Güləndən şəhidlərə başsağlığı, diplomatiyaya vurğu

Bu gün "Wall Street Journal" qəzetində Fəthullah Gülən müsahibəsi dərc edildi. Müsahibədə Gülən Qəzzə hadisəsinə Türkiyə ictimai rəyindən fərqli yanaşır. Müxtəlif mövzuların da yer aldığı müsahibədə Qəzzə ilə bağlı hissəsini və yanaşma tərzini 3 maddə halında dəyərləndirə bilərik: Birincisi, yardımın təşkil olunması üsulu ilə bağlıdır ki, Gülən bu məsələdə bütün diplomatik imkanlardan istifadə olunmasında israr edir. İkincisi, İsrail hərbiçilərin müdaxiləsidir ki, onu "çirkin mənzərə" deyə tənqid edir. Üçüncüsü, şəhid olan vətəndaşlarımızdır ki, Gülən onların yaxınlarına başsağlığını bildirərək hadisədən kədərləndiyini ifadə edir.

1,5 milyon fələstinlinin yaşadığı açıq həbsxana Qəzzəyə 4 ildir tətbiq olunan embarqonu aradan qaldırmaq üçün yola çıxan yardım gəmilərinə İsrailin qanlı hücumu hamımızı qəzəbləndirdi. Hadisəni eşidəndən dolub-daşan meydanlar və dünən Fateh Camesinin həyətində qılınan cənazə namazında ortaya çıxan mənzərə xalqımızın məsələyə əks-reaksiyasının bariz göstəricisidir.

Əslində 9 nəfərin şəhid olması ilə nəticələnən hadisəyə əks-reaksiya göstərən təkcə Türkiyə deyildi. Nyu Yorkda Türk bayraqları ilə İsrailin hücumunu lənətləyən yəhudilərdən BM Təhlükəsizlik Şurasına, Qərb mediasından İsrail mediasına, Ərəb Birliyindən NATO-ya - bütün dünya İsraili qınadı. Mövzu Əl Cəzirə, BBC, CNN kimi beynəlxalq informasiya vasitələrində günün əsas xəbərinə çevrildi.

Bu hücumda həyatını itirənlərin kədərini bölüşənlər arasında Fəthullah Gülən Xocaəfəndi də vardı. Qəzetimizdə dərc olunan başsağlığında Qəzzədə insanlıq faciəsi yaşandığına diqqət çəkən Xocaəfəndi belə deyirdi: "Qəzzədə baş verən insanlıq faciəsinə son qoymaq arzusu ilə yola düşən, məruz qaldıqları müəssif hücumda həyatını itirərək şəhid olan insanlarımıza Allahdan rəhmət diləyir, başda ailələri olmaqla millətimizə və insanlığa başsağlığı verirəm".

Bəlkə də, çoxlarının hücumdan sonra xəbər tutduğu bu hadisəni Xocaəfəndi ilk gündən etibarən diqqətlə izləyirdi. Yaxşı niyyətlə atılan bu addımın mənfi nəticələnəcəyindən əndişələnirdi. İsrailin bu kimi situasiyalarda göstərdiyi reaksiyalara baxanda, onun narahatçılığı əbəs deyildi. Belə ki, yaxınlarına hələ gəmilər yola çıxmadan İsrailin reaksiyasını təxmin etməyin çətin olduğunu, problem çıxmaması üçün diplomatik imkanlardan sona qədər istifadə etmənin zəruriliyini dilə gətirirdi. "Əksinə kritik bir dövrdən keçən Türkiyəni müharibənin eşiyinə gətirməmək üçün başqa yollar axtarılmadır," deyə düşünürdü.

Narahat olmaqda haqlı idi. Adi bir səbəbdən od-alova dönüb hər tərəfi yandıran bir ölkəyə çevrilən İsrail hökümətinin nə edəcəyini təxmin etmək çətin idi. İki əsgəri əsir düşdüyü üçün Livanı yerlə-yeksan edən, Həmasın əsir aldığı bir əsgərinə görə işğal etdiyi Qəzzəyə müharibə elan edərək 400-ü uşaq olaraq toplam 1500 insanın ölümünə səbəb olan, Türkiyə kimi bölgədə ən yaxın ölkəyə səfirini alçaq kresloda oturtmaqla dərs vermək istəyən bir hökümət. Bunları nəzərə alanda, üstəlik "meydan oxuyan" bir yardımın nələrə səbəb olacağını təxmin etmək çətin deyildi. Əvvəla bu yardım karvanına qatılacağı elan olunan bəzi AK Partiya vəkillərinin sonradan imtina etməsi də əslində bu əndişə və təxminlərdən qaynaqlanırdı.

Gülən dünən "Wall Street Journal"da dərc olunan müsahibədə də əndişəsini dilə gətirdi. Dilə gətirdiyi məsələlər sağlam mühakimələr, məntiqli fikirlər idi. Mülki şəxslərə qarşı beynəlxalq sularda edilən hücum və ortaya çıxan mənzərənin çirkin olduğunu söyləyən Gülənə görə dövlət və bu işə rəhbərlik edən İHH uşaq, qoca və qadınların başına gələ biləcək çətinlikləri, can təhlükəsini, hətta hücum riskini nəzərə alaraq diplomatiyaya sona qədər baş vurmalı idi. Acı da olsa bu qədər hadisədən sonra Gülənə görə, ilk iş həqiqətin ortaya çıxması üçün Birləşmiş Millətlər Təşkilatında şəffaf və müstəqil istintaqın aparılmasıdır.

Bu fikirləri düzgün anlaşılması üçün müsahibə ilə bağlı bir məsələni nəzərə almaq lazımdır. Öyrəndiyimə görə və müsahibədə də açıq şəkildə göründüyü kimi F. Gülənlə görüş Qəzzə hadisəsi ilə bağlı deyildi. Bu müsahibə hadisədən bir neçə həftə əvvəl planlaşdırılmışdı və cavablar da bir neçə gün əvvəl yazılı şəkildə jurnalistlərə çatdırılmışdı. Foto çəkilişi üçün qısamüddətli görüşlərdə bütün dünya Qəzzədən danışdığı üçün, istər-istəməz bu məsələyə də toxunulmuşdu və sözügedən məsələ digər mövzulardan ön plana keçmişdi. Məsələni böyüdərək müsahibənin yalnız bu məsələ ilə bağlı verildiyini düşünmək doğru deyildir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.