Müsibətdən həqiqi tövhidə gedən yol
Sual: Bəla və müsibətlərhəqiqi tövhid inancına yiyələnməkdə hansı rolu oynayır?
Cavab: Həqiqi tövhid səbəblər aləmində yaşayan və səbəblərin təmtəraqlı dünyasıilə qol-boyun olan insanın iradi olaraq bu səbəblərdən qurtulması, qurtulub “Allah” deməsi, Onun qüdrət və iradəsini hər bir hadisədə müşahidə etməsidir.Mənəviyyat böyükləri hadisələrə məhz bu şəkildə baxmışlar.Onlar öz üstünə xətt çəkib özlərini heç saydıqlarına görə daim Ona yönəlmiş, hadisələrin həqiqətini görməyə çalışmışlar. Onlar hadisələrdə səbəbləri deyil, səbəbləri yaradan Müsəbbibül-Əsbabı axtarmışlar.
“Cəbri-lütfi” tövhidə yönəlmə
Daha ətraflı desək, həqiqi tövhid insanın səbəblər dünyasında yaşamasına baxmayaraq, səbəblərin təsirinə düşmədən,sarsılmadan, daim bir istiqaməti göstərən ox kimi Müsəbbibül-Əsbabı (cəllə cəlaluhu) göstərməsidir.Lakin həyatın normal axarında zərrə qədər sapmadandaim Onun yolunda olmaq çox çətindir. Ancaq “Darda qalan dua etdiyi zaman onun duasını qəbul buyuran, şəri sovuşduran kimdir?” (“Nəml” surəsi, 27/62) ayəsində də bildirildiyi kimi, insanlar çox vaxt bəla və müsibətlərlə üz-üzə gələndə, bütün səbəblər sükut edəndə, əlacsız və çarəsiz qalandabir zərurət kimi Allaha (cəllə cəlaluhu)yönəlirlər.Qolu-qanadı qırılan, gedəsi qapısı qalmayan insanlar çarənin hər şeyə qadir, sonsuz qüdrət sahibi Allahda olduğunu dərk edir və cani-dildən Onun dərgahına üz tuturlar. Bəli,insanlar səbəblərin bütünlüklə aciz qaldığı vaxtlarda vicdanlarına qulaq versələr, Onun mərhəmətini və siyanətini hiss edərlər. Beləcə, insan səbəblərin sadə bir pərdədən ibarət olduğunu, pərdənin arxasında isə Mütləq Qüdrət və İradənin dayandığını anlayar. Bu da onlara həqiqi tövhidə aparan yolu açar.
Tövhid nurundan meydana çıxan əhadiyyət sirri
Həzrət Yunus ibn Məttanın (ala nəbiyyinə və aleyhisslatu vəssəlam) qissəsi buna gözəl nümunədir. Bildiyiniz kimi, Həzrət Yunus (aleyhissalam) balıq tərəfindən udulur. Beləcə, bütün səbəblər aciz qaldığı bir vaxtda “Səndən başqa ilah yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam” niyazı ilə Allaha yönəlir, Onu təsbeh və təqdis edir. Beləcə Həzrət Yunusun duası onun qurtuluşuna vəsilə olur. Bədiüzzaman həzrətləri “Ləmalar” kitabında bu qissəni mükəmməl təhlil etmişdir. Onun şərhləri bəzi insanların gözündə adiləşsə də, onun fikirləri tövhid həqiqəti və iman əsaslarının izahı baxımından olduqca əhəmiyyətlidir.
Həzrət Yunus (aleyhissalam) Allah-taaladan yardım istəyir, düşdüyü vəziyyəti Ona ərz edir. O, Nineviyadan ayrılmağını, ilahi əmr gəlmədən qövmü tərk etməyini, gəmiyə minib onlardan uzaqlaşmağını bir-bir gözünün qabağına gətirərək başına gələn fəlakəti öz xətasından olduğunu düşünür, öz nəfsini hesaba çəkir. Sonra da Allahın qapısına pənah aparır.Çünki səbəblərin tamamən aciz qaldığı bir vaxtda gecənin zülmətindən, dənizin dalğalarından və balığın qarnından onu ancaq Allah xilas edə bilərdi. Onun bu təzərrö və niyazından sonra tövhid nurundan əhadiyyət sirri zühur etmiş, bir göz qırpımında zülmət dağılmış, səbəblər “bir kənara çəkilmiş” və Həzrət Yunus (aleyhisslam) sağ-salamat sahilə çıxmışdır.
Həzrət Yunus (aleyhissalam) bir peyğəmbərdir. Ona görə də ola bilsin, müsibət zamanı Allah-taala ona qurtuluşun duada olduğunu bildirmişdir. Onsuzda, bu hadisə öz-özlüyündə bir möcüzədir. Çünki normal şəraitdə insanın balığın qarnından sağ qalması mümkün deyil. İnsan havasız mühitdə sağ qala bilməz.Ancaq O, Allahdan aldığı xüsusi bir əmrlə ümidsizliyə qapılmamış, bütün varlığı ilə Ona sığınmış və xalis tövhid şüuru ilə Ona yönəlib nicat tapmışdır.
Bəla rüzgarında tövhid nəğməsi
Həzrət Yunus (aleyhissalam) kimi biz də istər fərd, istər ailə, istərsə də cəmiyyət olaraq bəla və müsibətlərə məruz qala bilərik. Hətta bəzən bütöv bir millət olaraq çarəsiz vəziyyətə düşə bilərik. Əsas məsələ bu çətinlikləri təcəssüs və təfəhhüs (dərindən təhlil) süzgəcindən keçirmək, hadisələri düzgün analiz etmək və müsibətlərin işığı altında həqiqi tövhidə aparan yoldaaddımlamaqdır. Çünki əbəs işdən uzaq olan Allah (cəllə cəlaluhu) bu cür çarəsizlikləri bir çox gözəlliklərin və böyük uğurların əldə edilməsi üçün vermiş ola bilər. Əgər insan bunu dərk edə bilsə, çətinliklərə razı olsa və Allah-taalaya həqiqətən yönələ bilsə, həm dünyanı abadedər, həm dəaxirət səadətini qazanar. Çünki insanı dünyada çəkdiyi çətinliklərin əvəzində axirətdə fərqli mükafatlar gözləyir. Orada damla dəryaya, zərrə isə günəşə çevriləcəkdir.
Bəli, müəyyən bir fikir axını və hərəkata mənsub insanların müsibətlərə məruz qalması zahirən şər kimi görünə bilər. Ancaq ola bilsin, Allah (cəllə cəlaluhu) bu sınaqla onları dərgahına yönətməkistəyir. Çünki iztirar (böyük çarəsizlik) həqiqi tövhidə açılan bir qapı ola bilər. Ona görə də müsibətləri ilahi lütf bilməli və “Gəlsə cəlalından cəfa, / Yaxud camalından vəfa, / İkisi də cana səfa, / Səndən həm o xoş, həm bu xoş” deməliyik. Bəli, bəla və müsibətləri Allahdan bilib təslim olandan sonra, istər meh əssin, istər tufan qopsun, fərqi yoxdur, hərikisi də nəticələri baxımından xeyirdir.
Fərdi, ailəvi, ictimai problemlərin dirçəlişə və Allaha yönəlməyə vəsilə olması üçün hadisələrə bu şüurla yanaşmaq lazımdır. Heç olmasa bu istiqamətdə bir tərpəniş və canlanma olmalıdır.Xəstə reanimasiyada olsa belə, əgər ürəyi və beyni dayanıbsa, elektrik şoku ilə onu təkrar həyata qaytarmaq mümkündür. Müasir dövrdə müsəlmanların yaşadığı coğrafiya reanimasiyada hələ də sağalmasından ümid kəsilməyənxəstəyə və ya maşın qəzası keçirib ürəyi və beyni sağ qalan bir qəzazədəyə oxşayır. O nə qədər məlul vəziyyətdə olsa da, ürəyi və beyni sağdır. Bir gün belini dikəldib ayağa qalxaması mümkündür. Buna görə də güclü “şok”a ehtiyac var.
Allah-taala tarix boyu bəla və müsibətin məngənəsindən Onun dərgahına yönələn bəndələrini inayət və lütfü ilə yenidən dirçəltmişdir. O (cəllə cəlaluhu), bu gün bizim nəslimizə də bu cür bir dirçəliş bəxş edə bilər.Əsas odur ki, bəla və müsibətləri düzgün dərk edək, düzgün analiz aparaq, Ona iztirarla, acizliyimizi, fəqirliyimizi qavrayaraq səmimi qəlblə yönələk.
- tarixində yaradılmışdır.