1997

01.01.1997 “Kanal D”də Tuncay Özkanın Susurluq siyahısı ilə əlaqəli suallarını cavablandırdı

Fəthullah Gülən Susurluq qəzası ilə əlaqəli MTN tərəfindən hazırlandığı iddiasıyla ortaya atılan siyahıya adının qarışdırılmasına cavab olaraq görüşlərindən “Kanal D” Xəbər müdiri Tuncay Özkana bəhs etdi. Adının qarışdırılmasının Türkiyə adına verilən xidmətləri baltalamaq istəyən şər güclərin işi olduğunu bildirən Gülen, əvvəllər də ortaya atılan və əsassız iftiraları nümunə olaraq göstərdi.

17.01.1997 Mahmud Bayram xoca əfəndinin cənazə namazını qıldırdı

Ölkəmizin görkəmli elm xadimlərindən Mahmud Bayram xoca əfəndi Fatih Məscidində cümə namazından sonra qılınan cənazə namazının ardınca Ədirnəqapı Qəbrstanlığına dəfn edildi. Mahmud Bayram xoca əfəndinin cənazə namazını Fəthullah Gülən qıldırdı.

27.01.1997 “Qazetəçilər və Yazarlar Vəqfi”nin iftar yeməyinə qatıldı

Fəxri sədrliyini Fəthullah Gülənin etdiyyi “Qazetəçilər və Yazarlar Vəqfi”nin “Hilton” sərgi salonunda verdiyi iftar, siyasətdən sənətə, iş dünyasından dini icma liderlərinə qədər bir çox görkəmli şəxsiyyəti bir yerə topladı.

30.01.1997 Ərzurumda vəfat edən əmisi Nurəddin Gülənin cənazə namazını qıldırdı

Fəthullah Gülənin əmisi Nurəddin Gülən (88) Ərzurumda vəfat etdi. Ebu İshak məscidində qılınan cənazə namazından sonra, Nurəddin Gülənin cəsədi doğum yeri olan Korucuk kəndinə aparılaraq dəfn edildi. Fəthullah Gülənin qıldırdığı cənazə namazında çox sayda insan iştirak etdi.

23.02.1997 “Sənət və İşçi Vəqfləri”ndən mükafat aldı

“Yazarlar və Sənətçilər Vəqfi (TÜRKSAV)”  tərəfindən Türk dünyasına xidmət verən şəxs və qurumlara verilən “Türk Dünyasına Hizmət Ödülləri”nin sahibləri müəyyən edildi. Fəthullah Gülən, Orta Asiya-Türk dövlətlərində açılan məktəblər və Türkiyəni dünyaya açmaq üçün göstərdiyi səyinə görə mükafata layiq görüldü.

04.03.1997 Amerikan xəstəxanasında müayinə olundu

Fəthullah Gülən Amerikan xəstəxanasında müayinədən keçdi. Xoca əfəndiyə efortalium testinin tətbiq edildiyi müayinə 2 saat davam etdi. Xoca əfəndinin müayinəsilə maraqlanan kardiologiya mütəxxəsisi Dr. Füsun Dəyirmançıoğlu Xoca əfəndinin sağlamlığının yaxşı olduğunu, ancaq istirahət etməli olduğunu bildirdi. Xoca əfəndi isə müayinədən sonra yaxşı olduğunu; amma son sözü həkimlərin deyəcəyini ifadə etdi.

14.03.1997 Hacı Kamal Əriməzin cənazə namazını qıldırdı

Hacı Kamal Əriməzin Fatih məscidindəki cənazə namazını uzun illər dostu olan Fəthullah Gülən böyük kədər içində qıldırdı.

29.03.1997 STV də “Xəbər Kritik” verilişində iştirak etdi

Fəthullah Gülən, Samanyolu Televiziyasında “Xəbər Kritik” verilişinə dəvət edildi. Canlı yayımlanan verilişdə Dr. Osman Özsoy və Prof. Dr. Mim Kamal Ökənin suallarını cavablandırdı.

08.04.1997 Alparslan Türkəşin cənazə namazına qatıldı

Alparslan Türkəşin cənazə namazını Qocatəpə məscidində günorta namazından sonra Diyanət İsləri rəisi Mehmet Nuri Yılmaz qıldırdı.

16.04.1997 “Kanal D”də Yalçın Doğanın suallarını cavablandırdı

Fəthullah Gülən “Kanal D”də yayımlanan “Yalçın Doğan ilə Güncəl” verilişinin qonağı oldu.  Verilişdə “Türkiyədə meydana gələn siyasi gərginlik” mövzusu ətrafında söhbət edildi.

03.05.1997 “Kanal D”də Yalçın Doğana verdiyi müsahibəyə yönəldilən iddialarla əlaqəli mediaya açıqlama verdi

Fəthullah Gülən “Kanal D” də yayımlanan açıqlamalarının səhv qiymətləndirildiyinə görə vəkilləri vasitəsilə mediaya aydınlıq gətirdi.

06.05.1997 Mert Kaptanoğlu üçün başsağlığı göndərdi
27.05.1997 Hərbi Şuranın qərarı ilə ona istinad edilən mövzularda mediaya açıqlama verdi

Bəzi mətbuat və televiziya orqanlarında, Ali Hərbi Şura qərarı ilə ordudan uzaqlaşdırılacaq  kadrların böyük hissəsinin “Fəthullah Gülənə yaxınlığı ilə tanınan şəxslər” dən ibarət olduğu iddialarına media vasitəsilə aydınlıq gətirdi.

30.05.1997 Türkiyədəki siyasi inkişaf haqqında “Time” jurnalının suallarına cavab verdi

Türkiyədə yaşanan siyasi və sosial hadisələr haqqında “Time” jurnalının suallarını cavablandırdı.

11.06.1997 Xəstəliyinə görə ABŞ-a getdi

Uzun müddət narahat edən ürək xəstəliyinə görə ABŞ-a getdi. Ohayo əyalətində anjiyo elətdirdi.

27.06.1997 ABŞ-da ürəyini xüsusi müayinədən keçirtdi

ABŞ-da müalicə alan Fəthullah Gülən Xoca əfəndi, müvəffəqiyyətlə ürəyinə xüsusi müayinə elətdirdi. Ohayo əyalətindəki Klivlend Clinic Foundation xəstəxanası kardiolagiya mütəxəssislərindən Dr. Murad Tuzcunun rəhbərliyi altında bir heyəti tərəfindən keçən cümə günü Xoca əfəndinin ürəyində müvəffəqiyyətli ürək müayinəsi edildiyi məlum oldu.

16.07.1997 ABŞ-dan STV “Xəbər Kritik” verilişinin suallarını cavablandırdı

1997-ci ilin 11 iyun günü xəstəlik səbəbilə ABŞ-a gedən Fəthullah Gülən, 16 iyul 1997-ci il tarixində STV-də yayımlanan “Xəbər Kritik” verilişində Kamal Gülənin suallarını cavablandırdı.

20.07.1997 Nevval Sevindiyə Nyu Yorkda verdiyi müsahibə yayımlanmağa maşladı

Fəthullah Gülən xəstəliyinə görə 11 iyun 1997-ci il tarixində ABŞ-a getmişdi. Orada olduğu müddətdə Türkiyədə baş verən siyasi gərginlik sonrası hökümət dəyişdi və yeni bir dövrə ayaq basıldı. Nevval Sevindi ABŞ-da Fəthullah Güləndən ilk dəfə müsahibə alan jurnalist olaraq tarixə keçdi. 20 iyun 1997-ci il tarixində “Yeni yüz il” qəzetində dərc olunmağa başlanan müsahibə 10 bölmə şəklində 29 iyun1997 tarixinə qədər davam etdi. Bu müsahibə daha sonraları 30 sentyabr 1997-ci ildə kitab şəklində və “Sabah Kitabları” arasında nəşr olundu.

10.08.1997 Rus yazıçılarından Fəthullah Gülənə dəvət gəldi

Rusiya Yazıçılar Birliyi Amerika Birləşmiş Ştatlarında müalicə alan Fəthullah Gülən xoca əfəndini Rusiyaya dəvət etdi. Birlik rəisi Timur Poladov “Güleni Rusiyaya dəvət etmənin faydalı olacağına inanıram. Halhazırda istər Rusiya, istər Türkiyədə mövcud olan müasir problemləri dərk edirik”,-dedi.

11.08.1997 “Milliyyət”dən Hakan Yavuzun siyasət və islamiyyətlə əlaqəli suallarını cavabladı

ABŞ-ın Wisconsin Üniversitetində islami və sosial elmlər fakultəsində doktoranturadan sonra elmi araşdırmalarla məşğul olab Yavuz ABŞ-da müalicə alan Fəthullah Gülən ilə söhbət etdi.

31.08.1997 “Milliyyət”dən Yasemin Çonqarın siyasi inkişaf haqqında suallarını cavabladı

Yasemin Çonqarın 28 fevraldan sonra Türkiyədə meydana gələn siyasi krizis, Atatürk, dünyəvilik, Cumhuriyyət və şəriətlə əlaqəli suallarına cavab verdi.

01.09.1997 Türkiyədə meydana gələn 28 Fevral periodu, siyasi və sosial krizisi qiymətləndirdi

Xəstəlik səbəbinə görə Amerikada olan Fəthullah Gülən, Türkiyədə meydana gələn, 28 fevral periodu, hökümət dəyişimi, 8 illik təhsil və “İmam Hatip”lər və buna bənzər bir çox siyasi və sosial hadisələri ABŞ-dakı türk jurnalistlərinə qiymətləndirdi.

03.09.1997 Cənub-Şərq məsələsi ilə əlaqəli sualları cavabladı

Şərq və Cənub-Şərqdəki problemlərlə əlaqəli Fəthullah Gülən ərazi sülhünə diqqəti çəkdi və “Yavuz Səlim oradakı tayfa başçılarıyla müqavilə bağlayıb bir neçə əsrlik bir sülh andı hazırladıqdan sonra dörd əsr heç bir problem olmamış.”.-dedi.

04.09.1997 “Zaman”dan Ali Aslanın Qərb və milliyətçilik haqqındakı suallarını cavabladı

Fəthullah Gülənin Amerikadakı müsahibəsinin bir hissəsi Mustafa Kamal Atatürk və Qərbləşmə haqqında oldu.

10.09.1997 ADL rəisi Abraham Foxman ilə görüş keçirdi

Fəthullah Gülən 11 iyun 1997-ci ildə ABŞa gedəndə nüfuzlu bir Musəvi təşkilatı olan ADL (Anti Defamation League) rəisi Abraham Foxman ilə Nyu Cersidə yaşadığı evdə görüşdü. Bu görüşdən sonra ADL rəisi Foxman, Kardinal John O'Conner ilə Fəthullah Gülən xoca əfəndini görüşdürmək üçün Kardinal O'Konnerdən görüş vaxtı təyin etdi. 19 sentyabr 1997-ci ildə cümə günü Fəthullah Gülən xoca əfəndi kardinal Con O'Konner ilə görüşdü.

19.09.1997 ABŞ-da Kardinal O'Konnor İlə Görüşdü

Fəthullah Gülən Nyu Yorkda katoliklərin nüfuzlu liderlərindən Kardinal Con O'Konnerla görüşdü. Papa 2. Con Paulun sağ qolu olaraq tanınan və istər Amerika rəhbərliyi, istərsə Birləşmiş Ştatlarda böyük nüfuza sahib olan Kardinal O'Konnor ilə Fəthullah Gülən arasında həyata keçən görüş səmimi bir söhbət əhval-ruhiyyəsində oldu.

30.09.1997 Müalicə üçün getdiyi ABŞ-dan Türkiyəyə geri qayıtdı

Bir müddət müalicə üçün Amerika Birləşmiş Ştatlarında olan Fəthullah Gülən 30 sentyabr çərşənbə axşamı günü saat 10.00 da Türkiyəyə gəldi.

ABŞ-da xəstəliyi ilə əlaqəli olaraq iyun ayında Ohayo Ştatında ürəyini müayinə etdirdi. Amerikada olduğu vaxt ərzində katolik dünyasının nüfuzlu şəxsiyyətlərindən Kardinal O'Konnor da daxil olmaqla yanaşı bəzi din xadimləri ilə münasibət qurdu.

21.11.1997 “Türk Eyitim Sen”dən təhsil mükafatını aldı

”Türk Eyitim Sen” Fəthullah Gülənə 24 noyabrda Təhsil özəl mükafatını verdi.

Georges Marovitch və heyəti Güləni ziyarət etdi

Vatikanın İstanbul təmsilçisi monsenyör Georges Marovitch qədim Süryani Katolik İcma Metropoliti Yusif Çətin, Süryani katolik patrik vəkili Yusif Sağ və qədim Süryani icma pisxoposu Samuel Ağdəmir Fəthullah Güləni ziyarət etdi.

23.11.1997 Bayram Yüksəlin cənazə namazını qıldırdı

Həyatı boyu Bədiüzzaman Səid Nursiyə xidmət edən Bayram Yüksel ilə Ali Uçar və Mehmet Emin Çiçəyin cənazə namazları Fatih məscidində qılındı. Bayram Yükselin namazını Fəthullah Gülən qıldırdı.

12.12.1997 Ali Hərbi Şura qərarları ilə əlaqəli ona istinad edilən mövzular haqqında mediaya açıqlama verdi

“Ali Hərbi Şura toplantısından əvvəl və sonra bəzi qəzetlərdə dərc olunan xəbərlərdə, Ali Hərbi Şuranın 1997-ci ilin ikinci fövqaladə toplantısında, qayda-qanunsuzluq səbəbilə Türk Silahlı Qüvvətlərindən tərxis edilən 59 zabit və kursantın bəzilərinin möhtərəm Fəthullah Gülənə yaxın olduğu iddia edilmişdi."

25.12.1997 “Qazetəçilər və Yazarlar Vəqfi”nin tərtib etdiyi beynəlxalq kompromis gecəsinə qatıldı

Fəthullah Gülən “Qazetəçilər və Yazarlar Vəqfi”nin 25 dekabr 1997-ci il tarixində tərtib etdiyi Beynəlxalq kompromis mükafatları gecəsinə qatıldı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.