Bütün Varliqlar Arasinda Tənasübün Olmasi da Axirəti İsbat Edir

Bizi əhatə edən əşya ilə insan arasında çox ciddi bir əlaqə nəzərə çarpır. Bu əlaqə hər ikisini yaradan Xaliqin birliyinə və vəhdətinə dəlalət edər. Ətraf aləmdə görünən, duyulan, dadılan şeyləri yaradan kimdirsə, insana görmə, duyma və dadbilmə duyğularını verən də yenə Odur.

Şəfqətə ehtiacı olanlar var edənlə, insana şəfqət duyğusu verən eyni Zatdır. Bəzi hadisələr iradə ilə həll edilir. Bu hadisələri yaradan da, insanda iradəni yaradan da eyni Zat olmalıdır. Saysız-hesabsız nemətləri verənlə, bu ne’mətləri dadmaq duyğusunu var edən və verən bir Vacibü’l-Vücud58 vardır. İnsan vücuduna gözü yerləşdirən kimdirsə, günəşi göz bəbəyi kimi səmanın ”gözünə“ yerləşdirən də Odur. Çünki günəş ilə insanın gözü arasında ciddi bir münasibət və tənasüb vardır.

Almanın tərkibi insanın orqanizmi üçün faydalı  vitaminlərlə zəngindir. Onun hətta, sərt və sellülozlu qabığı da faydalıdır. Bağırsaqlarımızda almanın qabığını sorub əridəcək əmiziklər olmadığından o, sorulmadan birbaşa mədəyə düşməklə orqanizm üçün daha çox faydalı olur, digər tərəfdən də bağırsaq qabıqları sormaq əziyyətindən azad olur.

Almanın tərkibindəki vitaminlər nə qədər faydalı olsa da, insan onun vitaminindən istifadə edərkən, əgər ağız ondan dad almasa, adam yediyindən diksinsə, o zaman o vitaminləri qəbul etməyə heç təşəbbüs də göstərməz. Bir dərman kimi, çox zəruri hallarda və zəruri olduğu qədər qəbul etməklə içində daima bir istəksizlik əmələ gələr. Lakin, nəzərdən qaçırmayaq ki, əvvəla orqanizmimiz ondakı vitaminlərə möhtaç olaraq yaradılmışdır. Bundan başqa, yeyərkən biz o almanın orqanizmimizə hansı faydanı verəcəyindən daha çox, ağzımıza bəxşiş verilirmiş kimi onun hasil etdiyi dadına və ləzzətinə görə yeyirik. Bütün meyvələri alma ilə müqayisə etməli olsaq, xatırlayarıq ki, eyni üsul həyatın bütün sahələrində tətbiq edilir.

İnsan nəslinin, o cümlədən, bütün canlıların tükənməməsi və nəslin davam etməsi üçün Cənabi-Haqq bir qanun qoymuşdur. Ancaq bu fitrət qanununun içinə də elə bir bir zövq və ləzzət daxil etmişdir ki, alınan bu həzz üçün bəri başdan heç bir haqq ödəmirik. Əgər ödənəcək haqqı bəri başdan o əmələ daxil edilməsəydi, yaxud da tamamilə əksinə, insan görəcəyi işi nifrətlə qarşılasaydı, o zaman heç bir nəslin davamından söz gedə bilməzdi.

Bütün bunlarla anlaşılır ki, nəslin davam etməsi qanununu yaradan kimdirsə, haqq ödəmədən alınan həzzi də yaradan odur; yaradarkən də, fitri və yaradılışa uygun xəlq etmişdir. Deməli, fitrəti yaradan da O Zatdır.

Beləcə, Cənabi-Haqq bir-birləri ilə bu cür münasibətdə olan nemətlərilə süfrəmizi bəzəyir, bizi bəsləyir. Di gəl ki, sonra hava qaralır, fırtına qopur, bu qədər həssaslıq və diqqətlə hazırlanmış süfrə alt-üst olur. Ölüm rüzgarı əsir, ya bizi, ya da o nemətləri alıb götürür. Deməli, bizə bu dünyada verilən nemətlər yalnız müvəqqəti, fani dünya üçün verilmir. Burada verdiyi nemətlər arasında hansı münasibət vardırsa, bütün bu nemətlərin münasibətdə olduğu basqa və daha böyük bir neməti də vardir ki, burada daddırdıqlarında məqsəd ancaq o birilərini təşviq etmək üçündür. Yəni bu dünyada daddırılan nemətlər axirətdə veriləcəklərin bir nümunəsindən ibarətdir, əsilləri orada veriləcəkdir.

Dünyadaki bu münasibəti qəbul etdikdən sonra, axirətlə olan münasibəti qəbul etməmək qətiyyən ağıl karı deyildir.

Cənabi-Haqq bu dünya ilə o biri aləmi bir-birinə qonşu, həm də aralarında çox ciddi əlaqə ilə yaratmışdır. Bu dünyadakı hər şey bir baxımdan o biri aləmin varlığının siqnallarını verir. Bu siqnalları sezməyənlər əsasən, yaşadıqları aləmin məna və mahiyyətini dərk edə bilməyənlərdir.

Varlıq, ondakı ölçü və mizan, bütün nemətlər və gözəlliklər özlərinin o biri aləmdəki mənalarına işarə etdikləri kimi, eyni qayda ilə musibət və iztirabları da onlara layiq olanlara çəkdirməklə bu cür müsibət və iztirabların o biri aləmdəki mənalarına işarə edir.

Haqq və hesab çəkmələr, hifz etmək və muhafizə edilmələr bütün əməllərin bir hesabının olacağına və mühafizə edilən əməllərə görə günlərin bir günü çöhrələrin ya qapqara qaralacağına, ya da sevinc və nəşədən gün kimi aydın, parlaq olacağına qəti dəlildirlər. Könüllərə fərəh gətirən bu İlahi bəyana bir dəfə də təkrar qulaq asaq:

“Üzlər var ki o gün isıl-isıl parlar. Rabbinə baxar.” (“Qiyamə”, 75/22, 23)

Bəli, bir mənzilin otaqları arasında hansı ciddi bir əlaqə və tənasüb vardırsa, dünya ilə axirət arasında da eyni qaydada, hətta daha mükəmməl surətdə tənasüb vardır.


58. Vacibü’l-Vücud - Vücudu Mütləq var olan, yoxluğu mümkün olmayan.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.