri əks etdirəcək qədər demokratiya mənimsənməlidir.
Globallaşmış dünyada müxtəlif mədəniyyətlərə mənsub insanların birlikdə yaşaması ancaq bu şüurla mümkündür. Bu aspekdən baxanda "Könüllülər Hərəkatı"nın dünyanın müxtəlif coğrafiyalarında alqışlanması və mənimsənməsi fikirlərinin gələcəkdə demokratiya fikrinə verəcəyi töhfədən xəbər verir. "İttifaq etməmək üzrə ittifaq edən" ərəb dövlətləri və ziyalıları arasında belə ittifaq qurmağı bacaran "Könüllülər Hərəkatı" dünyanın zorakılıqdan, qandan, xəstəliklərdən təngə gəldiyi bir dövrdə yeni bir sülh və hüzurun işarəsini verir.
Qərblilər demokratiyanı azadlıq və hüquq çərçivəsində müəyyən bir səviyyəyə çatdırdı, lakin bəşəri problemlərin bir çoxuna həll yolu tapmaqda aciz qaldı. Bu gün Qərb toplumlarında gördüyümüz fərdi, ailəvi və ictimai promlemlər Qərb demokratiyasının bəşəri problemləri həll etmədə qeyri-kafi olduğunu bir daha təsdiqləyir. İnsanların siyasətdən təmənnası da məhz buna görə dəyişir. Al Gorenin "Demokratiya mənəvi dəyərlərin itirilməsi problemini yaşayır" ifadəsi Fəthullah Gülənin dilə gətirdiyi "demokratiya insanın mənəvi yönünü nəzərə almalıdır" görüşünün nə qədər mühüm olduğunu göstərir.
Fəthullah Gülənin vurğuluadığı bu iki əsas Qərb demokratlarının nöqsanını düzəldib müxtəlif mədəniyyətə mənsub insanların təmənnasına da bir cavab mahiyyətini daşıyır. Hələ "Könüllülər Hərəkatı"nın demokratiyaya verdiyi töhfə tam araşdırılmasa da, gələcəkdə toplumları yeni bir demokratiya anlayışı ilə birləşdirəcək bir potensiyala malik olduğu gün kimi aydındır.
- tarixində yaradılmışdır.