İşığa həsrət könüllər

Sual: Əfəndimizin (s.ə.s.) gələcəyə aid çatmağımızı istədiyi maddi və mənəvi hədəflər nələrdir?

Birincisi, Peyğəmbər Əfəndimizin (s.ə.s.) istəkləri Quranın istəklərindən fərqli deyil. Quran nəyi istəmişsə, O da onu diləmişdir. Ancaq O, Quranda konkret və təməl prinsipləri ilə qısaca izah edilən məsələləri təfsir, təfsilata talib mövzuları da təfsil edərək fəsil-fəsil bizim nəzərlərimizə təqdim etmiş və hər şeyi anlaya biləcəyimiz bir hala gətirmişdir. O, bəzən mütləq şəkildə verilən məsələləri müəyyən şərtlərə bağlamış, bəzən də müəyyən şərtlərə bağlamış məsələləri daha geniş bir çərçivəyə salaraq mövzuya fərqli bir lətafət və ayrı bir dərinlik qazandırmışdır. Bu baxımdan, Onun söz, hərəkət və təqrirləri Quranı-Kərimin ruhunda gizli olan potensial ölçüləri ortaya çıxarma əməliyyatından başqa bir şey deyil. Buna görə də , Onu tanıyıb anlama, eyni zamanda Quranı tanıyıb anlamaq deməkdir. Bu nöqtədə Quranın ifadəsi ilə, "Kim Rəsula itaət etsə, Allaha itaət etmiş olar" (Nisa, 4/80).Yəni, "Rəsula itaət edən, qarşısında qolları bağlı əmrə müntəzir dayanıb, "Ləbbeyk" (Buyurun, əmrinizə hazıram) deyən, Allaha "Ləbbeyk" demiş olar."

Bəli, İnsanlığın İftixarı (s.ə.s.), bütünlüklə bəşəriyyətin əyri-üyrü yollardan xilas olub, doğru yola çatmasına səbəb olan Hidayət günəşidir ki, Quran: "Sən doğru yola hidayət edirsən" (Şura, 42/52) ifadəsi ilə Onun bu yönünü izah edir. Beləliklə Əfəndimizin (s.ə.s.) bizdən istədiyi maddi-mənəvi şeylər, eyni zamanda Quranın da istədiyi şeylərdir. Heç şübhəsiz, bu həyati istəklərdən biri də, dünyanın dörd bir tərəfində "İlayi-kəlimətullah" həqiqətini təmsil etməkdir. İlayi-kəlimətullah, Allahın onsuz da uca olan adının, tərəfimizdən ucalaşdırılaraq bayraqlaşdırılması, minarələrin başında mahyalar (Ramazanlarda, qəndillərdə və ya bayramlarda qoşa minarəli məscidlərdə iki minarə arasına gərilmiş ipə asılmaqla işıqlarla yazılan yazı və ya çəkilən rəsm) halına gətirilərək, bütün görən gözlərə və eşidən qulaqlara eşitdirilməsi deməkdir.

Mərhum Yəhya Kamalın "Azan" şeiri həm çox dərin, həm çox mənalı, həm də çox zövqlü bir ifadə lətafətinə malikdir:

"Əmri-büləndsən, ey Azanı-Məhəmmədi,
Kafi deyil sədana cahanı-Məhəmmədi.

Sultan Səlimi-Əvvəli (Birinci) ram etməyib əcəl,
Fəth etməli idi aləmi şanı-Məhəmmədi.

Göy nura qərq olur, neçə yüz min minarədən,
Qanad açınca ruhi-rəvanı Məhəmmədi.

Cümlə Ərvah (ruh, canlar) görər Allahu Əkbəri,
Əks eyləyincə ərşə lisani-Məhəmmədi."

Bəli, Quranın və Nəbilər Sərvərinin (s.ə.s.), əvvəla bizdən istədiyi şey, bu şeirdə tam ifadəsini tapan yüksək ideal və ülvi məfkurənin dünyanın dörd bir tərəfinə aparılması və bu şəkildə işığa həsrət bütün könüllərin Məhəmmədi bir ruhla işıqlandırılmasıdır.

İkinci olaraq; bu millət, xaricdən qaynaqlanan müxtəlif dinsizlik və anarxiya hərəkatları ilə acı-acı inləmişdir. Yaradılış həqiqəti yerinə təkamülün hər yanda rəvac tapdığı, Darvinizmin bütünlüklə bir büt halına gətirildiyi, Nihilizmin qızışdırıldığı elə ağır və fəlakətli günlər yaşanmışdır ki, bu dövrdə çoxları bu sarsıntıdan özünü qurtara bilməmişdir. Çoxlarının başı dönmüş, baxışları bulanmış və öz şəxsiyyətlərini inkar edəcək hala düşmüşlər. Dinsizliyə, inkara əsaslanan bu cərəyanlar, elə iddialı, elə dəbdəbəli və elə ovsunlayıcı idi ki, böyük saya biləcəyimiz nə qədər düşüncə və fikir adamları belə atəşə qaçan kəpənəklər kimi o cazibəyə qapılıb məhv olurdular.

Əfəndimizədən (s.ə.s.) əvvəlki illərdəki o tük ürpərdən cahilliyini, dünyanın o dövrdəki talesiz nəsilləri bir kərə təkrar yaşayırdı. Çin Səddindən Asiya steplerine, oradan da Avropanın içərilərinə qədər böyük bir dünyada, küfr və dəlalət sanki bir tufan halını almış və qabağına qatdığı nəsilləri məchul bir nöqtəyə doğru sürüyüb aparırdı. Hətta bu xaosda inanmış könüllər belə küfr radioaktivi ilə elə soyuqlayıb yatağa düşmüşdülər ki, hədisin ifadəsi ilə "zökəm" olmuşdular və 50-60 il bellərini dikəltmələri mümkün görünmürdü. Hələ bu dünyada din, peyğəmbər, keçmiş tanımayan və başqalarının nəğmələrini söyləyən insanlar varsa, bunlar çox ağır yaralar aldığımız o dövrün zərədidələridir. Siz məhz, ilayi-kəlimətullah ruhunun dünyanın dörd bir tərəfində yenidən qanad açması naminə "çiyinlərimizə İlahi lütf olaraq qoyulmuş" bir müqəddəs vəzifənin arıları kimisiniz. Məhəmmədi ruhu bal pətəkləri kimi bütün könüllərə işləyəcək və hər kəsə inancın, əmin-amanlığın şəkər-şərbətini təqdim edəcəksiniz. Hətta elə şəkər damlaları meydana gətirəcəksiniz ki, okeanların içinə atıldığı zaman onları belə şəkər-şərbətə çevirəcək. Kiçikliyiniz içində bütün dünyaları dadlandıracaq və Yəhya Kamalın ifadəsi ilə "sıxıntılı" görünəcək, lakin həmişə "mualla" (məqamı yüksək) olacaqsınız və İnsanlığın İftixarının işıqlı bəyanlarını onlara həsrət könüllərə çatdırmaqda bir an belə itirməyəcəksiniz...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.