Aleksey Smit

Hizmət hərəkatında ümid görürəm

Başa düşdüyüm qədər, Türk dilində “Hizmət” sözünün mənası “xidmət etmək”dir. Hizmətin fəaliyyətlərini, Hərəkatın özünü həqiqətən təqdir edirəm. Bu Hizmət təkcə müsəlman qardaşlarımıza deyil, hamımıza xidmət edir.

Bu gün dinlərarası dialoq dünyanın hər yerində təxirəsalınmaz vacib bir məsələyə çevrilmişdir. Bir-birimizi tanımağımız, öyrənməyimiz mühim əhəmiyyət kəsb edir. Cənab Gülənin ingilis dilinə tərcümə edilmiş “Sevgi və xoşgörü” adlı kitabını oxudum. Kitabın adı diqqətimi çəkdi. Normal hallarda “tolerans” kəlməsini çox işlətmirəm, çünki fikrimcə bu sözün bir qədər neqativ – “sənə səbr etməyə razıyam” sayağı bir mənası var. Sonra başa düşdüm ki, Cənab Gülən “xoşgörü” kəlməsini o mənada işlətmirmiş.

Gülən deyir: “Aç aça bilidiyin qədər sinəni, ümmanlar kimi olsun.” Bu ifadə məndə belə bir təəssürat oyandırdır ki, yəni “Biz qarşılıqlı olaraq maddi-mənəvi hər cür mübadilə apara bilərik.” Bu, dinlərarası dialoq fəaliyyətlərini tərif edən mükəmməl bir ifadədir. Onun əksər təlimlərinin bu düşüncəyə söykəndiyini görürəm.

İnanıram ki, Fərqli dinə mənsub insanların bir-birilə ünsəyətə keçib qarşılıqlı bilik mübadiləsi apara bilərlər. Hizmət hərəkatın geniş miqyasda dünyaya yayılan məktəbləri məhz bunu həyata keçirir.

Hizmət hərəkatı humanitar yardım, dialoq və təhsil fəaliyyətləri ilə digər islami hərəkat və qurumlara bariz nümunə təşkil edir. Türkiyə səfərində humanitar yardım təşkilatına baş çəkdim və fəaliyytlərini həqiqətən təqdir edirəm. Düzünü desək, Hizmət hərəkatı nəzəriyyəni praktikaya keçirib dünyanın dörd tərəfinə bu gözəllikləri təqdim etmişdir.

Məsələn, katolik ölkəsi Haitini götürək. Bu, fərqli dinə mənsub insanların əsas insani ehtiyacları müəyyənləşdirməsinin, dini fərqliliyi bir kənara qoyaraq bəşəriyyətin qurtuluşu naminə əl-ələ verməsinin parlaq bir nümunəsidir.

Filippin və ordakı məktəblərə baxaq. Bu ölkədə bəzən katolik xristiyaan və müsəlmanlar arasında münaqişələr baş versə də, eyni məktəbdə təhsil alan bu iki tərəfin mənsubları bir-biri ilə ünsiyyət qurub tanımaya başlayırlar. Və bu gələcək üçün böyük ümiddir. Mən Hizmət hərəkatına ümid bəsləyirəm.

Cənab Fəthullah Gülənin müəllim-şagird məfhuna verdiyi izahı çox bəyənirəm. Bir neçə kitabında hər insanın kiməsə nəsə öyrədə biləcəyini, ancaq həqiqi pedaqoqlar az olduğunu oxumuşdum. Yaxşı pedaqoq şagirdlərin rəhbəridir; onlarla yaxından maraqlanır və şagirdlərə əzbərçilik deyil, şəxsiyyətini formalaşdırmağa və dəyərlərinə sadiq bir vətəndaş kimi yetişməsinə zəmin hazırlayır. Bütün bunları ziyarət etdiyim Hizmət məktəblərində şəxsən müşahidə etmişəm.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.