Ceyms Harrington

Okullardaki öğretmenlerin adanmışlığına hayranım

Ceyms HarringtonMən - Ceyms Harrington Texas İnsan Hüquqları üzrə Layihələr bürosunun direktoruyam. Eyni zamanda Texas Universitetinin əməkdaşıyam.

Hizmət hərəkatı ilə təxminən altı il əvvəl, yəni 2008-ci ildə tanış olmuşam. Düzünü desəm, Hizmət haqqında fikirlərim tədricən dəyişdi və Hərəkatı daha yaxından tanıdım. Gördüm ki, bu hərəkat həqiqətən xidmət hərəkatıdır. Mən insanlara yemək yedirmək və buna oxşar xidmətləri qəsd etmirəm. Bu, daha köklü, fərqli inanca, fərqli təbəqəyə mənsub insanlarla müştərəklik qurub cəmiyyəti formalaşdırmağa çalışan bir xidmətdir.

Fəthullah Gülən haqqında fikirlərimin formalaşmasının maraqlı bir tarixçəsi var. Çünki Türkiyəyə ilk səfərimdə nə Türkiyə, nə İslam, nə də Hərəkat haqqında heç bir məlumatım yox idi. Məlumatlandıqca, məlum olduğu kimi, bir şeyi öyrəndikcə onun haqqında təsəvvürləriniz tədricən dəyişməyə başlayır. 2000-ci ildə kitab üstündə işləyirdim. Təbii olaraq bu sayədə Gülən və Hərəkata mənsub insanlar haqqında çox şey öyrəndim.

Kitab işıq üzü görəndən sonra şəxsən özü ilə görüşdüm. Bunu gördüm: Fəthullah Güləndə elə bir istedad var ki, o, həm insanları fikirləri ilə istiqamətləndirir, onların həm dünyasını, həm də mənəviyyatını düşünür, eyni zamanda yaşadıqları cəmiyyətlə inteqrasiyaya sövq edir. Mənə görə, Gülənin diqqətşayan bir digər xüsusiyyəti də sufi ənənəyə mənsub olmasıdır. Dolayısilə geniş dünyagörüşünə malik bir şəxsiyyətdir. Hizmət hərəkatı insanlara yardım əli uzadan, elmi müdafiə edən, şəffaf, xoşgörülü və heç kimi mühakimə etməyən bir hərəkatdır.

Sevindirici haldır ki, Hizmətin məktəbləri bütün dünyada fəaliyyət göstərir. Hərəkat bütün fəaliyyətlərini təhsilə həsr etmişdir. Xüsusilə yoxsul coğrafiyalarda, təhsilin ancaq bir təbəqəyə aid olduğu ölkələrdə fəaliyyətlərini görməkdən çox şadam. Bu, təqdirəşayan bir hadisədir. Məgər “Çoxlu məscidə deyil, çoxlu məktəbə ehtiyac var” deyən Fəthullah Gülən nə qədər haqlı imiş.

Yaxşı insanın, cəmiyyət üçün faydalı bir fərd kimi yetişməyin, mənəvi inkişafın yeganə yolu təhsildir. Dolayısilə təhsil son dərəcədə mühümdür.

Bu məktəblərdə çalışan müəllimlərin fədakarlığına heyranam. Maraqlıdır ki, hamı belədir. Onlar müəllimliyə saat səkkizdən beşədək yerinə yetirilən bir peşə kimi baxmırlar. Onlar həyatlarını bu işə həsr etmişlər. Gecəyədək şagirdlərlərin yanından ayrılmır, onların yetişməsi üçün valideynlərlə canla-başla çalışırlar. Sanıram ki, bu, mənəviyyatın bir təzahürüdür.

Onlar üçün müəllimlik məişətini təmin etmək üçün gündəlik bir işdən ibarət deyil. Onlar belə düşünür: mən həyatımı buna həsr etmişəm və bir vəzifəm də şagirləri yetişdirməkdir. Bu təhsil ocaqları bir sözlə mükəmməldir.

Sizə kömək etmək bir xristiyan olaraq bizim də vəzifəmizdir. Bunu yerinə yetirən dini qruplara da hörmətlə yanaşmalıyıq. Bu Hərəkat zəlzələdə, tufanda, sel və digər faciələrdə zərərçəkmişlərə də yardım göstərir. Onlar deyir: gedin, dünyanın bütün insanlarına kömək edin. Xristiyan və ya bir başqası, fərqi yoxdur. Bizim vəzifəmiz insanlara xidmət etmək, onlara əl uzatmaqdır. Hansı inanca mənsub olmaları mühüm deyil.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.