Gülən Hərəkatı Avropanın dərdinə çarə ola bilərmi?

Potsdam Konfransı tolerantlığı ilə məşhur olan İmperator Frederikin vilayəti Prussiyada təşkil edildi. Vilayətin tolerant tarixi ilə öyünən almanlar bizə yaxınlıqda. Qərbi Avropanın ilk məscidinin yerləşdiyini bildirdilər. Fəthullah Gülənin tolerantlığını müzakirə etmək üçün, həqiqətən, gözəl bir məkandır.

Konfransın ilk günü dünyanın müxtəlif ölkələrindən gələn alimləri və dinləyiciləri görüşdürdü. Mən konfransları bir mövzunun ətraflı müzakirə edilib bir nəticə əldə edilən görüş məkanları deyil, yeni müzakirə mövzularının kəşf olunduğu başlanğıc nöqtələri kimi görərəm. Konfransın ilk günü Gülən Hərəkatının Avropanın inteqrasiya probleminin həlli olub-ola bilməməsinin müzakirə edilməsi məni yanıltmadı.

Yeni müzakirə mövzularından birincisini konfransın açılış çıxışlarından birinin müəllifi Potsdam Universitetindən Professor Admiel Kosman irəli sürdü: "Alimlərin bir-biri ilə qarşılıqlı nəzakət içində dialoqa girmələri yeni bir hadisə deyil. Bu cür konfransların mədəniyyətlər arası dialoq və sülhə xidmət etməsi ancaq burada əldə edilən nəticələrin xalqa çatdırılması ilə mümkün ola bilər. Bunun üçün bu məlumatların yeni nəsil haham, keşiş və imamların yetişməsinə faydalı olması lazımdır”. Professor Kosman bunun üçün təklif etdi ki, Berlində və ya İstanbulda üç dinin ilahiyyatçılarının birlikdə fəaliyyət göstərə biləcəyi bir institut açılsıb. Mən ona bu fikrin 1997-ci ildə Fəthullah Gülən tərəfindən dilə gətirildiyini və Papa II Jan Pavellə görüşdə bu fikri onunla bölüşdüyünü xatırlatdım. Gülənə məxsus bir fikri yenidən kəşf etdiyi üçün xoşbəxt olduğunu deyən Kosman: "Elə isə mənim fikrimi bir kənara qoyaq və Hörmətli Gülənin fikrini həyata keçirək" dedi.

Konfransı dəstəkləyən Abraham Geiger Kollecindən haham Professor Valter Homolka Potsdam Konfransının müsəlmanların Avropanın cəmiyyətində qəbul olunmaları üçün onların müsəlman kimliklərini qoruma və bu mövzuda hansı kənara çıxmaların ola biləcəyinə cavab verəcəyini söylədi. Avropada böyük nüfuza malik olan hahama görə Yəhudilərin 19-cu əsrdə çəkdikləri əzab-əziyyəti müsəlmanların çəkməməsinin yolu bu dialoqdan keçir. Haham Homolka: "Sizə verəcək tövsiyələrimiz var" dedi.

Almaniyanın Halle Universitetindən Professor Bekim Agai Gülən Hərəkatının, xüsusilə, Almaniyada qarşılaşacağı problemlərdən birinin Fəthullah Gülənin hər hansı bir kollektivin nümayəndəsi olmamaqda qərarlılığı ilə Alman hökumətininin İslam adına bir qrupla görüş keçirmə arzusu arasında tarazlıq əldə etmək olduğunu söylədi. Agai hərəkatın Alman müsəlmanlarını təmsil etmək kimi bir qayğısı olmadığını, ancaq Alman səlahiyyətli nümayəndələrinin hərəkata bu vəzifəni öhdəsinə götürəcək bir namizəd kimi baxdıqlarını xatırlatdı.

Konfransa Gürcüstandan qatılan tarixçi professor Giuli Alasania Potsdam Konfransından əvvəl Hyuston Konfransında iştirak etdiyini və konfransdan sonra Fəthullah Gülənə baş çəkdiyini bildirdi. Müşahidələri salondakıları həm heyrətləndirdi, həm də duyğulandırdı: "Gördüm ki, bu insan böyük məsuliyyət duyğusunu daşıyır. Bu yalnız Türkiyənin və Türk xalqlarının gələcəyinə aid bir məsuliyyət duyğusu deyil. Bu insan bütün dünyanın və dünyadakı bütün insanların dərdini çəkir. Dünya həmişə belə böyük liderlərə ehtiyac duydu. Bu insanlar tarixin həqiqi qurucularıdır. Bu insanlar müxtəlif millət və mədəniyyətlərdən olan insanları öz ətrafında cəmləyə bilərlər və düşüncələri müxtəlif insanlar tərəfindən müxtəlif şəkildə şərh oluna bilər. Çünki onlar plüralizmə və fikir məhsuldarlığına zəmin hazırlayırlar”.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.