Çiləli yol-2

"Empatik" nikli (internet istifadəçinin adı-ləqəbi) oxucumuzun mənə yazdığı şərhi əslində məramımızı necə də gözəl izah edir. Əfvinə sığınaraq, icazəsini almadan qeydlərimin arasına onun fikirlərini əlavə edirəm.

Hörmətli Empatik deyir ki:

"Mən səmimi olaraq bir iş görmək istəyən hər kəsə hörmət edərəm, istifadə etməyə çalışaram. "Bəşər-çaşar", hər kəs səhv edə bilər. Amma həyatını elmə, xidmətə həsr etmiş insanların elmindən, təcrübəsindən faydalanmaq istəyərəm. Buna görə Mustafa İslamoğlunun mülahizələrini də, arada AKRA FM-də Məmməd Zahid Kotku Xoca Əfəndi ilə Əsat Coşan Xoca Əfəndinin şirin söhbətlərini də, Burc FM-də Fəthullah Gülən Xoca Əfəndini və mənim dünya görüşümə xitab edən digər xoca əfəndilərin söhbətlərindən də istifadə edir, nəsə öyrənim deyə dinləyir, fürsət olduqca kitablarını da oxumağa çalışıram. Söhbətlərindən səmimi olduqlarını rahatlıqla anlayır insan. Birini sevmək digərini də sevməyə maneə deyil. Hər birinin üslubu fərqli olduğu üçün bizə hansı daha çox xitab edirsə, onu daha çox dinləyir, daha çox oxuyuruq. Fəthullah Gülən Xoca Əfəndini də bu perspektivdən baxaraq qiymətləndirirəm. İndiyə qədər çox kitabını oxudum, söhbətlərini dinlədim. Əldə etdiyim təəssüratlara görə, onun bu zamanın əhəmiyyətli bir alimi olduğu qənaətindəyəm. Hər səviyyənin insanına xitab edə bilən təcrübi məlumata sahibdir. Bizim adını belə eşitmədiyimiz qaynaqlara istinad edərək danışır, suallara əskiksiz, ətraflı cavab verir. İnsan həmişə onun təvazökarlığını, səhv ifadə ehtimalına qarşı tir-tir titrədiyini hiss edir. Çox vaxt kaş ki, belə qüvvətli bir imanın zərrəsi məndə də olsa idi, demişəm. Həyatı həmişə mübarizə ilə, müxtəlif fəaliyyətlərlə keçmiş bir insan bu qədər əziyyətə başqa heç bir şey üçün dözə bilməz. Buna tarixdə bir çox nümunə var. Böyük insanların ortaq qədəridir bu. Kiçik insanlar onsuz da bu məşəqqətlərə tab gətirə  bilməz.

Bu insanlara qarşı kimlərin hücum etdiyinə, onlara niyə nifrət etdiyinə, onlara necə də kin bəslədiyinə bir baxın. Onların hər birinin bizim də ən amansız düşmənimiz olduqlarını görəcəksiniz. Bu düşmənçiliyin səbəbi nədir, araşdırın? Qaralamaların səbəbi də məhz bu şəkildə ortaya çıxar…"

Çox sağ ol hörmətli "empatik"…

Əslində bu mövzu barədə söz deməyə, təkrar edirəm ki, özümdə nə bir haqq, nə də bir salahiyyət görürəm.

Lakin inandıqlarımı yazmağa, bunu başqaları ilə bölüşməyə ciddi ehtiyac hiss edirəm.

Elə səmimiyyət bu deyilmi?

* * *

Mənə bir Haqq dostu göstərin ki, çətinlik, əziyyət, dərd, kədər çəkməklə yoğrulmasın…

Mənə bir Haqq dostu göstərin ki, böhtanlara, hücumlara, müxtəlif əziyyətlərə məruz qalmasın…

Elə buna görə, bu yola çiləli yol deyirik…

Elə buna görə, yük çox ağır, yol çox uzun deyirik…

Asan deyil bu məşəli söndürmədən daşımaq?…

Əlbəttə ki, heçdə asan deyil …

* * *

Niyə ABŞ-dadır və hələ də qayıtmır?

Xoca Əfəndi əvvəlcə müalicə üçün getdi...

Lakin şəxsən mən bu gediş və orada qalış səbəbinin yalnız bunda olduğunu düşünmürəm.

Türkiyə kimi bir ölkədə, İslam adına özünü fəda etmiş bir ruh olmaq, "Haqq üçün mübarizəni" qəbul etmək böyük fədakarlıqlar tələb edir.

Bu fədakarlıq elə asan bir fədakarlıq deyil…

Xidmətin müvəffəqiyyəti üçün bütün mənfi baxışları üzərində toplayaraq ayrılmaq məcburiyyətində qaldı Fəthullah Gülən Xoca Əfəndi.

Getdi…

Çünki bizim ölkəmizdə əhəmiyyətli mövqe və mövqelərin bir çoxu (hələ də), "bizdən olmayanlar" tərəfindən ələ keçərilmiş vəziyyətdədir.

Çünki bizim ölkəmizdəki mətbuat, şəxslər bir kənara, dövlət təşkilatlarını və hökuməti hədələyəcək qədər siyasiləşmiş və çox təəssüf ki, güclənmişdir.

Çünki bizim ölkəmizdə xaos memarları hələ də mühüm mövqelərdədir, böhran və xaos üçün bəhanələr axtarırlar.

Anadolu insanının "Xidmət (hizmət)" şüuru ilə böyüyən "İslam və insan sevgisi"nin vətənin sərhədini aşıb dünyaya yayılması, milli dəyərlərinin bütün insanlığa çatdırılması əlbəttə ki, içimizdəki "bizdən olmayanları" narahat edir.

Fitnə və fəsad çıxarmaq üçün bəhanələr axtaranlara Xoca Əfəndi böyük bir maneədir.

* * *

Niyə evlənməyib?

Bir yersiz, mənasız, həddini aşan bir sual da bu sualdır.

Xoca Əfəndini bir kənara qoyaq.

Hər şeydən əvvəl evlilik şəxsi bir seçimdir.

Ölkəmizdə tanınan, tanınmayan bir çox insanın subay həyat sürdüyünü hər kəs bilir.

Bu birinci cavab sualın yersizliyi, gərəksizliyi, mənasızlığı üçündür.

Gələk Xoca Əfəndi ilə əlaqəli "subaylıq" mövzusuna.

Bu sual əslində İslamın mahiyyətindən tam mənası ilə xəbərsiz füqəraların öz nəfslərinə görə verdikləri bir sualdır.

İndi mən sizdən soruşuram, siz heç "İslamla evli olmağın" nə olduğunu bilirsinizmi?

Bu dövrdə "İslamla evli ola bilmənin" bəxtiyarlığını, "xidmət eşqini" "ailə sevgisinə" tərcih edə bilmə, ondan üstün tutma fədakarlığını anlaya bilirsinizmi?

Əslində dövrümüzdə tam mənası ilə Haqqı seçənlər üçün, bunu bacara bilənlər üçün böyük bir "fəzilətdir" subay qalmaq, təbii ki, bunu anlayana...

* * *

Dialoq və kəlimeyi-şəhadət mövzusunda Peyğəmbər Əfəndimizin (s.ə.s.) həyatını və "Hudeybiyə müqaviləsini" diqqətli araşdırmanızı tövsiyə edirəm.

Bu, düşünən, ağıl sahibi olanlar üçün kafi gəlməli...

* * *

Bir insan dünya həyatından nə gözləyə bilər?

Vəzifə, şan-şöhrət, pul, mal-mülk və dünyəvi arzular…

Yaxşı, insan bunlara başqa yolla sahib ola bilmə imkanına sahib ikən ölkəsini niyə satar? Niyə vətəninə xəyanət edər? Niyə?

Fəthullah Gülən bu gün 67 yaşındadır.

Bu günə qədər nəyə sahib olub?

Haqqında iddia edilən lüks həyat, mal, mülk yalanlarını bir kənara qoyun.

Yaxtası, binaları, təyyarəsi, yüzlərlə nökəri, minlərlə avtomobilimi vardı, bizim görmədiyimiz?

Yaşadığı yer sevənlərin aldığı iki mərtəbəli təvazökar bir ev, hətta daha dəqiq desək, o evin bir otağı.

Bu qədər səylər, əməklər, əziyyətlər 10-12 kvadrat metrlik otaq üçünmü?

Nə olar, bir az vicdanlı olaq!..

Müəyyən bir yaşdan sonra insan həyatda nə istəyir bilirsinizmi?

Dinclik, hüzur… Yalnız "dinclik…"

Axtardığı hüzuru burada, yəni Türkiyədə tapa bilməyəcəyini hər kəs bilir.

Buna baxmayaraq, onun yeganə sancısı öz sözləri ilə desək: "Hər kəs yaxşı, mən yaman. Hər kəs buğda, mən saman" deyə bilmək və bu istiqamətdə yaşamaqdır…

* * *

Bunlar kimdirlər? Bu qədər qısa bir müddətdə necə oldu ki, bu qədər böyüdülər? Necə oldu ki, dünyaya bu qədər yayıldılar? Bunun arxasında kim ola bilər? Bu müvəffəqiyyətin sirri nədir? Buna bənzər suallar soruşursunuzsa, sizə tövsiyəm;

Xahiş edirəm! Gedin! Araşdırın! Daha yaxından tanıyın onları.

Onlarla üz-üzə, göz-gözə münasibət qurun.

Onlar haqqında qərar verərkən "sırf kor bir baxış, kar bir duyuş, hissiz bir toxunuş" ilə hərəkət etməyin.

Gözümüz açıq olsun. Hisslərimiz duru olsun. Toxunuşlarımız qərəzsiz olsun…

Bu suallar barədə minlərlə müxtəlif fikirli iş adamı, sənətçi, jurnalist, siyasətçi və dahi insan təəssüratlarını izah etdilər, izah etməyə də davam edirlər.

Bu təəssüratları bir əvvəlki yazımda bəhs etdiyim saytlardan oxuya bilərsiniz…

Əmin olun ki, siz də axtardığınız sualların cavablarını tapacaqsınız.

Bu müvəffəqiyyətin sirri, əslində mənə görə, çox açıq və çox sadədir…

Bu müvəffəqiyyətin arxasında, altı əsr boyunca üç qitəyə hökm edə bilmiş böyük bir dünya imperatorluğunun nəvələri var.

İndi "qılınc" yerinə, "qələm"lə nifrətin, küfrün, cahilliyin üzərinə gedirlər...

Bu müvəffəqiyyətin ardında, tərtəmiz Anadolu insanının mübarək alın təri, səmimiyyəti, səyi, duası var.

Bilirik ki, səmimiliklə, bütün varlığını ortaya qoyaraq, ürəyini, beynini çatladırcasına "Allah üçün yola çıxıldısa, açılmayan qapılar açılar, keçilməyən keçidlər keçilər, aşılmaz yollar aşılar, olmayacaq şeylər həyata keçər."

* * *

Mən yazımı Xoca Əfəndinin bir paraqrafı ilə bitirmək istəyirəm.

"Bizim sərmayəmiz aczü-fəqrdir (acizlik və fəqirlik), çünki onlar sayəsində çox böyük bir qaynağa bağlanmışıq. Özümüz fəqr (kasıblıq) içində olsaq da, xəzinələri heç tükənməyən bir Sultanın kölələriyik, acizlər olsaq da, Onun qüdrəti ilə güclənmişik. Onun ehsanları qarşısında şükr duyğusu ilə şahlanmışıq. Elə bir şövqümüz var ki, heç bir zaman ümidsizliyə düşmərik, hər an pür-nəşə və ümidliyik, çünki tükənməz qaynaqdan fışqıran ehsan dəryasında irəliləyir və inayət (İlahi yardın) altında olduğumuza inanırıq."

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.