Quran və Biz
Sual: Əshabi-kiramın həyatına baxanda Qurani-Kərimin, demək olar, hər hadisədə onlara yol göstərdiyini və onların bütün həyatı Quranın təşviq və xəbərdarlıqları əsasında yaşadığını görürük. Bu günün möminləri də eyni cizgidə yaşamaq üçün hansı xüsuslara diqqət yetirməlidir?
Cavab: Qurani-Kərimin axırzamandakı vəziyyətini təsvir edən:
يَأْتِي عَلَى النَّاسِ زَمَانٌ اَلْقُرْاٰنُ فِي وَادٍ وَهُمْ فِي وَادٍ غَيْرِه
"Elə bir vaxt gələcək ki, Quran bir vadidə, insanlar başqa bir vadidə olacaqlar" (Əli əl-Müttəqi, Kənzul-ummal, 6/348) hədisi-şərifində də öz əksini tapdığı kimi, əsrlərdir, Quran bir vadidə, biz isə başqa bir vadidəyik. Bəli, biz müəyyən bir dövrdə Qurana, xüsusilə onun təkvini əmrlərinə (kainata Allahın qoyduğu qanunlar məcmusu) aid yönünə laqeyd yanaşdıq, bütün qapıları onun üzünə bağladıq və qapıların arxasına sürgü vurduq. Pərdələri çəkib onun aydın dünyasından bizim dünyamıza sızan işığın yolunu kəsdik. Halbuki, o uca kitab təkvini əmrlərin qövli-şərihi (mənanı açıqlayan, şərh edən söz), bürhani-vazihi (açıq-aşkar dəlili) və dəlili-satisidir (parlayan, işıq saçan sübutu). Kainat elm proqramına görə Allahın qüdrət və iradəsindən meydana gələn bir kitab olduğu kimi, Quran da elm proqramıyla Allahın kəlam sifətindən meydana gələn başqa bir kitabdır. Ancaq biz zehin və fikir dünyamızda bu iki həqiqəti bir-birindən ayırdıq. Təbir caizsə, tələqi-səlasə (üç boşama) ilə də deyil, “3-dən 9-a” deyib tələqi-tisə (doqquz boşama) ilə qəlblə ağılı, təkvini əmrlərlə təşrii əmrləri bir-birindən ayırdıq. Həmçinin İslamın qəlbi və ruhi həyatına çox yadlaşdıq. Dolayısilə də, Quran camaatı – belə demək mümkünsə – nisbi və izafi bir fətrət dövründə uzun müddət Qurandan bixəbər yaşadı.
Tarix bu ayrılığın daha da dərinləşməsinə şahid oldu. Elə gün oldu ki, Quranın adını çəkmək belə qadağan edildi. Quran ancaq bəzi dar çərçivəli sahələrdə oxunub öyrənildi. Fəqirin (özünü nəzərdə tutur) Quranı öyrənməyə çalışdığı dövrdə də eyni qadağalar var idi. O dövrdə kəndlərdə Allahın kəlamını öyrənmək istəyən üç-beş nəfər bir araya gələndə jandarma tökülüşüb gəlir, körpə uşaqları tüfəngin ucuna keçirib çölə atırdılar. Bəli, Quranın azca öyrədilməsini belə həzm edə bilmirdilər.
Qurana könüldən təvəccöh
Qurandan bu qədər uzaqlaşıb yadlaşdıqdan sonra onu təkrar dərindən duymaq, onun nur bəyanlarını fərdi, ailəvi, ictimai, iqtisadi, psixoloji, pedaqoji və mədəni həyatımıza tətbiq etmək birdən-birə mümkün deyildir. Və üstəlik bəzi insanlar bizim gözəl və güzidə müəssisələrimizə sızaraq bu və ya digər şəkildə bu təxribatı davam ertdirir, yəni Quran hələ də müxtəlif formalarda sorğu-suala çəkilir, hələ də o sahibi-Quran olan Rəsuli-Zişanın (əleyhissalatu vəssalam) hədisi-şəriflərinə dil uzadılır, hələ də Onun möcüzələri yerdən-yerə vurulur və hələ də Qurana aid məsələlərə tarixilik mülahizəsi ilə yanaşılırsa, demək ki, məsələ çətindir. Qaldı ki, hazırda biz hələ də Qurana ürəkdən yönələ bilməmişik. İstər dil, istər terminologiya, istərsə də qəlbi həyat baxımından Qurana elə yadlaşmışıq ki, bütün bu maneələri aşaraq Quranla təkrar irtibat qurmaq çox ciddi səy tələb edir. İnsanlar bir daha dinin haqq olduğuna və Rəsul-Zişan, Sahibi-Quranın haqq peyğəmbər olduğuna ürəkdən inanmalıdır. O səviyyədə ki, çox rahatlıqla: "Allahım, Onun bəyanlarını həyata keçirməyəcəyəmsə, yaşamağın bir mənası yoxdur. Əgər ruhumuzun abidəsini ucaltmayacağamsa, dinin ruhunu yenidən ruhlara çatdırmayacağamsa, birdəfəlik canımı al" deməyi bacarmalıyıq.
Bəli, əsas məsələ Allahı qəlbən hiss etmək və Onun mərifətini (Onu tanımağı) varlığın qayəsi bilməkdir. Çünki Qurani-Kərimə görə bizim yaradılışımızın qayəsi imanı-billah (Allah iman), mərifətullah (Allahı tanıma), məhəbbətullah (Allah sevgisi) və bir də Haqq Təalanın müxtəlif təcəlli səviyyələrində lütf etdiyi zövqü-ruhanidir. Əgər Allahu Təala bunu yaradılışın qayəsi kimi bəyan edibsə və biz də bunu dəyişdirmişiksə, əvvəlcə özümüzü soğu-suala çəkməli və laqeyd yanaşdığımız xüsusları gözdən keçirməliyik. Əsrlərlə törədilən mənəvi təxribatı nəzərə alaraq ehtiyac olan xüsusları təmir etməyə çalışmalıyıq. Ancaq unutmamaq lazımdır ki, iç-içə baş verən bu qorxunc deformasiyaları yenidən öz əsl forma və şəklinə salma məsələsi birdən-birə olası iş deyil. Hz. Pir əsrlərdən bəri dağıntılara məruz qalan bir qalanın əmir edilməyə çalışıldığını deyir. Allaha iman məsələsinin sarsılmasından ana-ataya hörmətsizliyə, ana-ataların qocalar evinə atılmasından ailədaxili ümumi nizam və ahəngin pozulmasına qədər o qədər dəyəri ayaq altına atmışıq ki, bütün bunların təmirinə, bəlkə də, bir əsr lazımdır. Haqq Təala bu nəticəni daha qısa vaxtda lütf edə bilər. Bu, Onun xüsusi bir lütfü olar. Biz Onun əngin mərhəmətindən belə bir lütf gözləyirik. Lakin reallığa baxanda unudulmamalıdır ki, bu məsələ mahiyyət etibarilə bu qədər vaxt tələb edir.
Yeni Bir Dibdən Dalğa ilə Quranı Anlama
Bəli, ilk öncə bu məsələdə nöqsanların bizin ziqzaqlarımızdan qaynaqlandığını, ta İmam Qəzali və ya Fateh dövründən bəri meydana gələn müəyyən nöqsanların tədricən yığılıb qaldığını bilməliyik. Yəni biz tədricən natamam düşüncəli, natamam həyəcanlı və qəlbi-mənəvi həyatı natamam olan insanların təmsilçisinə çevrilmişik. Bu baxımdan “dibdən bir dalğa ilə” “bismillah” deyib təkar işə başlamalıyıq. Uşağın qidası yaşına uyğun tənzimləndiyi kimi, qəlbi və ruhi həyatımız üçün qidalanma plan və strategiyası ortaya qoymalıyıq. Hər kəs öz qabiliyyəti səviyyəsində bunu həyata keçirməyə çalışmalıdır. Ancaq bundan sonra Quranı düzgün anlama imkanı olacaqdır.
Peyğəmbərimizin dövründə ictihad, istinbat və istixrac olunası o qədər material var ki, bu materialı yeni içtihad və istinbatlarda əsas götürərək bü günü işıqlandıra və müasir insanının problemlərinə müxtəlif həll yolları tapa bilərik. Ancaq əvvəlcə (insanlarda) güclü həyəcan oyadılmalı və imanı həyatın qayəsi bilmə hissi formalaşdırılmalıdır. Ancaq bundan sonra insanlar hər bir Quran ayəsini elə oxuyacaqlar ki, sanki bu ayələr onların özünə xitab edir.
Məsələn “Nur” surəsində keçən:
إِنَّ الَّذِينَ جَۤاءُوا بِالْإِفْكِ عُصْبَةٌ مِنْكُمْ لَا تَحْسَبُوهُ شَرًّا لَكُمْ بَلْ هُوَ خَيْرٌ لَكُمْ لِكُلِّ امْرِئٍ مِنْهُمْ مَا اكْتَسَبَ مِنَ الْإِثْمِ
"Şübhəsiz ki, iftira atanlar aranızda bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu, sizin üçün xeyirlidir. O dəstədən olan hər şəxsin qazandığı günahı vardır" (“Nur” surəsi, 24/11) ayəsi Aişə Anamıza atılan çirkin böhtandan danışır. Lakin Quranı Möcizül-Bəyan qiyamətədək bütün insanlara xitab etdiyinə görə, özümüzə bu sualı verə bilərik: "Görəsən, gözümüzün nuru, başımızın tacı, xaneyi-səadətdə qadınlıq aləminin ən böyük müəllimi mübarək anamıza, eyni zamanda dinin mənbəyinə atılan bu böhtana Rəsuli-Əkrəmin ümumi münasibətindən nə götürə bilərik? Görəsən, Hz. Əbu Bəkirin hər hadisə kimi, bu məsələdə də sarsılmadan möhkəm dayanması bizə hansı dərsi verir? Ümmü-Ruman anamızın bu məsələyə münasibəti bizə nə deyir? Xülasə, bu ayə bizə nə anladır, nə deyir?" Bəli, "bismillah" deyib bütün Quranı başdan axıra qədər bu yanaşma tərzi ilə oxuyub anlamağa çalışmalıyıq.
Bir örnək də verim: “Bəqərə” sureyi-cəliləsinin başında Haqq Təala:
الم ذَلِكَ الْكِتَابُ لاَ رَيْبَ فِيهِ هُدًى لِلْمُتَّقِينَ
"Əlif. Ləm. Mim. Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) hidayət yolunu göstərən Kitabdır" (“Bəqərə” surəsi, 2/1-2) ayəsi ilə Qurani-Kərimin müttəqilər üçün hidayət qaynağı olduğunu bəyan edir. Sərf (morfologiya) və nəhv (sintaksis) alimləri ayədə əksini tapan “hidayət”in məsdər formasında olduğunu söyləyirlər. Bu da Quranın potensial bir hidayət qaynağı olduğunu göstərir. Bu məsələnin praktikaya keçməsi isə növbəti ayələrdə izah edilir. Belə ki, bir sonrakı ayədə:
اَلَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ
buyurularaq qeybə aid olan həqiqətlərə, yəni əsması ilə məlum, sifəti ilə mühat (əhatə olunmuş), Zatı ilə Mövcudu-Məchul O Zati-Bəxtə iman etməkdən, Onu övsafı-cəliləsi ilə tanıma və əsmayi-sübhaniyəsi ilə təbcil (ucaltma) və təqdir etməkdən danışılır. Ayənin davamında isə:
وَيُقِيمُونَ الصَّلَاةَ
"Namazı iqamə edərlər" buyurulur. Burada يَجْعَلُونَ الصَّلَاةَ və ya يُصَلُّونَ الصَّلَاةَ deyil, "iqamə" sözünün işlədilməsi ilə namaz “abidə”sinin mahiyyətinə uyğun, ilahi elmdə olan şəkil, şərt və rüknlərinə müvafiq, hudu və xüşu içində, insanın özündən sıyrılıb məiyyət şüuru və Allah qarşısında dərindən yönəlmə hissi ilə iqamə edilməsindən, dikəldilməsindən, ucaldılmasından danışılır.
Sonra isə:
وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ
"Onlara verdiyimiz ruzidən xeyir yolunda infak edərlər" buyurulur. Buna görə də Allahın lütf etdiyi nemətlərin layiqli haqqını vermək lazımdır. Əgər Haqq Təala bizə mal-mülk lütf edibsə, nemətin haqqı möhtaclara verilməlidir. Elm neməti lütf edibsə, elm yolunda sərf edilməlidir. Fikir və düşüncə qabiliyyəti veribsə, fikir sancısı çəkərək, “beynimizi burnumuzdan qusaraq” düşüncənin layiqli haqqını verməliyik. Şəfqət hissi ehsan edibsə, insanlığın könlünü fəth etmə yolunda onun da haqqını son damlasına qədər vermək lazımdır. Bütün bunlardan sonra belə buyurulur: وَالَّذِينَ يُؤْمِنُونَ بِمَۤا أُنْزِلَ إِلَيْكَ وَمَۤا أُنْزِلَ مِنْ قَبْلِكَ "O kəslər ki, sənə göndəriləni (Qurana) və səndən əvvəl göndərilənləri təsdiq edib onlara iman edirlər şəksiz inanırlar,". Yəni onlar bu kitabların inzal (nazil olma) dövrü etibarilə, insanlar və ya ümmətlərin bu kitabları tam təmsil etdiyi dövrlər etibarilə, həmin kitabların həqiqətən nazil olmasına iman edirlər, – deyir. Müttəqilərin bir başqa xüsusiyyəti isə: وَبِالْاٰخِرَةِ هُمْ يُوقِنُونَ "Axirətə də şəksiz inanırlar" buyurulur. Burada, يُؤْمِنُونَ deyil, يُوقِنُونَ sözünün işlənməsi müttəqilərdə axirətə yəqinən imanın zəruri olduğunu göstərir. Müxtəsər şəkildə qeyd etdiklərim nəzəri müsəlmanlığın, potensial hidayətin reallaşdırılması ilə bağlı bizə bəyan edilmiş xüsuslardır. عَلٰى هُدًى مِنْ رَبِّهِمْ "Öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar". Onlar nəzəriyyənin ifadə etdiyi həqiqətləri diyanətlə (ibadət və əməllə) möhkəmləndirmiş, dərinləşdirmiş və xarakterə hopdurmuş insanlardır. İman həqiqəti onlarda praktikaya (əmələ) çevrilmişdir: وَأُولٰۤئِكَ هُمُ الْمُفْلِحُونَ "Nicat tapanlar (axirət əzabından qurtarıb Cənnətə qovuşanlar) da məhz onlardır". Bu ayələrin dar məal çərçivəsində sadə və qısa məalını verməkdə səbəb budur: Quranı اَلْحَمْدُ لِلّٰهِ رَبِّ الْعَالَمِينَ - dən النَّاسِ مِنَ الْجِنَّةِ وَ -ə qədər məna təbəqələrinə baş vuraraq, dərindən üzərində düşünərək yeni bir “dibdən dalğa” ilə başdan axıradək müzakirə və mütaliə etməliyik. Belə ki, "Allahım, Sənin müstəsna və məzmunu əngin olan o mükəmməl kitabına riayət etməyə çalışır; bu istiqamətdə cəhd və səy göstərir və bu işi görərkən də insi və cinni şeytanlardan Sənə sığınırıq" mülahizəsi ilə dinin bizə yüklədiyi əsasların nədən ibarət olduğunu başdan axıra qədər gözdən keçirməliyik. Hz. Pirə görə insan Quranı elə oxumalıdır ki, sanki, Allahdan və ya Cəbraildən, ya da Həzrəti-Sadiqu-Masduqdan dinləyir. Əgər bir insan Quranı Mütəkəllimi-Əzəlidən dinləirmiş kimi oxuyursa, bu, çox ciddi bir məsələdir. Quranı bu cür oxuyan bir insan onun bir sözünü eşidəndə on dəfə ağılında götür-qoy edib sonra da həmin sözü beyninin bütün neyronlarına təhvil verir. Beyin qabığına: "sən bir az gözlə, mən sənə yenə baş vuracağam" deyir. Onu götürüb bir daha başdan-ayağa gözdən keçirir. Qurana bu gözlə baxanda həyatın bütün fərdi, ailəvi, ictimai və mədəni problemlərini və həll yollarını onda tapmaq mümkündür. Sələfi-salehin – Allah əbədiyyən onlardan razı olsun – öz dövrünün elmini və təkvini elmlərin inkişafını çox yaxşı dəyərləndirmiş və o günün imkanları çərçivəsində Quranı anlamağa çalışmışlar. O dövrdə nə teleskop, nə mikroskop, nə də ultrabənövşəyi şüalar vardı. Amma Haqq Təala bizə bu imkanları bəxş edib. Bununla yanaşı, sizə eşidib hiss etdiyiniz və mənimsədiyiniz bu məsələləri hər tərəfə yaymaq üçün televiziya, internet və s. kimi nə qədər imkanlar lütf etmişdir. Məncə, bütün bu imkanları dəyərləndirərək səhabəyə çatmaq üçün canla-başla çalışmaq lazımdır. Onlar hicrətin 40-cı ilində Sindabata qədər gedib çıxır, 80-cı ilində Xorasana hakim olurlar. Ahnef İbn Qeysin ordusuna məğlub olan Monqol qoşunları "Bunlarla vuruşmaq olmaz!" deyir. Əlbəttə, bu gün biz qılınc, xəncər, ox və yayla deyil, Quranın almaz düsturları ilə, xarakterimizə çevrilən insani dəyərlərimizlə, təmsil gücümüzlə, hər zaman müstəqim olan hərəkət və davranışlarımızla belə bir səviyyəyə gəlməyə çalışmalı və Quranın gözəlliklərini bütün dünyaya çatdrımağa cəhd göstərməliyik. Lakin lap başlanğıcda məsələni məna və məzmun baxımından öz aramızda həll etməliyik. Yoxsa məscidlərdə bir müqabilə oxumaqla bu hədəfə çatmaq olmaz. Bununla məscidlərdə oxunan müqabilələri kiçik görmürəm. Bu, çox gözəl adətdir. Amma əsas məsələ " Bu oxunan ayələrdə ilahi murad və məqsəd nədir?" deyib işin mahiyyətinə, məna və məzmununa əhəmiyyət vermək lazımdır. Bütün bunlar müzakirə məclislərində hərtərəfli araşdırılmalı, müştərək ağılla təhlil edilməlidir. Bunu bacara bilsək, duyğu və düşüncə dünyamız bir daha yenilənəcək, yeni üfüqlərə qanad açacaq və dövrün bizə yüklədiyi o tarixi məsuliyyəti yerinə yetirmiş olacağıq.Quranın İşıqlı Dünyasında Yeni Üfüqlərə
- tarixində yaradılmışdır.