Hacı Arif Çağan Ağabəy
Osmanlı mədrəsələrinin son yetirmələrindən Sarı Əfəndi Balıqəsirin rayonlarında və Kütahya şəhərinin Tavşanlı bölgəsində vəz verib nəsihət edən, gözəl insanlar yetişdirən nurani bir şəxsiyyətdir. Ədrəmitli Arif Çağan bəyin də müəlimi olub.
Sarı əfəndi kənd-kənd gəzib Quran kursları üçün ianə - xalqın verdiyi bir ovuc zeytun, bir-iki qaşıq zeytun yağını toplayarmış... Bunu görən Arif bəy hər dəfə üzülərmiş. Bir gün əfəndiyə deyir: “Əfəndi nə qədər yığırsansa, de, mən pulunu istədiyin Qura kursuna verim. Sən belə işlərlə özünü yorma... Bəzi ədəbsizlər səni incidsələr, mən buna dözə bilmərəm”. Əfəndi: “Sən yenə verməyində ol, mən yığmağa davam edəcəyəm. Çünki insanlar azacıq da olsa yardım etdikləri yerlərə öz malı kimi sahib çıxarlar. Yəni Quran kurslarına, dolayısilə Qurana sahib çıxırlar. İnşallah bu onların qurtuluşuna bir vəsilə olar. Məsələ təkcə üç-beş zeytunda, bir-iki qaşıq zeytun yağında deyil!..”, - deyir.
Hacı Arif bəyin o vaxtlar bi adəti varmış. Yaz aylarında uşaqlarını maşına mindirib Türkiyənin mühüm şəhərlərini gəzir, dosta, qohum-qardaşa baş çəkərmiş... Bir gün Arif ağabəyin yolu düşür Aydının İncirliova qəsəbəsinə. Uşaqları ilə bir restorana girirlər. Pulu ödəmək istəyəndə, görür ki, ödənilib. “Kim ödəyib görəsən?” deyə düşünən Arif bəyin yanın ödəyən adam (Hacı Kamal Əriməz) əyləşir. “Bu başörtülü uşaqlar, kübar, nəzakətli ailə... Diqqətimi çəkdi. İstədim, izninizlə, sizinlə bir tanış olum”, - deyir. Və beləcə tanış olurlar...
Fəthullah Gülən Xocaəfəndinin kiçik komacığı yeni başa çatmışdı. Bir gün Hacı Arif ağabəyi orada gördüm. Mənə elə gəlir onu gətirən Hacı Kamal Əriməz ağabəydi. Aradan bir neçə gün keçmişdi, Turqutluda hafizlər məzuniyyətində dua oxunasıydı. Xocaəfəndi ilə birlikdə biz də ordaydıq. Hər kəs çıxış etdi, amma –yəqin o dövrdə çox məşhur olmadığına görə– Xocaəfəndiyə söz haqqı verilmədi. Mən və dostum Mehmet Biniçi ilə birlikdə camenin şadırvanında əsəbi halda oturub bu hadqa danışırdıq. Hacı Arif əmi bizə yaxınlaşdı: “Xocamıza söz haqqı vermədilər deyə deyinirsiz, eləmi?” deyib bizə təskinlik verdi...
Xocaəfəndinin Ədrəmitdə vəz verib orada qaldığı illərdə ondan heç ayrılmadı. Cümə vəzlərindən sonra gələn qonaqları Ədrəmit restoranlarında ağırlayan da o idi...
M.Fəthullah Gülən Xocaəfəndi Arif Çağan bəy haqqında “Arif ağabəy həsbi, haqpərəst, nadir şəxsiyyətdir”, - deyərdi...
Bundan illər əvvəl İzmir-Bozyaxada tələbə yataqxanasına əlavə bir bina tikilməliydi. Egey bölgəsində yeni binaların bünövrəsi atılmışdı, amma əldə-ovucda da bir şey qalmamışdı. Xocaəfəndinin yaman ürəyi sıxılırdı. Bir gün: “Gəlin, baxın Arif ağabəy nə göndərib!..”, - dedi. İllərlə yığdığı sərvətini bir torbaya qoyub göndərmişdi. O dövrdə bir çox problem onun göndərdikləri ilə həll olunmuşdu...
Arif Çağan ağabay -təsəvvüfi mənada- çox kitab oxumuşdu. Hər qarşılaşanda mənə Risaleyi-Nurlarla təriqət arasındakı fərqi soruşardı. Mən də bildiyimi izah edərdim. Amma nə vaxt qarşılaşsaq, yeni eyni sualı verirdi. Bir gün: “Daha soruşmayacağam, cavabını bir orta məktəb məzunundan öyrənmişəm”, - dedi. “Söylə mən də öyrənim”, - dedim. Dedi ki: “Sən də bilirsən ki, hər il mən Türkiyəni o baş-bu başı gəzirəm. Bu il İspartanın məşhur İslam kəndinə baş çəkdim. Orada Risalələri müntəzəm yazan radio-televizor ustası Həsən əfəndiyə dəydim. O mənə dedi ki: “Təriqətdə İlahi hüzuru bəzən duya bilərsən. Amma Risleyi-Nuru hər oxuyanda bunu hiss etmək olur”.
Rəhmətlik Həsən əfəndiyə mən də bir neçə dəfə baş çəkmişəm. Arif ağabəy ilə orta məktəbdə oxuyanda tanış olub, onun tələbəsidir. Arif əmiyə verdiyi cavabı ona da soruşdum. Danışdı və dedi ki: “Hafiz Əli ağabəy bir gün ağlaya-ağlaya mənə: “Həsən, bu səhər namazdan sonra “Yasin” oxumaq üçün qəbiristanlığa getmişdim. Gözüm açıldı... Bəzi insanlar qəbirdə çox pərişan vəziyyətdəydilər, buradan apardıqları heç azuqələri yoxdu. İstədim qışqıra-qışqıra dağala tərəf qaçım!..”, - dedi.
- tarixində yaradılmışdır.