Fəthullah Gülənlə qəhvəaltı

Əvvəlki yazılarımda da qeyd etmişdim, 18 sentyabr şənbə günü səhər çağı Nyu Yorkdan Pensilvaniyaya bir qrup jurnalistlə (Mən, Cüneyt Özdemir, Ferhat Boratav, Bejan Matur) yola çıxdıq. Əsərlərindən, söhbətlərindən tanımağa çalışdığım Fəthullah Güləni nəhayət görəcəkdim, nəhayət, neçə ay çəkən səylərdən sonra görüş siyahısında olan minlərlə jurnalisti qabaqlaya bilmişdik. Narahatdım da, çünki hər ilk tanışlığa gedərkən hiss etdiyim normal narahatlığa bir də "Birdən, davranış normalarına vərdiş etmədiyim bir mühitdə səhv bir hərəkətim olar, görəsən, düzgün davrana biləcəyəmmi?" əndişəsi əlavə olunmuşdu.

Bu hislərlə başladı saat yarım sürən yolumuz. Olduqca gözəl bir təbiətin içindən keçir Pensilvaniyaya aparan yol. Xüsusən də payızda təbiətin bir möcüzəsinə çevrilir buralar. Ağaclar qırmızının hər çalarına bürünür, ortaya əntiqə bir sənət əsəri çıxır. Bu gözəl və sakit təbiət mənzərəsi narahatlığımı bir az azaltdı.

Nəhayət evin yerləşdiyi qəsəbəyə çatdıq. Evin ətrafını bürüyən təbiət mənzərəsi olduqca gözoxşayan idi. Sonradan öyrəndim ki, evin kiçik otağında bir növ münzəvi ömür sürdüyünü deyən Fəthullah Gülən çox nadir hallarda çölə çıxıb bu gözəlliyi görərmiş, hətta o evin sakinləri mənə Gülənin həyətdəki kiçik gölün yanına 13 ildə sadəcə iki dəfə düşdüyünü dedilər.

Fəthullah Gülən bizi qarşılamaq üçün qapının eşiyində gözləyirdi. Ənənəvi nəzakət sözlərindən və əl görüşəndən sonra əvvəlcə bizi qonaq otağına dəvət etdi, oturduq. Heç bir siyasi mövzuya girmək istəmirdi, buna görə də hamımızda sual vermə narahatçılığı vardı.

Sonra bizi qəhvəaltı masasına dəvət etdi.

Bir də gördüm ki, mənə masanın başındakı yer qalıb. Dərhal: "Başda mənim oturmağımm düzgün olmaz," - dedim. Fəthullah Gülən: "Bizdə belə adətdir, siz oturun oraya," - dedi. Utana-utana da olsa, oturdum.

Sonra söhbətimiz başladı.

Qarşılıqlı şəkildə özümüzü sıxdığımıza görə, sual-cavablar heç cür arzu etdiyimiz axara düşmürdü. Zarafatcıl xasiyyətimiz işə salıb abı-havanı bir az yumşaldana qədər bu belə davam etdi.

Güləni güldürdüyüm an

Fəthullah Gülən əsgərlik xatirələrini danışırdı. Mən onun çevrilişə cəhd edən Talat Aydemirin bölüyündə əsgərlik etdiyini eşidincə özümü saxlaya bilməyib: "Siz də mi çevriliş tərəfdarı idiniz!" dedim. Bu zarafatım Fəthullah Güləni güldürdü və yeni tanış olan insanların təbii narahatlığı bir anda yox olub getdi.

Daha sonra "Türkiyədən ötrü darıxırsınızmı?" sualına "Elə bir an yoxdur ki, Türkiyəni düşünməyim" deyə cavab verdi.

Bir çox şəhərdə, bölgədə yaşadığını nəzərə alıb ən çox hara üçün darıxdığını soruşanda isə "İzmir üçün çox darıxmışam" cavabını verdi.

Referendumda "xeyr"lə məşhur olan sahil bölgəsinin lideri İzmirin Fəthullah Gülənin xəyallarını süsləməsi və qayıdarsa, İzmirdə yaşamaq istəyəcəyi təəssüratını oyatması içimdən "Bundan yaxşı manşet olardı" həyəcanını keçirdi.

"Türkiyəni görmək istəyirsiniz?" sualının cavabında isə layiq olduğu qədər qüdrətli, dünyada layiq olduğu səviyyədə hörmət görən bir Türkiyə düşündüyünü bildirdi.

Onun adından hərəkət etdiyini deyən insanların davranışlarından narahat olub-olmadığı sualına "Bizdə iyerarxiya yoxdur" deyərək cavab verməyə başladı və bununla bəzi şeylərə nəzarət etmə imkanının olmadığına eyham vardı.

Sualımıza dəqiq bir cavab almasaq da, adından istifadə edib yanlış iş görənləri xoş qarşılamadığı təəssüratını oyatdı məndə.

Gülən terror məsələsi ilə bağlı çox baş yorur, bunun qarşısının necə alınması barədə düşünür, bölgələrdə açılan məktəblərdə fəaliyyət göstərən camaat mənsublarının təhlükə altında olması onu çox narahat edir.

Bu vaxt Gülən Amerika konqresində "Mavi Mərmərə" gəmisini təşkil edən "İHH"-nin "terrorist təşkilat" kimi tanınması ilə bağlı irəli sürülən təklifi yaxından izləyir, hətta mənə "Yoldaşlarım, mənə təklifin qəbul edildiyini söylədilər," - dedi.

Oradan ayrılanda "bu söhbət fotoşəkilli bir müsahibə olsaydı, necə xoşbəxt olardım" - deyə öz-özümə düşünərək çıxdım yola. Elə Cüneyt Özdemir də söhbətin çəkilişsiz keçməsinə kədərlənmişdi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.