Professor Məhəmməd Şarqavi

Klassik və müasir elmləri sintez edən alim

Professor Məhəmməd ŞarqaviAçıq deyim, ilk dəfə Fəthullah Gülən Xocaəfəndinin adını eşidəndə əhəmiyyət verməmişdim. Yəni Onun vaizliyi, alim olması məni heç maraqlandırmamışdı. Çünki vətənim Misirdə minlərlə din alimi və vaiz var. Dedim yəqin o da adi bir alimdir. Hətta ilk eşidəndən sonra adını belə unutmuşdum. Ta ki amerikalı bir professorun bir kitabını oxuyanadək...

Müəllifin adı Cill Karrol (Jill Carroll) idi. Rays Universitetinin professoru... İngilis dilində qələmə alınan kitabın adı belə idi: “Mədəniyyətlər dialoqu.” Müəllif kitabda bir sıra filosofla dialoq qurmağa çalışır. Qədim filosoflarla müasir mütəfəkkir və filosoflar arasında əlaqə qurmağa çalışır. Elmi sahəm İslam fəlsəfəsi və müqaisəli dinlər tarixi olduğuna görə, filosoflar haqqında hər yazılan kitab mənə maraqlı gəlir. Üstəlik böyük filosoflara yaxından bələdəm. Bəli, bu kitabı oxudum və amerikalı müəllifin Fəthullah Gülən Xocaəfəndinin düşüncələri ilə dünya filosoflarının fikirləri arasında əlaqə qurduğunu müşahid etdim. Bu filosofların arasında Əflatun da vardı ki, onun kim olduğu, fəlsəfə elminə veridiyi töhfələri hamıya məlumdur. Fəthullah Gülən və Əflatun! Şübhəsiz bu qiddətimdən yayınmadı və kitabı sürrətlə oxuyub bitirdim. Müəllif Fəthullah Gülənin düşüncələri ilə çinli mütəfəkkir Konfutsinin, sonra Con Stuart Millin, böyük alman filosofu Kantın, fransız filosofu Jan Pol Sartrın fikirləri arasında müqaisələr aparır və ortaq ideaları müəyyənləşdirir... Bəli, Fəthullah Gülənin düşüncələri ilə həmin filosofların düşüncələrini oxuyanda öz-özümə dedim ki: “Necə olur ki, bir Türk mütəfəkkirin adı dünya filosofları ilə yanaşı hallanır?!”

Bu, mənim çox diqqətimi çəkmişdi. Hətta Misidə - Qahirədə olanda bu sualı özümə çox vermişəm: “Türkiyədə belə bir mütəfəkkir varsa, biz niyə tanımırıq?” Daha sonra bir İslam fəlsəfəsi müəllimi olaraq Fəthullah Gülən Xocaəfəndinin kitablarını tapıb, düşüncə və fikirlərini oxuyub dərindən öyrənməyə başladım.

Həqiqətən də türk dilindən ərəb və ingiliz dillərinə tərcümə edilən kitabları oxuduqca Fəthullah Gülən Xocaəfəndinin həm bir alim, həm bir mütəfəkkir, həm bir sufi olduğunu anladım. O, alimdir. Alim elmi aşıb-daşan insan deməkdir... Elm ümmanına baş vuran və oradan doyunca içən insan deməkdir... Bu şəxs təfsirdən hədisə, tövhiddən kəlama, əqidəyə, qrammatikaya, ədəbiyyata kimi klassik elmləri kamil şəkildə mənimsəmişdir.

O, klassik elmlərlə yanaşı müasir elmlərə də yaxından bələddir. Yəni Qərb elmlərini öyrənmiş, humanitar elmləri; psixologiya, politologiyanı oxumuşdur. Təkcə humanitar elmləri deyil, təbiət elmlərini də kamil şəkildə mənimsəmişdir. Yəni elmlə dolub-daşmışdır. Bu səbəblə o, alim ünvanına layiq bir şəxsiyyətdir.

Professor Məhəmməd Şarqavi, Qahirə Universiteti, Politologiya fakültəsi, Müqaisəli dinlər tarixi müəllimi, həmçinin İslam fəlsəfəsi kafedrasının müdiri.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.