Haqq Edilən Bir Şərəf

Gürcüstan 1991-ci ildə müstəqilliyini elan etməsi ilə dünya dövlətlər birliyində öz yerini almağa çalışdı. Artıq, Gürcüstan dostlarını axtarırdı və axtardığı dostları da tapırdı. Əlbəttə ki bu, o qədər asan bir məsələ deyildi. Çünki o dövrlər çok çətin və keşməkeşli idi. Bir tərəfdən qarşıdurmalar davam edir, digər tərəfdən elektrik cərəyanının olmaması, işsizlik və böhranlı iqtisadi atmosfer hər kəsin ağlında müxtəlif düşüncələrə səbəb olurdu.

O dövrdə Gürcüstana investisiya qoymaq olduqca riskli idi. Bir sözlə, bu cəsur addımı atan insan olduqca az idi.

Belə bir şəraitdə "Çağlar" və "Mars" adlı cəsur Türk Təhsil Qurumları bütün çətinliklərə baxmayaraq, Gürcüstanla əməkdaşlıq və dostluq əlaqələri qurmaqdan çəkinmədi. Onlar əvvəl Tiflis və Batumda məktəblər açdılar. Daha sonra “Beynəlxalq Qara Dəniz Universiteti”nin təməlləri atıldı. O illərdə Gürcüstan məktəb və universitetlərinin bu mənada bir əksikliyi olmasa da, Türk məktəblərinin vəzifəsi tamamilə fərqli idi. Bu məktəblərin məqsədi əvvəlcə Türkiyə və Gürcüstan arasında, daha sonra isə Gürcüstan və bütün dünya arasında körpü qurmaq idi. Ona görə də bu məktəblərdə təhsil gürcü və ingilis dillərində tədris edilirdi.

Müstəqillikdən əvvəl Gürcüstan və Türkiyə arasında uzun illər boyu dəmir pərdənin olması, ilk başda Gürcü xalqının açılan məktəblərə qarşı reaksiya verməsinə səbəb oldu. O dövrdə Türkiyənin bu təhsil ixracını hər kəs təəccüblə qarşılayırdı, çünki bu ölkənin daha əvvəl bu sahədə dünya səviyyəsində hər hansı bir müvəffəqiyyəti bilinmirdi. Amma Türk məktəblərinin qurucuları onlara mane olan heç bir çətinlikdən qorxmadılar. Müxtəlif sahələrdə fəaliyyətlərini davam etdirdilər. Qısa zaman ərzində biz türklərin buna bənzər məktəbləri dünyanın hər yerində açdığını öyrəndik. Bununla yanaşı, bu məktəblərin hər hansı bir ortaq mərkəzdən idarə olunmadığını da çox keçmədən fərqinə vardıq.

Bu təhsil hərəkatının bütün işlərində idarəçi və təşkilatçıları var. Bu məktəblər sayəsində bir çox idarəçi ilə, səlahiyyətli nümayəndə ilə tanış olduq, dostluq qurduq. Bu dostlar xalqımıza daim kömək olmağa hazırdırlar. Son zamanlardakı fəaliyyətlər də buna dəlildir. Məsələn, “Beynəlxalq Qara Dəniz Universiteti” və “Çağlar Təhsil Təşkilatı” İç Kartlidən gələn 500 köçkünü yaşayış yeri ilə təmin etdilər.

İstər Gürcüstanda, istər dünyanın müxtəlif ölkələrində açılan Türk məktəblərinin bir mərkəzdən idarə edilə bilməyəcəyi hər kəs tərəfindən bilinir, amma bu hərəkata düşüncə və fikirləri ilə ilham verən bir adam, bir düşüncə və hərəkat insanı var. Bu mənada, əlbəttə, başqa yerlərdə, başqa mütəfəkkirlər də mövcuddur, ancaq onları məhdud bir kütlənin təqib etdiyini görürük. Halbuki, bu düşüncə və hərəkat insanını hər kəs dinləyir. Bu insan düşüncə və fikirləri ilə bəşəriyyətə daha yaxşı bir dünya, daha gözəl bir gələcək təqdim etmə adına insanlığı hərəkətə gətirir. Bu şəxs Fəthullah Güləndir.

Bəli Fəthullah Gülənin hal-hazırda olduğu kimi, gələcəkdə də çox mühüm bir insan olaraq diqqət çəkəcəyini düşünürəm. Bəziləri bəlkə Fəthullah Güləni yalnız dini yönü ilə tanıyır, bilir. Ancaq bu yönü, qənaətimcə onu tanımaq üçün kafi deyil. Çünki yaxından baxanda görüləcək ki, Gülənin bütün fəlsəfəsi insan sevgisinə istina edir. Bu müdrik insan üçün, bu keşməkeşli dünyada ən qiymətli olan varlıq insandır və onun yaşamış olduğu həyatdır. Ona görə insanları qurtarmaq üçün müxtəlif mədəniyyətlərin nümayəndələrinin ortaq nöqtəyə gəlməsi, aralarında dialoq və tolerantlığın qurulması lazımdır. Bundan daha əhəmiyyətli məsələ isə təhsildir, dinə ehtiramla yanaşan elm anlayışı, elm düşüncəsidir. Bəli, Fəthullah Gülən inancını həssaslıqla yaşamağa çalışan dindar bir müsəlmandır, amma fərqli din və mədəniyyətlərə hörmət edir və buna çox əhəmiyyət verir. İslamda müsəlmanın insani dərinliyi olan bir əxlaq anlayışı və fərqli olana qarşı xoşgörülü olmağı öyrədən və müasir həyata ayaq uydura bilən qanunları araşdırır və tapır. Bu baxımdan Gülən, İslam və terrorizmin birlikdə hallana bilməyəcəyi mövzusunda tez-tez fikirlərini dilə gətirir.

Gülənin fəlsəfəsi doqmatik deyil, düşüncə fəaliyyəti içində dəyişir, inkişaf edir.. Onu dinləyən insanların qurduğu məktəb və universitetlərin də dünyaya qarşı əsla qapalı olmadığı görülür. Bəli, bu məktəblər müasir dünyaya açıq məktəblərdir. Müstəqil və azad düşüncəyə hörmətləri ilə diqqəti çəkir. Oralarda azad və düşünən insanlar; tənqidə açıq, analiz edə bilmə xüsusiyyətlərinə sahib nəsillər yetişdirilir. Bu məktəblər şagirdlərdə müxtəlif mədəniyyətlərə marağı artırır və həmçinin şagirdlər burada vətənpərvər olaraq yetişdirilir. Bu hərəkatla açılan məktəblərdə təhsil yerli mədəniyyət və dillə aparılır. Bu da onların yerli dillərə göstərdikləri hörməti göstərir. Yerli dilin və yerli tarixin tədris edilməsi bu məktəblərdə şərtdir. Gülənə görə hər hansı bir insanın başqa mədəniyyətlərə, yeni ideallara açıq olması lazımdır, amma o yenə ilhamını köklərindən, ənənələrindən almaldır.

Fəthullah Gülən siyasətdən uzaq durur, amma güclü dövlət fikirinin tərəfdarıdır. Türkiyənin Avropa birliyinə daxil olmasına dəstək verir. 60-dan çox əsəri var. Bu əsərlərində cahanşümül prinsiplər üzərində durur.

Həyatını gözdən keçirəndə onun heç vaxt hər hansı bir mövqe və şan-şöhrət arxasınca olmadığı görüləcəkdir. Amma onun dinləyənləri, təqdir edənləri və sevənləri isə heç bir zaman əskik olmamışdır.

Keçdiyimiz aylarda “Foreign Policy” jurnalı bir anket tərtib etdi. Bu anketdə müasir 100 intellekt insan arasında Fəthullah Gülən birinci sıradadır. Bu deməkdir ki, onun əməyi öz meyvəsini verdi. Bu mötəbər insana haqq edilən məqam və mövqeyi səmimi qəlbdən təbrik edirik və ona uzun ömür və səmərəli işlərin davamını diləyirik.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.