Mövlüd oxuyan da söhbət edən də səmimi olmalıdır
Allah Rəsulunun (əleyhis-salatu vəs-salam) doğumu və yer üzünü şərəfləndirməsi insanlığın yenidən dirilişi sayılır, Onun doğulduğu gün də bizim üçün bir müqəddəs bayramdır.
Çünki biz Rəbbimizi Onunla tanıdıq. Nemətə minnət və təşəkkür duyğusunu Ondan öyrəndik. Yaradan və yaradılan arasındakı əlaqələri, qul və Məbud münasibətlərini Onun bəanları ilə eşidib anladıq. Bu səbəblə gətirdiyi ilahi xəbərlər vəsiləsi ilə bütün varlığın çöhrəsinə nur saçan, nəzərləri axirət yamaclarına çevirərək bütünlüklə bəşəriyyətə Cənnət və Cəhənnəmi tanıdan və əbədi səadət yollarını işıqlandıran Allah Rəsulunun (əleyhi əkməlüt-təhaya) doğumu bütün bəşəriyyətin və kainatın bayramıdır.
Yaxşı, görəsən biz “Müqəddəs Doğum” dediyimiz mövludi-şərifi Onunla əlaqəmizi ortaya qoymaq üçün lazım olduğu kimi qiymətləndirə bildikmi? Zənnimcə bu suallara “bəli” cavabı verməyimiz çətindir. Hərçənd, indiyə qədər mərasim kimi çox mövlud oxumuş/oxutmuşuq, bir neçə səs sənətkarı və bir neçə ilahi oxuyan ilə o gecəyə bir nəğmə qatmışıq, bir neçə paket şiriniyat və bir neçə şüşə gül suyu ilə könüllər qazanmışıq, amma təəssüf ki, bunlar qətiyyən Onun böyüklüyünə yaraşan şəkildə və Ona qarşı, sevgi, vəfa, sədaqət duyğularını coşduracaq səviyyədə olmamışdır.
Mövlud proqramları son illərdə “Müqəddəs Doğum Həftəsi” adı altında edilsə də əslində yeni deyil və mənşəyi çox keçmişə gedib çıxır. Peyğəmbər Əfəndimizi tərifləmək və Onun şəfaətinə nail olmaq məqsədi ilə Rəsuli-Əkrəm həyatda ikən belə şeirlər yazılmış, qəsidələr deyilmişdir. Məsələn Kab b. Züheyr İnsanlığın İftixar Abidəsinin hüzurunda Onu tərifləmiş və Allah Rəsulu tərəfindən təbrik edilərək, təşviq edilmişdir. Hassan bin Sabit də şeirləri ilə iltifata məzhər olmuşdur. İmam Busayrinin Qəsideyi-Bürdə adlı eşq və həyəcan dolu şeiri də əldən ələ, dildən dilə gəzmişdir.
Daha sonrakı dövrlərdə də Müsəlman şairlərin demək olar ki hamısı nətlər yazmışdırlar. Füzuli, Nəfi, Nəimi, Nabi, İshaq Əfəndi və Şeyx Qalib nət deyilincə ilk ağla gələn Peyğəmbər aşiqləridir.
Onun Şeydaları!..
Bildiyiniz kimi, mövludların dilimizdə ən məşhur olanı Süleyman Çələbinin “Vəsilətun-Nəcat” adlı əsəridir. Süleyman Çələbi, İldırım Bəyazid dövründə Divani-Sultan müəllimi olmuş, sonra da Bursa Ulu Camidə imamlıq etmiş bir haqq dostudur. Bədiüzzaman həzrətləri, “Cənabi-Haqq bu adəti əbədiyyətə qədər davam etdirsin və Süleyman Əfəndi kimi Mövlud yazanlara rəhmət etsin, yerlərini Cənnətül-Firdövs etsin”, demişdir.
Bütün bunlardan hərəkətə keçərək, Mövlud və Merac kimi vəsilələrlə Əfəndimizi bir daha və daha əngincə yad etməkdə heç bir mane olmadığı aydın olur. Çünki bütün bunlar düstur olaraq ortaya qoyulmamışdırsa da hamısının əsli dində vardır. Cənabi-Haqqı zikr və Ona həmdü-səna, Peyğəmbər Əfəndimizi yad etmə və Ona salat və salam imanın gərəyidir.
Bununla belə, bu gözəl adətdə işi ticarətə çevirməmək, səs gözəlliyi yarışdırırcasına nümayişkaranəlik və riyakarlıq etməmək çox əhəmiyətlidir. Allahı və Əfəndimizi xatırlama mövzusunda səmimi olmağa çox diqqət yetirmək lazımdır. Bir insan Cənabi-Haqqı xatırladıqda gözləri həqiqətən yaşarmadığı və burun sümükləri də sızlamadığı halda,
“Hər nə vaxt anarsam səni, qərarım qalmaz Allahım / Səndən qeyri gözüm yaşın, kimsə silməz Allahım” (Yunus Əmrə) deyib riyakarlıqlara yalanlar söyləyərək Əfəndimizə aid bəzi günləri bayram kimi qeyd etməyə çalışsa, Allaha qarşı yalan danışmış, Allah Rəsuluna da hörmətsizlik etmiş olar. İnsan içindən gəlməyən şeyi deməməli, mütləq nə isə deyəcəksə, qəlbinin səsinə tərcüman olmalı, hislərində əsk olunmuş şeyləri ifadə etməli. Şüur süzgəcindən keçə bilməmiş sözləri gün üzünə çıxarmamalı, riyakarlıq ifadə edən səsləri sinəsinə gömməli və əsla heç kimə eşitdirməməlidir.
Üslub və məzmunda da yenilik olmalıdır
Bundan başqa, o cür proqramlarda səsləndiriləcək olan ilahi və qəsidələrdə də bir zənginliyə ehtiyac vardır. Yalnız Yunus Əmrə ilə kifayətlənmə, yalnız Niyazı Misriyə dolaşıb qalma da o mübarək məclisləri soldurar. Eyni ifadələri eyni üslub içərisində təkrar edə-edə durma və bu şəkildə bir araya gəlmiş olma mərifət deyil, əsl məsələ Əfəndimizin viladətini gerçək bir bayram olaraq duyma və duyurma, Ona vüslət duyğusu ilə dolma və könüllərdə Onun vüslətinə iştiyaq oyandırma, dua edərkən də eyni coşğu ilə əl qaldırma və qəlblərin bəm telinə toxunma... nəhayət, insanlarda bir həyəcan tufanı meydana gətirmə və Əfəndimiz (sallallahu əleyhi və səlləm) o an göydən enirmiş kimi bir ruh haləti hasil etməkdir. Ncə ki, Arif Nihat Asya deyir;
Gəl, ey Muhamməd, bahardır...
Dodaqlar ardında gizli,
Aminlərimiz vardır!..
Həccdən dönər kimi gəl;
Meracdan enər kimi gəl;
Gözləyirik illərdir!
Məhz, elə yeni bir səs olmalı, tam fərqli bir nəfəs və dərin bir həyəcanla proqram ortaya qoyulmalı, nəhayət orada olanlar könüldən yalvarışa başlamalı və “Meracdan enər kimi gəl; gözləyirik illərdir!” deməli.
Digər əhəmiyyətli bir xüsus da, bu proqramların eyni zamanda bir ismarıc verməyə yönəlik olmasıdır. Bu vəsilə ilə yalnız səsi və nəfəsi gur, elmi dərin kəslərə deyil, eyni zamanda qəlbi həyəcanları coşğun və könülündəki Peyğəmbər sevgisi əngin insanlar tapıb onlara söz haqqı verilməlidır. O insanlar da elə mübarək bir proqram üçün çox ciddi ön hazırlıqlar etməli, könüllərini ortaya qoymalı və danışarkən belə o işin haqqını verə bilməmə xəcaləti ilə M. Akif kimi, “Pərişan sözlərimdən bezmə, xoş gör, ya Rəsulullah, / Qulun şeydadır amma, açdığın vadidə şeydadır!” deyib inləməlilər. Ya da İslamın qəribliyini və ümmətin kimsəsizliyini vicdanlarında duyub o Mübariz Şairin “Çox Qəmli Bir Mövlud Gecəsi”ndəki yanıq nəğmələri ilə Cənabi-Haqqın dərgahına yönəlməlilər:
İllər keçir ki, ya Muhamməd.
Aylar bizə həp Məhərrəm oldu!
Axşam nə günəşli bir gecə idi...
Əfsus, o da leyli matəm oldu!
Aləm bu gün üç yüz əlli milyon
Məzluma yaman bir aləm oldu:
Tapdalandı harimi-paki şərin;
Namusa yadlar məhrəm oldu!
Beynində ötən çanın (kilsə zəngi) səsindən
Minlərlə minarə əbkəm (dilsiz) oldu
Allah üçün, ey Nəbiyyi məsum,
İslamı qoyma belə bikes,
Ümməti qoyma belə məzlum.
- tarixində yaradılmışdır.